Məhkəmə qərarları › İş №e-2(066)-1491/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1491/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1491/2025 24.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli, BKC/2025/2220006/255 nömrəli müqavilədən, maliyyə arayışından və əlavədən görünür ki, İddiaçı MMC alıcıya dəyəri 3306,51 (üç min üç yüz altı manat, əlli bir qəpik) manat olan Apple iphone 16 pro 256 gb Black Titanium markalı telefonu dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə Apple iphone 16 pro 256 gb Black Titanium markalı telefon üçün hər ay 183,7 (yüz səksən üç manat, yetmiş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

2. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC-dən Apple iphone 16 pro 256 gb Black Titanium markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 3306,51 (üç min üç yüz altı manat, əlli bir qəpik) manat olan mal almış, lakin borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 3117,55(üç min yüz on yeddi manat, əlli beş qəpik) manat borcunu ödəməmişdir.

Məhkəmə icraatı:

3. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Apple iphone 16 pro 256 gb Black Titanium” markalı cihazın qalıq borcu 3117,55 (üç min yüz on yeddi manat, əlli beş qəpik) manat borc məbləğinin və ödənilmiş 51,2(əlli bir manat, iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsiniz

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3306,51(üç min üç yüz altı manat, əlli bir qəpik) təşkil edən “Apple iphone 16 pro 256 gb Black Titanium” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 183,7 (yüz səksən üç manat, yetmiş qəpik) olmaqla, 18 ay müddətinə ödəməli olduğu halda, müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə borcu 3117,55 (üç min yüz on yeddi manat, əlli beş qəpik) manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə abonent tərəfindən ardıcıl 2(iki) ay ərzində ödəniş edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok olunur və bundan sonrakı 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir.

5. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh çatacaq məhkəmə bildirişi xx.xx.2025-ci il tarixində ona təqdim olunmuşdur.

Tətbiq edilən hüquq:

6. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

9. Belə ki, İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli, BKC/2025/2220006/255 nömrəli müqavilədən, maliyyə arayışından və əlavədən görünür ki, İddiaçı MMC alıcıya dəyəri 3306,51 (üç min üç yüz altı manat, əlli bir qəpik) manat olan Apple iphone 16 pro 256 gb Black Titanium markalı telefonu dəyərini hissəhissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə Apple iphone 16 pro 256 gb Black Titanium markalı telefon üçün hər ay 183,7 (yüz səksən üç manat, yetmiş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

10. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC-dən dəyəri 3306,51 (üç min üç yüz altı manat, əlli bir qəpik) manat olan Apple iphone 16 pro 256 gb Black Titanium markalı telefonu 18 ay müddətinə ödəmək şərti ilə almış, lakin borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 3117,55 manat (üç min yüz on yeddi manat, əlli beş qəpik) manat borcunu ödəməmişdir.

11. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.

12. xx.xx.2025-cü il tarixli kredit müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, alıcı Cavabdeh borcunu ödəmədiyi təqdirdə İddiaçı MMC tərəfindən almış olduğu Apple iphone 16 pro 256 gb Black Titanium markalı telefonun bağlanmasına, vahid şəbəkədə riskli müştəri siyahısına alınmasına və bununla bağlı fərdi məlumatlarının açıqlanmasına etiraz etmədiyini bildirmişdir.

13. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq İddiaçı MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.

14. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı MMCnin xeyrinə Cavabdeh xx.xx.2025-cü il tarixli, BKC/2025/2220006/255 nömrəli müqaviləyə əsasən Apple iphone 16 pro 256 gb Black Titanium markalı telefon üçün 3117,55 manat (üç min yüz on yeddi manat, əlli beş qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir.

15. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 51,2(əlli bir manat, iyirmi qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

17. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

19. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun hissə:

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-cü il tarixli, BKC/2025/2220006/255 nömrəli müqaviləyə əsasən 3117,55 manat (üç min yüz on yeddi manat, əlli beş qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 51,2(əlli bir manat, iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar