Məhkəmə qərarları › İş №e-2(066)-1438/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1438/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1438/2025 05.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, MİKRODALĞALİ SOBA SAMSUNG, ƏTÇƏKƏN MOULİNEX, 3 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 927,2 (doqquz yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 92,72 (doxsan iki manat, yetmiş iki qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, SOBA SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün, 675,5 (altı yüz yetmiş beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 67,55 (altmış yeddi manat, əlli beş qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ÜTÜ TEFAL, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 163,33 (bir yüz altmış üç manat, otuz üç qəpik) manat ödənilməmiş hissə, 16,33 (on altı manat, otuz üç qəpik) manat cərimə ümumilikdə 1942,63 manat borc, 39.43 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, TOZSORAN SAMSUNG, MİKRODALĞALİ SOBA SAMSUNG, ƏTÇƏKƏN MOULİNEX, 3 ədəd Qızıl Zəmanət ULTRA 2 İL XİDMƏTİ, SOBA SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, ÜTÜ TEFAL, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ almış və nəticədə 1942,63 (bir min doqquz yüz qırx iki manat, altmış üç qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 934,2 (doqquz yüz otuz dörd manat, iyirmi qəpik) manat (18 ay x 51,9 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG, MİKRODALĞALİ SOBA SAMSUNG, ƏTÇƏKƏN MOULİNEX, 3 ədəd Qızıl Zəmanət ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 1019,92 (bir min on doqquz manat, doxsan iki qəpik) manat olmaqla ondan, 927,2 (doqquz yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 92,72 (doxsan iki manat, yetmiş iki qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 775,2 (yeddi yüz yetmiş beş manat, iyirmi qəpik) manat (6 ay x 129,2 manat + 0 manat ilkin ödəniş) olan SOBA SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 743,05 (yeddi yüz qırx üç manat, beş qəpik) manat olmaqla ondan, 675,5 (altı yüz yetmiş beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 67,55 (altmış yeddi manat, əlli beş qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 196,44 (bir yüz doxsan altı manat, qırx dörd qəpik) manat (12 ay x 16,37 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ TEFAL, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 179,66 (bir yüz yetmiş doqquz manat, altmış altı qəpik) manat olmaqla ondan, 163,33 (bir yüz altmış üç manat, otuz üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,33 (on altı manat, otuz üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 139,81 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 934,2 (doqquz yüz otuz dörd manat, iyirmi qəpik) manat dəyərində TOZSORAN SAMSUNG, MİKRODALĞALİ SOBA SAMSUNG, ƏTÇƏKƏN MOULİNEX, 3 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ-nin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh TOZSORAN SAMSUNG, MİKRODALĞALİ SOBA SAMSUNG, ƏTÇƏKƏN MOULİNEX, 3 ədəd Qızıl Zəmanət ULTRA 2 İL XİDMƏTİ üçün hər ay 51,9 (əlli bir manat, doxsan qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 775,2 (yeddi yüz yetmiş beş manat, iyirmi qəpik) manat dəyərində SOBA SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ-nin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh Soba SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün hər ay 129,2 (bir yüz iyirmi doqquz manat, iyirmi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 196,44 (bir yüz doxsan altı manat, qırx dörd qəpik) manat dəyərində ÜTÜ Tefal, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ-nin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh ÜTÜ TEFAL, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün hər ay 16,37 (on altı manat, otuz yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, müqaviləyə əsasən "xxxx" MMC-dən TOZSORAN SAMSUNG, MİKRODALĞALİ SOBA SAMSUNG, ƏTÇƏKƏN MOULİNEX, 3 ədəd Qızıl Zəmanət ULTRA 2 İL XİDMƏTİ-ni 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 934,2 (doqquz yüz otuz dörd manat, iyirmi qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 927,2 (doqquz yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 92,72 (doxsan iki manat, yetmiş iki qəpik) manat cərimə hesablanmış, eyni tarixli "xxxx" MMCnin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən SOBA SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 775,2 (yeddi yüz yetmiş beş manat, iyirmi qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 675,5 (altı yüz yetmiş beş manat, əlli qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 67,55 (altmış yeddi manat, əlli beş qəpik) manat cərimə hesablanmışdır, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən ÜTÜ TEFAL, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 196,44 (bir yüz doxsan altı manat, qırx dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 163,33 (bir yüz altmış üç manat, otuz üç qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 16,33 (on altı manat, otuz üç qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə bildirşini şəxsən imza etməklə qəbul etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, MİKRODALĞALİ SOBA SAMSUNG, ƏTÇƏKƏN MOULİNEX, 3 ədəd Qızıl Zəmanət ULTRA 2 İL XİDMƏTİ üçün 927,2 (doqquz yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 92,72 (doxsan iki manat, yetmiş iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən, SOBA SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 675,5 (altı yüz yetmiş beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 67,55 (altmış yeddi manat, əlli beş qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən ÜTÜ TEFAL, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 163,33 (bir yüz altmış üç manat, otuz üç qəpik) manat ödənilməmiş hissə, 16,33 (on altı manat, otuz üç qəpik) manat cərimə olmaqla hər üç müqavilə üzrə ümumilikdə 1942,63 (bir min doqquz yüz qırx iki manat, altmış üç qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 39,43 (otuz doqquz manat, qırx üç qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1766.03 manat əsas borcdan ödənilməmiş hissə, 176.60 manat cərimə borcu olmaqla ümumilikdə 1942,63 (bir min doqquz yüz qırx iki manat, altmış üç qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 39,43 (otuz doqquz manat, qırx üç qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № e-2(066)-1438/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 09:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:45-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar