Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1423/2025 31.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı (bundan sonra-İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları: 1 İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL944445 saylı, xx.xx.2023-cü il tarixli Nisyə-satış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 58(əlli səkkiz) manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə predmeti dəyəri 740,47 manat olan Samsung A245 telefondur.
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE044096 saylı xx.xx.2024-cü il tarixdə Nisyə-satış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 70(yetmiş) manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə predmeti dəyəri 832,47 manat olan Redmi Note 13 telefondur.
Məhkəmədə icraat:
3. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL944445 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 102,47(yüz iki manat, qırx yeddi qəpik)manat əsas borc, 20(iyirmi) manat cərimə, BE044096 saylı xx.xx.2024 il tarixli nisyə-satış müqaviləsinə əsasən yaranmış 263,47 (iki yüz altmış üç manat, qırx yeddi qəpik)manat əsas borc, 20(iyirmi) manat cərimə olmaqla, ümumilikdə 405,94(dörd yüz beş manat,doxsan dörd qəpik)manat borcun və 30(otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL944445 saylı xx.xx.2023-cü il tarixli nisyə-satış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 58(əlli səkkiz) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE044096 saylı xx.xx.2024-cü il tarixli nisyə-satış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 70(yetmiş) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BL944445 saylı müqaviləyə əsasən 102,47(yüz iki manat,qırx yeddi qəpik) əsas borc, 20(iyirmi) manat cərimə, BE044096 saylı müqaviləyə əsasən 263,47 ( iki yüz altmış üç manat, qırx yeddi qəpik)manat əsas borc, 20(iyirmi) manat cərimə olmaqla, ümumilikdə 405,94(dörd yüz beş manat, doxsan dörd qəpik) manat borcu qalmışdır.
5. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir.
Tətbiq edilən hüquq:
6. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 132,72-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
9. Belə ki,xx.xx.2023-cü il tarixli, BL944445 saylı nisyə satış müqaviləsi və onun əlavəsindəndən görünür ki, Cavabdeh İddiaçındən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 740,47 manat olan Samsung A245 6/128GB black markalı telefon almış, borcunu vaxtında ödəmədiyi təqdirdə gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,2% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. 10.xx.xx.2024-cü il tarixli, BE044096 saylı nisyə satış müqaviləsi və onun əlavəsindəndən görünür ki, Cavabdeh İddiaçındən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 832,47 manat olan Redmi note 13 8gb/256gb mint green nfc markalı telefon almış, borcunu vaxtında ödəmədiyi təqdirdə gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,2% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür.
11. xx.xx.2025-ci il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh BL944445 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ümumilikdə 566 manat ödəniş etmiş, onun əsas borc üzrə 102,47(yüz iki manat, qırx yeddi qəpik) manat, cərimə borcu üzrə 20(iyirmi) manat olmaqla, ümumilikdə 122,47(yüz iyirmi iki manat, qırx yeddi qəpik) manat borcu qalmışdır.
12. xx.xx.2025-ci il tarixl borca dair arayışdan görünür ki, Cavabdeh BE044096 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ümumilikdə 561 manat ödəniş etmiş, onun əsas borc üzrə 263,47(iki yüz altmış üç manat, qırx yeddi qəpik)manat, cərimə borcu üzrə 20(iyirmi)manat olmaqla, ümumilikdə 283,47(iki yüz səksən üç manat, qırx yeddi qəpik) manat borcu qalmışdır.
13. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh hər iki müqavilə üzrə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
14. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq İddiaçı MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
15. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı MMCnin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli, BL944445 saylı müqaviləyə əsasən 102,47(yüz iki manat, qırx yeddi qəpik) manat, cərimə borcu üzrə 20(iyirmi) manat; xx.xx.2024-cü il tarixli, BE044096 saylı müqaviləyə əsasən əsas borc üzrə 263,47(iki yüz altmış üç manat, qırx yeddi qəpik)manat, cərimə borcu üzrə 20(iyirmi)manat tutularaq iddiaçıya verilməlidir.
16. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
20. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə:
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, BL944445 saylı müqaviləyə əsasən 102,47(yüz iki manat, qırx yeddi qəpik) manat, cərimə borcu üzrə 20(iyirmi) manat; xx.xx.2024-cü il tarixli, BE044096 saylı müqaviləyə əsasən əsas borc üzrə 263,47(iki yüz altmış üç manat, qırx yeddi qəpik)manat, cərimə borcu üzrə 20(iyirmi)manat olmaqla, ümumilikdə 405,94(dörd yüz beş manat, doxsan dörd qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30(otuz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə