Məhkəmə qərarları › İş №e-2(066)-1400/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-1400/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-1400/2025 25.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi üzrə sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbi üzrə sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən PALTARYUYAN TOSHİBA üçün 639.65 (altı yüz otuz doqquz manat altmış beş qəpik) ödənilməmiş hissə, 63.97 (altmış üç manat doxsan yeddi qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN üçün 436.63 (dörd yüz otuz altı manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 43.66 (qırx üç manat altmış altı qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 1183.91 manat borc və 31.84 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ərizəsində xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə borcun ödənilməsini tələb etsədə xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr ərizəyə əlavə edilməmişdir. Ərizəyə yalnız xx.xx.2024-cü il tarixli müqavilə əlavə edilmiş və həmin müqavilənin tarixi əlyazma ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə düzəliş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. İddiaçı tərəfindən isə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli və xx.xx.2024-ci il tarixli müqavilələr üzrə borcun ödənilməsi tələb edilsədə həmin müqavilə ərizəyə əlavə edilmədən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı verilmiş tələbi təsdiq edən sənədləri təqdim etmədiyi üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qəraraaldım: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Rəşad Mustafayev İş № 2(066)-1400/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi üzrə sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 17:00-da başladım. Hakim iddia ərizəsini və işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında icraata qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 17:10-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar