Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1422/2025 31.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrlə bağlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: İşin halları:
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Bosch HBJ558YB0Q məhsula görə 18 ay ödəniş cədvəli üzrə hər ay 75 (yetmiş beş) manat, sonuncu ay isə 74,99 (yetmiş dörd manat, doxsan doqquz qəpik) manat olmaqla cəmi 1349,99 (min üç yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 100 manat olmuşdur.
Məhkəmə icraatı:
2. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 874,1 AZN əsas 131,1 AZN cərimə olmaqla ümumilikdə 1005,2 AZN borcun və 30,06 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı Bosch HBJ558YB0Q-a görə 18 ay ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla cəmi 1349,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 100 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 874,1 manat əsas və 1311 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla belə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləğinə 90% güzəşt edilməklə 131,1 manat cərimə pulu olmaqla, tutulmalı olan cəmi borc məbləği 1005,2 manat təşkil edir.
4. AR MPM 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
5. İş materiallarına əlavə edilmiş xəbərnamədən müəyyən olunur ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2025-ci il tarixində qəbul etmişdir. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
9. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Bosch HBJ558YB0Q-a görə 18 ay ödəniş cədvəli üzrə hər ay 75 (yetmiş beş) manat, sonuncu ay isə 74,99 (yetmiş dörd manat, doxsan doqquz qəpik) manat olmaqla cəmi 1349,99(min üç yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 100 manat olmuşdur. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 131,1 manat və tutulmalı olan cəmi borc məbləği 1005,2 manat təşkil edir. Müddətli (nisyə) alqı-satqı müqaviləsi, müddətli (nisyə) alqı-satqı müqaviləsinin 1 (bir) saylı əlavəsi, ödəniş cədvəli, müştəri müraciəti üzrə ərizə-anket və maliyyə arayışı iddia tələblərinin əsaslılığı məqsədi ilə sübut kimi təqdim edilir.
10. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Bosch HBJ558YB0Q”-a görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 75 (yetmiş beş) manat, sonuncu ay isə 74,99 (yetmiş dörd manat, doxsan doqquz qəpik) manat olmaqla, cəmi 1349,99 (min üç yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli (nisyə) alqısatqı müqaviləsi üzrə 874,1 (səkkiz yüz yetmiş dörd manat, on qəpik) manat əsas, 173 gün gecikdirilən günlərın sayına görə 1311(min üç yüz on bir) manat cərimə olmaqla, cəmi 2185,1(iki min yüz səksən beş manat, on qəpik) manat qeyd edilmişdir.
12. İşdə olan xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
13. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədə müvafiq hesab edir.
13. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 874,1 (səkkiz yüz yetmiş dörd manat, on qəpik) manat əsas, 131,1(yüz otuz bir manat, on qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1005,2(üç yüz səkkiz) manat borcu qeyd edilmişdir.
14. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 874,1(səkkiz yüz yetmiş dörd manat, on qəpik) manat əsas, 42,9(qırx iki manat, doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 917(doqquz yüz on yeddi) manat pul tutularaq iddiaçıya ödənilməlidir.
15. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30,06(otuz manat, altı qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 874,1(səkkiz yüz yetmiş dörd manat, on qəpik) manat əsas borc, 42,9(qırx iki manat, doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 917(doqquz yüz on yeddi) manat borc məbləği və məhkəmə xərci olaraq 30,06 (otuz manat, altı qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, tərəflərə rəsmi qaydada göndərildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə