Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1522/2025 02.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********06943 İphone 13, Paket Apple xidməti üçün, 1388,54 (bir min üç yüz səksən səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, 138,85 (bir yüz otuz səkkiz manat, səksən beş qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********50631 Samsung Galaxy A05, X4 2 İL xidməti üçün, 157,99 (bir yüz əlli yeddi manat, doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 15,80 (on beş manat, səksən qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paket L xidməti, İmei kod **********68968 Xiaomi Redmi 13C üçün 126,57 (bir yüz iyirmi altı manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 12,66 (on iki manat, altmış altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1840,41 manat borc, 38,41 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********06943 İphone 13, Paket Apple xidməti, İmei kod **********50631 Samsung Galaxy A05, X4 2 İL xidməti və Paket L xidməti, İmei kod **********68968 Xiaomi Redmi 13 C almış və nəticədə 1840,41 (bir min səkkiz yüz qırx manat, qırx bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1481,04 (bir min dörd yüz səksən bir manat, dörd qəpik) manat (18 ay x 82,28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********06943 İphone 13, Paket Apple xidməti üçün ümumilikdə, 1527,39 (bir min beş yüz iyirmi yeddi manat, otuz doqquz qəpik) manat olmaqla ondan, 1388,54 (bir min üç yüz səksən səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138,85 (bir yüz otuz səkkiz manat, səksən beş qəpik) manat cərimə, xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 277,64 (iki yüz yetmiş yeddi manat, altmış dörd qəpik) manat (12 ay x 21,97 manat + 14 manat ilkin ödəniş) olan İmei kod **********50631 Samsung Galaxy A05, X4 2 İL xidməti üçün ümumilikdə 173,79 (bir yüz yetmiş üç manat, yetmiş doqquz qəpik) manat olmaqla ondan, 157,99 (bir yüz əlli yeddi manat, doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15,80 (on beş manat, səksən qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 381,96 (üç yüz səksən bir manat, doxsan altı qəpik) manat (18 ay x 21,22 manat + 0 manat ilkin ödəniş) Paket L xidməti, İmei kod **********68968 Xiaomi Redmi 13C üçün ümumilikdə, 139,23 (bir yüz otuz doqquz manat, iyirmi üç qəpik) manat olmaqla ondan, 126,57 (bir yüz iyirmi altı manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,66 (on iki manat, altmış altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 467,54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 277.64 (iki yüz yetmiş yeddi manat altmış dörd qəpik) manat dəyərində, İmei kod İmei kod **********50631 Samsung Galaxy A05, X4 2 İL xidmətinin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Musayev X1 **********50631 Samsung Galaxy A05, X4 2 İL xidməti üçün ilkin ödəniş 14 manat olmaqla hər ay 21.97 (iyirmi bir manat doxsan yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqaviləyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən, müqavilədən, təhviltəslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1481,04 (bir min dörd yüz səksən bir manat, dörd qəpik) manat dəyərində İmei kod **********06943 İphone 13, Paket Apple xidmətinin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Musayev X1 **********06943 İphone 13, Paket Apple xidməti üçün ilkin ödəniş 0 manat olmaqla hər ay 82.28 (səksən iki manat iyirmi səkkiz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqaviləyə əlavə edilmiş xx.xx.2024-ci il tarixli bildirişdən, müqavilədən, təhviltəslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 381,96 (üç yüz səksən bir manat, doxsan altı qəpik) manat dəyərində Paket L xidməti, İmei kod **********68968 Xiaomi Redmi 13C dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh Paket L xidməti, İmei kod **********68968 Xiaomi Redmi 13C üçün ilkin ödəniş 0 manat olmaqla hər ay 21.22 (iyirmi bir manat iyirmi iki qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********06943 İPHONE 13, PAKET APPLE xidmətini 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1481.04 (bir min dörd yüz səksən bir manat dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1388.54 (bir min üç yüz səksən səkkiz manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 138.85 (bir yüz otuz səkkiz manat səksən beş qəpik) manat cərimə hesablanmış, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********50631 Samsung Galaxy A05, X4 2 il xidmətini 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 277,64 (iki yüz yetmiş yeddi manat altmış dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 157,99 (bir yüz əlli yeddi manat doxsan doqquz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 15,80 (on beş manat səksən qəpik) manat cərimə hesablanmışdır, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********68968 Paket L xidmətini 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 381,96 (üç yüz səksən bir manat doxsan altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 126,57 (bir yüz iyirmi altı manat əlli yeddi qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 12,66 (on iki manat altmış altı qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********06943 İphone 13, Paket Apple xidməti üçün, 1388,54 (bir min üç yüz səksən səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, 138,85 (bir yüz otuz səkkiz manat, səksən beş qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********50631 Samsung Galaxy A05, X4 2 İL xidməti üçün, 157,99 (bir yüz əlli yeddi manat, doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 15,80 (on beş manat, səksən qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paket L xidməti, İmei kod **********68968 Xiaomi Redmi 13C üçün 126,57 (bir yüz iyirmi altı manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 12,66 (on iki manat, altmış altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1840,41 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 38,41 (otuz səkkiz manat, qırx bir qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1388.54 (bir min üç yüz səksən səkkiz manat əlli dörd qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 138.85 (bir yüz otuz səkkiz manat səksən beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 157,99 (bir yüz əlli yeddi manat doxsan doqquz qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 15.80 (on beş manat səksən qəpik) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 126,57 (bir yüz iyirmi altı manat əlli yeddi qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 12.66 (on iki manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 1840,41 (bir min səkkiz yüz qırx manat qırx bir qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 38.41 (otuz səkkiz manat qırx bir qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № e-2(066)-1522/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 09:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:45-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1522/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1522/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver