Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1503/2025 24.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 3245.04 (üç min iki yüz qırx beş manat dörd qəpik) manat olan İmei kodu **********34287 İPHONE 16 PRO xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kodu **********34287 İPHONE 16 PRO xidmətini ilkin ödənişsiz olmaqla, hər ay 180,28 (yüz səksən manat, iyirmi səkkiz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
2. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1495.92 (min dörd yüz doxsan beş manat doxsan iki qəpik) manat olan İmei kod **********26013 İPHONE 13 xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kod **********26013 İPHONE 13 xidmətini ilkin ödənişsiz olmaqla, hər ay 81,44 (səksən bir manat, qırx dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
Məhkəmə icraatı:
3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********34287 İPHONE 16 PRO üçün, 3045,04 (üç min qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 304.50 (üz yüz dörd manat əlli qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********26013 İPHONE üçün 1465.92 (bir min dörd yüz altmış beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 146.59 (yüz qırx altı manat əlli doqquz qəpik) manat cərimə, ümumilikdə 4962.06 manat borc, 69.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsiliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC TELECOM" MMC arasında bağlanmş xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********34287 İPHONE 16 PRO, İmei kod **********26013 İPHONE 13 almış və nəticədə 4962.06 (dörd min doqquz yüz altmış iki manat 6 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3245.04 (üç min iki yüz qırx beş manat, 4 qəpik) manat (18 ay x 180.28 manat+0 manat ilkin ödəniş) olan İmei kod **********34287 İPHONE 16 PRO üçün ümumilikdə, 3349.54 (üç min üç yüz qırx doqquz manat, 54 qəpik) manat olmaqla ondan. 3045.04 (üç min qırx beş manat 4 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 304.50 (üç yüz dörd manat 50 qəpik) manat cərimə;xx.xx.2025-ci il tanxlı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1495.92 (bir min dörd yüz doxsan beş manat, 92 qəpik) manat (18 ay X 81.44 manat+30 manat ilkin ödəniş) olan İmei kod **********26013 İPHONE üçün ümumilikdə, 1612.51 (bir min altı yüz on iki manat, 51 qəpik) manat olmaqla ondan, 1465.92 (bir min dörd yüz altmış beş manat, 92 qəpik; manat ödənilməmiş hissə, güzəşt olunaraq 146.59 (yüz qırx altı manat 59 qəpik) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 230 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil- təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
5. İş materiallarına əlavə edilmiş xəbərnamədən və Göygöl Rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubundan görünür ki, Cavabdeh çatacaq məhkəmə bildirişi ona çatdırılmışdır.
Tətbiq edilən hüquq:
6. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
9. Belə ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 3245.04 (üç min iki yüz qırx beş manat dörd qəpik) manat olan İmei kodu **********34287 İPHONE 16 PRO xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kodu **********34287 İPHONE 16 PRO xidmətini ilkin ödənişsiz olmaqla, hər ay 180.28 (yüz səksən manat, iyirmi səkkiz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
10. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1495.92 (min dörd yüz doxsan beş manat doxsan iki qəpik) manat İmei kod **********26013 İPHONE 13 xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kod **********26013 İPHONE 13 xidmətini ilkin ödənişsiz olmaqla, hər ay 81,44 (səksən bir manat, qırx dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
11. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********34287 İPHONE 16 PRO xidmətini ilkin ödənişsiz olmaqla 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 3245.04 ( üç min iki yüz qırx beş manat, dörd qəpik) manat olan mal almış, lakin borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 3045.04 (üç min qırx beş manat, dörd qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 304.50 (üç yüz dörd manat, əlli qəpik) manat cərimə hesablanmış; xx.xx.2025-ci il tarixli İmei kod **********26013 İPHONE 13 xidmətini ilkin ödəniş 30 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1495.92 (min dörd yüz doxsan beş manat doxsan iki qəpik) manat olan mal almış, lakin borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1465.92 (min dörd yüz altmış beş manat, doxsan iki qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 146.59 (yüz qırx altı manat, əlli doqquz qəpik) manat cərimə hesablanmışdır.
12. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
13. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
14. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədə müvafiq hesab edir.
17. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********34287 İPHONE 16 PRO xidməti üçün 3045.04 (üç min qırx beş manat, dörd qəpik) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********26013 İPHONE 13 xidməti üçün 1465.92 (min dörd yüz altmış beş manat doxsan iki qəpik) ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 4584.96 (dörd min beş yüz səksən dörd manat doxsan altı qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir.
18. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 69.63 (altmış doqquz manat altmış üç) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
22. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun hissə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3045.04 (üç min qırx beş manat, dörd qəpik) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1465.92 (min dörd yüz altmış beş manat doxsan iki qəpik) ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 4584.96 (dörd min beş yüz səksən dörd manat doxsan altı qəpik) manat pul və məhkəmə xərci olaraq 69.63 (altmış doqquz manat altmış üç qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə