Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1437/2025 12.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 520,94 (beş yüz iyirmi manat, doxsan dörd qəpik) manat olan İmei kodu **********65706 olan honor x8b-ni dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kodu **********65706 olan honor x8b üçün 20 manat ilkin ödəniş olmaqla hər ay 27,83 (iyirmi yeddi manat, səksən üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
2. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 132,72 (yüz otuz iki manat, yetmiş iki qəpik) manat olan fen yours hd6811, qızıl zəmanət ultra 3 il xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə fen yours hd6811, qızıl zəmanət ultra 3 il xidmətii üçün 6 manat ilkin ödəniş olmaqla hər ay 7,04(yeddi manat, dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
Məhkəmədə icraat:
3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********65706 olan honor x8b üçün 437,69(dörd yüz otuz yeddi manat, altmış doqquz qəpik) manat ödənilməmiş hissə, 43,77(qırx üç manat, yetmiş yeddi qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, fen yours hd6811, qızıl zəmanət ultra 3 il xidməti üçün 107,61 (yüz yeddi manat, altmış bir qəpik) manat ödənilməmiş hissə, 10,76(on manat, yetmiş altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 599,83 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kodu **********65706 olan honor x8b, fen yours hd6811, qızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 599,83(beş yüz doxsan doqquz manat, səksən üç qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 520,94 (beş yüz iyirmi manat, doxsan dörd qəpik) manat (18 ay x 27,83 manat + 20 manat ilkin ödəniş) olan İmei kodu **********65706 olan honor x8b üçün ümumilikdə 481,46 (dörd yüz səksən bir manat, qırx altı qəpik) manat olmaqla ondan, 437,69(dörd yüz otuz yeddi manat, altmış doqquz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 43,77(qırx üç manat, yetmiş yeddi qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 132,72(yüz otuz iki manat, yetmiş iki qəpik) manat (18 ay x 7,04 manat + 6 manat ilkin ödəniş) olan fen yours hd6811, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 118,37(yüz on səkkiz manat, otuz yeddi qəpik) manat olmaqla, ondan 107,61(yüz yeddi manat, altmış bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 10,76(on manat, yetmiş altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 108,36 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
5. İş materiallarına əlavə edilmiş xəbərnamədən, həmçinin Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubundan görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir.
Tətbiq edilən hüquq:
6. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 132,72-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
9. Belə ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 520,94 (beş yüz iyirmi manat, doxsan dörd qəpik) manat olan İmei kodu **********65706 olan honor x8bni dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kodu **********65706 olan honor x8b üçün 20 manat ilkin ödəniş olmaqla hər ay 27,83 (iyirmi yeddi manat, səksən üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
10. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 132,72(yüz otuz iki manat, yetmiş iki qəpik) manat olan fen yours hd6811, qızıl zəmanət ultra 3 il xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə fen yours hd6811, qızıl zəmanət ultra 3 il xidməti üçün 6 manat ilkin ödəniş olmaqla hər ay 7,04(yeddi manat, dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
11. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********65706 olan honor x8b üçün 20 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 520,94(beş yüz iyirmi manat, doxsan dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 437,69(dörd yüz otuz yeddi manat, altmış doqquz qəpik) manat ödənilməmiş hissə və həmin məbləğə güzəşt olunaraq 43,77(qırx üç manat, yetmiş yeddi qəpik) manat cərimə hesablanmışdır, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən fen yours hd6811, qızıl zəmanət ultra 3 il xidməti üçün 6 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 132,72 (yüz otuz iki manat, yetmiş iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 107,61(yüz yeddi manat, altmış bir qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 10,76(on manat, yetmiş altı qəpik) manat cərimə hesablanmışdır.
12. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
13. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
14. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədə müvafiq hesab edir.
17. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 437,69(dörd yüz otuz yeddi manat, altmış doqquz qəpik) manat ödənilməmiş hissə, 20,31(iyirmi manat otuz bir qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 107,61(yüz yeddi manat, altmış bir qəpik) manat ödənilməmiş hissə, 4,39(dörd manat, otuz doqquz qəpik) cərimə tutularaq iddiaçıya verilməlidir.
18. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
22. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 437,69(dörd yüz otuz yeddi manat, altmış doqquz qəpik) manat ödənilməmiş hissə, 20,31(iyirmi manat otuz bir qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 107,61(yüz yeddi manat, altmış bir qəpik) manat ödənilməmiş hissə, 4,39(dörd manat, otuz doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 570(beş yüz yetmiş) manat borc məbləği və məhkəmə xərci olaraq 30(otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə