Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1566/2025 25.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X20 iclas katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. X23 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Onun övladları Şəfiqə, Almaz və Ələddin olmuş, miras kütlə ünvan 3 ünvanında yerləşən evi və JN-2676F, KOD 50801004 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamədə qeyd edilən Göygöl şəhərində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin 1/3 hissəsi olmuşdur. Xanlar Rayon Notariat Kontorunun dövlət notariusunun xx.xx.2005-ci il tarixli, 2V-1-53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı olmuşdur. Xanlar Rayon Notariat Kontorunun dövlət notariusunun xx.xx.2005-ci il tarixli 2V-1-53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verərkən 1/7 hissəsi, səhvən açıq saxlanmışdır. Hazırki halda vərəsə İddiaçı miras qoyanın ölümdən bu vaxta qədər fasiləsiz mirasa sahiblik etdiyini iddia edərək miras əmlakın qalan hissədə də payının müəyyən edilməsini iddia edir.
Məhkəmədə icraat: 2.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 qalmış ünvan 1 ünvanında yerləşən evin 1/7 hissəsinə və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin mərhum X16 məxsus hissəsinə İddiaçı payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən evin 6/7 hissəsi va torpağın 1/3 hissəsi ƏMDX DƏDK va Reyestri PHŞ-nın xx.xx.2025-ci iİ tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı xüsusi mülkiyyətindədir. Evin 1/7 va torpağın 1/3 hissəsi mərhum anası X13, torpağın 1/3 hissəsi isə iddiaçının oğlu X14 mülkiyyətindədir. Məlumat üçün bildirir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1979-cu il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu ilə iddiaçının mərhum atası X9 adına qeyd edilmişdir. X21 xx.xx.1969-cu il tarixdə vəfat etmişdir. Xanlar Rayon Notariusunun xx.xx.1979 cu iİ tarixli, 7-3656 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsəsi X23 təyin edilmişdir. Xanlar Rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli qətnaməsinə əsasən yaşayış evinin 1/7 hissəsi Cavabdeh2 Salman oğluna verilmiş, lakin Xanlar rayon Dövlat Notariat Kontorunun xx.xx.1989-cu il tarixli, r-9-92 reyestr nömrəli razılıq ərizəsinə əsasən Cavabdeh2 mülkdə olan payından imtina etmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.1936-cı il tarixil texniki pasport X13 adına işlənilmişdir. Fərdi yaşayış evinin ümumi sahəsi 142.1 kv m. yaşayış sahəsi 99.8 kv m köməkçi sahəsi 42 3 kv.m olan 4 yaşayış otağından ibarətdir. Fərdi yaşayış evinin ümumi torpaq sahəsi 600 kv m (0.06 ha) olmuşdur. X3 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Xanlar Rayon Notariat Kontorunun dövlət notariusunun xx.xx.2005-ci il tarixli, 2V-1-53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 vərəsəsi İddiaçı olmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl Rayon Şöbəsi tərəfindən Göygöl şəhərində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN- 2676F, KOD 50801004 saylı Torpağın mülkiyyət hüququna dair X1 İddiaçı və X14 adına işlənilmişdir. JN 2676F saylı şəhadətnamə və xx.xx.2005-ci il tarixli, 365 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2025-ci il tarixli, **********66-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış İddiaçı (fərdi yaşayış evinin 6/7 hissəsi, torpaq sahəsi ümumi birgə), X14 (torpaq sahəsi, ümumi birgə) və X13 (fərdi yaşayış evinin 1/7 hissəsi, torpaq sahəsi ümumi birgə) adlarına verilmişdir. Xanlar Rayon Notariat Kontorunun dövlət notariusunun xx.xx.2005-ci il tarixli 2V-1-53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verərkən 1/7 hissəsi, səhvən açıq saxlanmışdır. Məlumat üçün bildirilir ki, mirasqoyan Y.Mədətova vəfat etdikdən sonra ona məxsus evda iddiaçı və oğlundan başqa heç kim yaşamamışdır. Bu hal arayış da təsdiq edir. Məlumat üçün bildirilir ki, X21 va X13 birgə nikahından 1933-cü il təvəllüdlü X24 1942-ci il təvəllüdlü Cavabdeh2, 1944-cü il təvəllüdlü İddiaçı, 1947-ci il təvəllüdlü X17 və 1952-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. Vərəsələrdən 1933-cü il təvəllüdlü X24 vəfat etmişdir. Digər vərəsə X17 isə mirasqoyanın sağlığında Orta Asiya ölkələrindən birinə getmişdir və daimi olaraq orada yaşamaqla yaşadığı ölkənin vətəndaşıdır və iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda Göygöl Rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli qərarı əsassızdır. Belə ki, işin faktiki hallarından görünür ki, mirasqoyanın ölümündən sonra heç bir vərəsə həmin əmlakda yaşamamaqla miras əmlakı nə faktiki, nə də ki, notariat ofisinə ərizə verməklə qəbul etməmişdir. Belə olan halda notariat ofisi əlavə vərəsəlik şəhadətnaməsi verməli olsa bunu etməmişdir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən evin 6/7 hissəsi, torpağın 1/3 hissəsi müvafiq çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Bununla bağlı Daşınmaza sorğu göndərib arayış almışdır. Yekunda 2005-ci ildə Göygöl rayonunda vərəsəlik işi açılıb. Həmin vərəsəlik işində evin 6/7 torpağın 1/3 hissəsi barədə vərəsəlik şəhadətnaməsi verilib. O şəhadətnamə ilə çıxarış alınıb. Evin 1/7 hissəsini notarius açıqda saxlayıb. 1986-cı ildə məhkəmə qətnaməsi ilə evin 1/7 hissəsi Ələddinin adına saxlanılıb. 1989-cu ildə verilən notariat kontoruna verdiyi ərizəyə əsasən Ələddin anasının xeyrinə həmin paydan imtina edib. Vərəsəlik işi açılanda ev ümumilikdə zərərçəkmişin adına olub. Sadəcə əsassız səbəbdən notarius evin 1/7 hissəsini açıq şəkildə saxlayıb. Torpaq hissəsinə ümumiyyətlə toxunulmayıb. Təqdim etdikləri arayışlarda da görünür ki, həmin evdə iddiaçıdan başqa heçkim yaşamayıb. Məhkəmədən xahiş edirlər ki, evin açıqda qalan 1/7 hissəsi, torpağın 1/3 hissəsi iddiaçının payına tanınsın. Notarius torpaq hissəsinə ümumiyyətlə toxunmayıb. Heç bir müraciət olunmayıb. Onun özü də o küçədə qalır. 35 il ərzində bilmişdir ki, 2 bacıdırlar. Sadəcə olaraq notariusun səhlənkarlığıdır ki, evin 1/7 hissəsini açıq saxlayıblar. Vərəsələr heç biri bu 20 il ərzində miras kütlənin qəbulu üçün müraciət etməyib, mirası iddiaçı qəbul edib. Miras qoyanın oğlu Fəxrəddin azərbaycan Respublikası vətəndaşı deyil, müstəqillik əldə edilməmişdən əvvəldən Orta Asiyada yaşayıb. 5.Cavabdeh1 ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətdir və mərhum anasının sağlığında və öləndən sonra da qeyd edilən ünvan 11 ünvanında yerləşən mənzildə bacısı İddiaçı yaşamışdır və hazırda da yaşamaqdadır. Onun miras əmlakla bağlı heç bir iddiası yoxdur. Odur ki, iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2026-cı il tarixli 2(066)-1566/2025 nömrəli məktuba cavab olaraq bildilmişdir ki, Cavabdeh2 ünvan 4 ünvanında hal-hazırda yaşamadığı üçün bildirişin ona çatdırılması mümkün olmamışdır. MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
8.Azərbaycan Respbulikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kim övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (münasibətin yarandığı vaxt qüvvədə olan norma idi). 1255.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir(münasibətin yarandığı vaxt qüvvədə olan norma idi).
9.Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
10. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
11. Belə ki işin faktiki halıdır ki, X23 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Onun övladları Şəfiqə, Almaz və Ələddin olmuş, miras kütlə ünvan 3 ünvanında yerləşən evi və JN-2676F, KOD 50801004 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamədə qeyd edilən Göygöl şəhərində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin 1/3 hissəsi olmuşdur. Xanlar Rayon Notariat Kontorunun dövlət notariusunun xx.xx.2005-ci il tarixli, 2V-1-53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı olmuşdur. Xanlar Rayon Notariat Kontorunun dövlət notariusunun xx.xx.2005-ci il tarixli 2V-1-53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verərkən 1/7 hissəsi açıq saxlanmışdır. JN 2676F saylı KOD 50801004 şəhadətnamə və xx.xx.2005-ci il tarixli, 365 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2025-ci il tarixli, **********66-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış İddiaçı (fərdi yaşayış evinin 6/7 hissəsi, torpaq sahəsi ümumi birgə), X14 (torpaq sahəsi, ümumi birgə) və X13 (fərdi yaşayış evinin 1/7 hissəsi, torpaq sahəsi ümumi birgə) adlarına verilmişdir.
12. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: Əri (arvadı): X22 (xx.xx.1900) (xx.xx.1969-cu ildə ölüb) X7 (xx.xx.1933) (xx.xx.2001-ci ildə ölüb) Oğlu:Cavabdeh2 Salman oğlu (xx.xx.1942) Qızı:İddiaçı Salman qızı (23,12.1944) X6 (xx.xx.1947) Qızı: Cavabdeh1 Salman qızı (xx.xx.1952) Qeyd olunan arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir.
13. Göygöl rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, həqiqətən İddiaçı mərhum anası, X23 23 yanvar 2004cü il tarixdə ölmüşdür və ölən günədək ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. X5 aşağıda adları çəkilən ailə üzvləri vardır: X22-1900-əri (01 05.1969-cu ildə ölüb), X25- 1933-qızı (xx.xx.2001 -ci ildə ölüb), 3. Cavabdeh2 Salman oğlu-1942-oğlu, 4. İddiaçı Salman qızı-1944-qızı; 5. X18-1947-oğlu; 6. Cavabdeh1 Salman qızı-1952-qızı. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. İddiaçı, mərhum anası X2 və ölümündən sonra hal-hazıra kimi ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayır. QEYD: Arayış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon qeydiyyat şöbəsinin № 05/09İS/125045-25 qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən verilmişdir. 14.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi 140.60 kvm daşınmaz əmlakla birlikdə İddiaçı Salman qızının mülkiyyətindədir. Fərdi yaşayış evinin 6/7 hissəsi İddiaçı Salman qızının, 1/7 hissəsi X19 mülkiyyətindədir. 15.Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə ünvanlanmış məktubda bildirilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv məlumatların verilməsi barədə məktublarına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Məktublarına cavab olaraq bildirirlər ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 25 may 1979-cu il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X10 adına qeyd edilmişdir. Xanlar rayon notariusunun 21 may 1979-cu il tarixli, 7-3656 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X11 vərəsəsi X23 təyin edilmişdir. Xanlar rayon məhkəməsinin 26 mart 1986-cı il tarixli qətnaməsinə əsasən fərdi yaşayış evinin yarısının 1/7 hissəsi Cavabdeh2 Salman oğluna verilmiş, lakin Xanlar rayon dövlət notariat kontorunun notarisunun 25 avqust 1989-cu il tarixli, r-9-92 reyestr nömrəli razılıq ərizəsinə Cavabdeh2 Salman oğlu mülkdə olan payından imtina etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 10 noyabr 1986-cı il tarixli texniki pasport X12 adına işlənilmişdir. Fərdi yaşayış evi ümumi sahəsi 142.1 kvm, yaşayış sahəsi 99.8 kvm köməkçi sahəsi 42.3 kv m olan 4 yaşayış otağından ibarətdir. Fərdi yaşayış evinin ümumi torpaq sahəsi 600 kv m (0.06 ha) olmuşdur. Xanlar rayon dövlət notariat kontorunun dövlət notariusunun 12 may 2005-ci il tarixli, 2V-1-53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 vərəsəsi İddiaçı olmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl şəhərində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-2676F, KOD 50801004 saylı “Torpağa mülkiyyət hüququna dair X1, İddiaçı Salman qızının və X14 adlarına işlənilmişdir. JN-2676F saylı şəhadətnamə və 10 may 2005-ci il tarixli, 365 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 29 iyun 2025-ci il tarixli, **********66-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış İddiaçı, X15 və X13 adlarına verilmişdir. 16.X22 ilə X13 arasında nikah xx.xx.1964-cü il tarixdə 34 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mədətov arvada Mədətova soyadı verilmişdir. 17.İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 23 yanvar 2004-cü il tarixdə ölmüşdür.
18. Az ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Salman qızı 23 yanvar 1944-cü il tarixdə Xanlar rayonunda doğulmuşdur.
19. “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərara əsasən vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair vərəsə İddiaçı Salman qızının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1234.4 maddəsinin tələbinə zidd olduğu ilə əlaqədar notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. 20.Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 23 yanvar 2004-cü ildə vəfat etmiş X23 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Xanlar şəhəri, 29 may küçəsi ev 44 ünvanında yaşayan qızı İddiaçı vermişdir.
21. Göygöl rayon Notariat ofisi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab olaraq 04 fevral 2026-cı il tarixli məktubunda bildirilir ki, Göygöl rayon Notariat ofisinə vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ şəhadətnamənin alınması ilə bağlı notariat ofisinə müraciətləri olmamışdır.
22. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 23 yanvar 2004cü ildə vəfat etmiş X23 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Xanlar şəhəri, 29 may küçəsi ev 44 ünvanında yaşayan qızı İddiaçı qəbul etmişdir. Eyni zamanda miras kütləyə miras qoyan vəfat etdiyi vaxtdan hazırki vaxtadən fasiləsiz İddiaçı sahiblik etmişdir. 23.Miras qoyan şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyriformal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. 24.«G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. 25.Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, İddiaçı anasından miras qalmış evi və torpaq sahəsini həm faktik qəbul etmiş, həm də vəsiyyətnamə üzrə vərəsə kimi notariat ofisində vərəsəlik işini qəbul etmiş, miras əmlakı tam şəkildə öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, X13 ölməsi ilə həmin miras əmlak onun övladı İddiaçı tərəfindən qəbul edilmiş, o, əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışlar. Həmçinin digər vərəsə də miras əmlakın İddiaçı 1/3 hissədə payının müəyyən olunmasına razı olduğunu bildirmiş, digər vərəsələr tərəfindən mirasın qəbuluna dair notariat ofisinə hər hansı ərizə daxil olmamışdır. Buna görə də X4 miras qalmış ünvan 11 ünvanında yerləşən evin 1/7 hissəsinə və JN-2676F, KOD 50801004 saylı Torpağın mülkiyyət hüququna dair şəhadətnamədə qeyd edilən həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin mərhum X16 məxsus 1/3 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. X4 miras qalmış ünvan 11 ünvanında yerləşən evin 1/7 hissəsinə və JN-2676F, KOD 50801004 saylı Torpağın mülkiyyət hüququna dair şəhadətnamədə qeyd edilən həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin mərhum X16 məxsus 1/3 hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə