Məhkəmə qərarları › İş №e-2(066)-1338/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1338/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1338/2024 07.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün 970.22 (doqquz yüz yetmiş manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 97.78 (doxsan yeddi manat yetmiş səkkiz) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviəyə əsasən imei kodu **********50327 İphone 11 markalı telefon, APPLE adapter üçün 952.85 (doqquz yüz əlli iki manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 95.15 (doxsan beş manat on beş qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kod **********55331 İphone 11 markalı telefon, URBANİSTA qulaqlıq üçün 664.38 (altı yüz altmış dörd manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 66.62 (altmış altı manat altmış iki qəpik) manat cərimə pulu, tel:01.02.2024xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, BLACKVİEW AİRBUDS 8 qulaqlıq, imei kod **********63827 Samsung Galaxy A24 markalı telefon, üçün 555.46 (beş yüz əlli beş manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 55.54 (əlli beş manat əlli dörd qəpik) manat cərimə pulu, tel:05.12.2023xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********83008 Samsung Galaxy A24 markalı telefon, Samsung CHARGER üçün 458.49 (dörd yüz əlli səkkiz manat qırx doqquz qəpik) manat ödənilməmiş hissə, 45.51 (qırx beş manat əlli bir qəpik) manat cərimə pulu, tel:03.12.2023xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, imei kod **********25795 Samsung Galaxy A24 markalı telefon üçün 437.78 (dörd yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 43.22 (qırx üç manat iyirmi iki qəpik) manat cərimə pulu, tel:08.10.2023xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, imei kod **********10177 Samsung Galaxy A14 markalı telefon, üçün 278.64 (iki yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 27.36 (iyirmi yeddi manat otuz altı qəpik) manat cərimə, ümumilikdə 4749 manat borc və 67.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, tel:18.09.2023xx.xx.2023-cü il, tel:20.04.2023xx.xx.2023-cü il, tel:01.02.2024xx.xx.2024-cü il, tel:05.12.2023xx.xx.2023-cü il, tel:03.12.2023xx.xx.2023cü il, tel:08.10.2023xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən, PALTARYUYAN SAMSUNG, İmei kod **********50327 İPHONE 11 markalı telefon, APPLE ADAPTER İmei kod **********55331 İPHONE 11 markalı telefon, URBANİSTA qulaqlıq, BLACKVİEW AİRBUDS 8 qulaqlıq, İmei kod **********63827 SAMSUNG GALAXY A24 markalı telefon, İMEİ KOD **********83008 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, SAMSUNG CHARGER, İMEİ KOD tel:3582125868********** SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, İMEİ KOD **********10177 SAMSUNG GALAXY A14 MARKALİ TELEFON və nəticədə 4749 (dörd min yeddi yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə tel:22.08.2023xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1456.02 (bir min dörd yüz əlli altı manat iki qəpik) manat (18 ay x 80.89 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG üçün 1068 (bir min altmış səkkiz) manat olmaqla ondan, 970.22 (doqquz yüz yetmiş manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 97.78 (doxsan yeddi manat yetmiş səkkiz qəpik) manat cərimə pulu; tel:18.09.2023xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1733.92 (bir min yeddi yüz otuz üç manat doxsan iki qəpik) manat (12 ay x 136.16 manat + 100 manat ilkin ödəniş) olan İmei kod **********50327 İPHONE 11 markalı telefon, APPLE ADAPTER üçün 1048 (bir min qırx səkkiz) manat olmaqla ondan 952.85 (doqquz yüz əlli iki manat səksən beş) manat ödənilməmiş hissə, 95.15 (doxsan beş manat on beş qəp) manat cərimə pulu; tel:20.04.2023xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2191.95 (iki min yüz doxsan bir manat doxsan beş qəpik) manat (15 ay x 136.13 manat+ 150 manat ilkin ödəniş) olan İmei kod **********55331 İPHONE 11 markalı telefon, URBANİSTA qulaqlıq, üçün 731 (yeddi yüz otuz bir) manat olmaqla ondan 664.38 (altı yüz altmış dörd manat otuz səkkiz qəp) manat ödənilməmiş hissə, 66.62 (altmış altı manat altmış iki qəpik) manat cərimə pulu; tel:01.02.2024xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 609.96 (altı yüz doqquz manat doxsan altı qəpik) manat (12 ay x 50.83 manat + 0 manat ilkin ödəniş) olan BLACKVİEW AİRBUDS 8 qulaqlıq, İmei kod **********63827 SAMSUNG GALAXY A24 markalı telefon, üçün 611 (altı yüz on bir) manat olmaqla ondan 555.46 (beş yüz əlli beş manat qırx altı qəp) manat ödənilməmiş hissə, 55.54 (əlli beş manat əlli dörd qəpik) manat cərimə pulu; tel:05.12.2023xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 614.8 (altı yüz on dörd manat səksən qəpik) manat (12 ay x 45.9 manat + 64 manat ilkin ödəniş) olan İMEİ KOD **********83008 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, SAMSUNG CHARGER, üçün 504 (beş yüz dörd) manat olmaqla ondan 458.49 (dörd yüz əlli səkkiz manat qırx doqquz qəp) manat ödənilməmiş hissə, 45.51 (qırx beş manat əlli bir qəpik) manat cərimə pulu; tel:03.12.2023xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********25795 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON üçün 481 (dörd yüz səksən bir) manat olmaqla ondan 437.78 (dörd yüz otuz yeddi manat yetmiş səkkiz qəp) manat ödənilməmiş hissə, 43.22 (qırx üç manat iyirmi iki qəpik) manat cərimə pulu; tel:08.10.2023xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 427.96 (dörd yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat (12 ay x 34.83 manat +10 manat ilkin ödəniş) olan İMEİ KOD **********10177 SAMSUNG GALAXY A14 MARKALİ TELEFON üçün 306 (üç yüz altı) manat olmaqla ondan 278.64 (iki yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 27.36 (iyirmi yeddi manat otuz altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3304.79 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış tel:22.08.2023xx.xx.2023-cü il, tel:18.09.2023xx.xx.2023-cü il, tel:20.04.2023xx.xx.2023-cü il, tel:01.02.2024xx.xx.2024-cü il, tel:05.12.2023xx.xx.2023cü il, tel:03.12.2023xx.xx.2023-cü il, tel:08.10.2023xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03566536 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1456.02 (bir min dörd yüz əlli altı manat iki qəpik) manat olan Paltaryuyan Samsungun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Paltaryuyan Samsung üçün hər ay 80.89 (səksən manat səksən doqquz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08922144 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1733.92 (bir min yeddi yüz otuz üç manat doxsan iki qəpik) manat olan İmei kodu **********50327 İPHONE 11 markalı telefon, APPLE adapterin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kodu **********50327 İPHONE 11 markalı telefon, APPLE adapter üçün hər ay 136.16 (bir yüz otuz altı manat on altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00216137 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 2191.95 (iki min yüz doxsan bir manat doxsan beş qəpik) manat olan imei kod **********55331 İphone 11 markalı telefon, URBANİSTA qulaqlıqın dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar imei kod **********55331 İphone 11 markalı telefon, URBANİSTA qulaqlıq üçün hər ay 136.13 (bir yüz otuz altı manat on üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03666256 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 609.96 (altı yüz doqquz manat doxsan altı qəpik) manat olan BLACKVİEW AİRBUDS 8 qulaqlıq, imei kod **********63827 Samsung Galaxy A24 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar BLACKVİEW AİRBUDS 8 qulaqlıq, imei kod **********63827 Samsung Galaxy A24 markalı telefon üçün hər ay 50.83 (əlli manat səksən üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 614.8 (altı yüz on dörd manat səksən qəpik) manat olan imei kod **********83008 Samsung Galaxy A24 markalı telefon, Samsung CHARGER-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar imei kod **********83008 Samsung Galaxy A24 markalı telefon, Samsung CHARGER üçün hər ay 45.9 (qırx beş manat doxsan qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 588 (beş yüz səksən səkkiz) manat olan İ imei kod **********25795 Samsung Galaxy A24 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar imei kod **********25795 Samsung Galaxy A24 markalı telefon üçün hər ay 49 (qırx doqquz) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18631833 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 427.96 (dörd yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat olan imei kod **********10177 Samsung Galaxy A14 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar imei kod **********10177 Samsung Galaxy A14 markalı telefon üçün hər ay 34.83 (otuz dörd manat səksən üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Paltaryuyan Samsung üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1456.02 (bir min dörd yüz əlli altı manat iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 970.22 (doqquz yüz yetmiş manat iyirmi iki qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 97.78 (doxsan yeddi manat yetmiş səkkiz) manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********50327 İPHONE 11 markalı telefon, APPLE adapter üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1733.92 (bir min yeddi yüz otuz üç manat doxsan iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 952.85 (doqquz yüz əlli iki manat səksən beş qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 95.15 (doxsan beş manat on beş qəpik) manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən imei kod **********55331 İphone 11 markalı telefon, URBANİSTA qulaqlıq üçün 15 ay müddətinə ödəmək şərti ilə dəyəri 2191.95 (iki min yüz doxsan bir manat doxsan beş qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 664.38 (altı yüz altmış dörd manat otuz səkkiz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 66.62 (altmış altı manat altmış iki qəpik) manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən BLACKVİEW AİRBUDS 8 qulaqlıq, imei kod **********63827 Samsung Galaxy A24 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 609.96 (altı yüz doqquz manat doxsan altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 555.46 (beş yüz əlli beş manat qırx altı qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 55.54 (əlli beş manat əlli dörd qəpik) manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən imei kod **********83008 Samsung Galaxy A24 markalı telefon, Samsung CHARGER üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 614.8 (altı yüz on dörd manat səksən qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 458.49 (dörd yüz əlli səkkiz manat qırx doqquz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 45.51 (qırx beş manat əlli bir qəpik) manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən imei kod **********25795 Samsung Galaxy A24 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 588 (beş yüz səksən səkkiz) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 437.78 (dörd yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 43.22 (qırx üç manat iyirmi iki qəpik) manat cərimə hesablanmış və həmçinin xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən imei kod **********10177 Samsung Galaxy A14 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 427.96 (dörd yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 278.64 (iki yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 27.36 (iyirmi yeddi manat otuz altı qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı,******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2000-ci ildə Daşkəsən rayonunun Mollahəsənli kəndində doğulmuş və Göygöl rayonunun Yeni Qızılca kəndində qeydiyyatdadır. Göygöl RİHB-nın Yeni Qızılca kənd İƏD üzrə nümayəndəliyinin 16 oktyabr 2024-cü il tarixli, 5-47-33/3-2-95.15 nömrəli məktubunda məhkəmə bildirişinin Göygöl rayonu Yeni Qızılca kənd sakini Cavabdeh çatdırılmasının təmin olunması qeyd olunmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün 970.22 (doqquz yüz yetmiş manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 97.78 (doxsan yeddi manat yetmiş səkkiz) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviəyə əsasən imei kodu **********50327 İphone 11 markalı telefon, APPLE adapter üçün 952.85 (doqquz yüz əlli iki manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 95.15 (doxsan beş manat on beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kod **********55331 İphone 11 markalı telefon, URBANİSTA qulaqlıq üçün 664.38 (altı yüz altmış dörd manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 66.62 (altmış altı manat altmış iki qəpik) manat cərimə, tel:01.02.2024xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, BLACKVİEW AİRBUDS 8 qulaqlıq, imei kod **********63827 Samsung Galaxy A24 markalı telefon, üçün 555.46 (beş yüz əlli beş manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 55.54 (əlli beş manat əlli dörd qəpik) manat cərimə; tel:05.12.2023xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********83008 Samsung Galaxy A24 markalı telefon, Samsung CHARGER üçün 458.49 (dörd yüz əlli səkkiz manat qırx doqquz qəpik) manat ödənilməmiş hissə, 45.51 (qırx beş manat əlli bir qəpik) manat cərimə; tel:03.12.2023xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********25795 Samsung Galaxy A24 markalı telefon üçün 437.78 (dörd yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 43.22 (qırx üç manat iyirmi iki qəpik) manat cərimə; tel:08.10.2023xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********10177 Samsung Galaxy A14 markalı telefon, üçün 278.64 (iki yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 27.36 (iyirmi yeddi manat otuz altı qəpik) manat cərimə, ümumilikdə 4749 (dörd min yeddi yüz qırx doqquz) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 67.49 (altmış yeddi manat qırx doqquz qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4317,82 manat əsas borcdan ödənilməmiş hissə, 431,18 manat cərimə borcu olmaqla ümumilikdə 4749 (dörd min yeddi yüz qırx doqquz) manat borc məbləği və məhkəmə xərci olaraq 67.49 (altmış yeddi manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1338/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 14:35-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:45-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar