Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1570/2024 28.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1978-ci il təvəllüdlü Cavabdeh 13 iyun 2020-ci il tarixli, SMK5710853 saylı borc müqaviləsinə əsasən 426 (dörd yüz iyirmi altı) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 456 (dörd yüz əlli) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh iddiaçı Soliton LTD MMC ilə müddəti 12 ay olmaqla 13 iyun 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyərı 644 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 426 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 13 iyun 2020-ci il tarixli, SMK5710853 saylı borc müqaviləsinə əsasən 426 (dörd yüz iyirmi altı) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rusumunun, cəmi 456 (dörd yüz əlli altı) manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuş, lakin cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2020-ci il tarixli, SMK5710853 nömrəli borc müqaviləsindən görünür ki, satıcı 644 (altı yüz qırx dörd) manat dəyərindəki məişət avadanlığını 12 ay müddətinə aylıq 48 (qırx səkkiz) manat olmaqla alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödənilən məbləğ 68 (altmış səkkiz) manat, müqavilənin ümumi məbləği 576 (beş yüz yetmiş altı) manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 5136 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, SMK5710853 nömrəli müqavilə üzrə Cavabdehnın 426 manat əsas məbləğində ödənilməmiş borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə doğulmuş və Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatdadır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx xxxx 1978-ci il təvəllüdlü Cavabdeh 13 iyun 2020-ci il tarixli, SMK5710853 saylı borc müqaviləsinə əsasən 426 (dörd yüz iyirmi altı) manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 456 (dörd yüz əlli altı) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx xxxx 1978-ci il təvəllüdlü Cavabdeh 13 iyun 2020-ci il tarixli, SMK5710853 saylı borc müqavilə üzrə 426 (dörd yüz iyirmi altı) manat əsas borc məbləği və məhkəmə xərci 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 456 (dörd yüz əlli altı) manat alınaraq İddiaçı xeyrinə ödənilsin Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşad Mustafayev düzdür” İş № 2(066)-1570/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 28 dekabr 2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 14:45-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:50-də başa çatdırdım. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1570/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1570/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver