Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1445/2024 09.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 13041391 saylı, xx.xx.2023-cü il tarixli 02735913 saylı və xx.xx.2023-cü il tarixli 02735915 saylı müqavilə üzrə cəmi 1302 manat borc yaranmışdır. xx.xx.2023-cü il tarixli 13041391 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd İmedi kodu **********73853 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 654,52 manat ödənilməmiş hissə, 65,48 manat cərimə olmaqla cəmi 720 (yeddi yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd, SAMSUNQ 25 Cahger, İmedi kodu **********09420 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 503,3 ödənilməmiş hissə, 50,7 manat cərimə olmaqla cəmi 554 (beş yüz əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə SAMSUNQ 25W Cimpast Cahger üçün 25,11 manat ödənilməmiş hissə, 2,89 manat cərimə olmaqla cəmi 28 (iyirmi səkkiz) manat olmaqla, üç müqavilə üzrə cəmi 1302 manat borcun və 33,02 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli 13041391 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd İmedi kodu **********73853 SAMSUNQ GALAXY A24 markalı telefon, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd, SAMSUNQ 25 Cahger, İmedi kodu **********09420 SAMSUNQ GALAXY A24 markalı telefon və xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə SAMSUNQ 25W Cimpast Cahger almış və nəticədə cəmi 1302 borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2023-cü il tarixli 13041391 saylı müqavilə üzrə nəticədə alğı-satqı qiyməti 906,48 manat, (yəni 18 ay x 50,46 manat + 0 manat ilkin ödəniş) Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd İmedi kodu **********73853 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 654,52 manat ödənilməmiş hissə, 65,48 manat cərimə olmaqla cəmi 720 (yeddi yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə alğı-satqı qiyməti 554 manat, (yəni 18 ay x 52,91 manat +0 manat ilkin ödəniş) olan İmedi kodu Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd, SAMSUNQ 25 Cahger, İmedi kodu **********09420 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 503,3 ödənilməmiş hissə, 50,7 manat cərimə olmaqla cəmi 554 (beş yüz əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 02735915 saylı müqavilə üzrə alğı-satqı qiyməti 55.05 manat, (yəni 15 ay x 3,67 manat +0 manat ilkin ödəniş) olan SAMSUNQ 25W Cimpast Cahger üçün 25,11 manat ödənilməmiş hissə, 2,89 manat cərimə olmaqla cəmi 28 (iyirmi səkkiz) manat manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 484,9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 13041391 saylı, xx.xx.2023-cü il tarixli 02735913 saylı və xx.xx.2023-cü il tarixli 02735915 saylı saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13041391 saylı, xx.xx.2023-cü il tarixli 02735913 saylı və xx.xx.2023-cü il tarixli 02735915 saylı müqavilədən görünür ki, "xxxx" MMC alıcıya qiyməti 906,48 manat, (yəni 18 ay x 50,46 manat + 0 manat ilkin ödəniş) Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd İmedi kodu **********73853 SAMSUNQ GALAXY A24 markalı telefon, qiyməti 554 manat, (yəni 18 ay x 52,91 manat +0 manat ilkin ödəniş) olan İmedi kodu Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd, SAMSUNQ 25 Cahger, İmedi kodu **********09420 SAMSUNQ GALAXY A24 markalı telefon, qiyməti 55.05 manat, (yəni 15 ay x 3,67 manat +0 manat ilkin ödəniş) olan SAMSUNQ 25W Cimpast Cahgerdəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar həmin əşyalar üçün xx.xx.2023-cü il tarixli 13041391 saylı müqavilə üzrə hər ay 50,36 manat xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə hər ay 52,91 manat xx.xx.2023-cü il tarixli 02735915 saylı müqavilə üzrə hər ay 3,67 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli 13041391 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd İmedi kodu **********73853 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 654,52 manat ödənilməmiş hissə, 65,48 manat cərimə olmaqla cəmi 720 (yeddi yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd, SAMSUNQ 25 Cahger, İmedi kodu **********09420 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 503,3 ödənilməmiş hissə, 50,7 manat cərimə olmaqla cəmi 554 (beş yüz əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə SAMSUNQ 25W Cimpast Cahger üçün 25,11 manat ödənilməmiş hissə, 2,89 manat cərimə olmaqla cəmi 28 (iyirmi səkkiz) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli 13041391 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd İmedi kodu **********73853 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 654,52 manat ödənilməmiş hissə, 65,48 manat cərimə olmaqla cəmi 720 (yeddi yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd, SAMSUNQ 25 Cahger, İmedi kodu **********09420 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 503,3 ödənilməmiş hissə, 50,7 manat cərimə olmaqla cəmi 554 (beş yüz əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə SAMSUNQ 25W Cimpast Cahger üçün 25,11 manat ödənilməmiş hissə, 2,89 manat cərimə olmaqla cəmi 28 (iyirmi səkkiz) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli 13041391 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd İmedi kodu **********73853 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 654,52 manat ödənilməmiş hissə, 65,48 manat cərimə olmaqla cəmi 720 (yeddi yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə Plyonka istehsalı 2 ədəd. Vinil Mat 2 ədəd, SAMSUNQ 25 Cahger, İmedi kodu **********09420 SAMSUNQ GALAXY A24 markalı telefon üçün 503,3 ödənilməmiş hissə, 50,7 manat cərimə olmaqla cəmi 554 (beş yüz əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 02735913 saylı müqavilə üzrə SAMSUNQ 25W Cimpast Cahger üçün 25,11 manat ödənilməmiş hissə, 2,89 manat cərimə olmaqla cəmi 28 (iyirmi səkkiz) manat və dövlət rüsumu qismində ödənilmiş 33,02 manat pul vəsaiti tutulsun. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov. İş № 2(066)-1445/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu tərəfindən iddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 14:20-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:25-də başa çatdırdım. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(066)-1445/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1445/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver