Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-1648/2025 27.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Malik qızı ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış 00/112№-li nisyə alqı satqı müqaviləsinə və xx.xx.2024-cü il tarixində bağlanmış 00/135№-li nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehin həmin müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməməsi səbəbindən, onun tərəfindən 91,25 manat qalıq əsas borc, 220,07 manat dəbbə pulu, 30 manat məbləğində dövlət rüsumunun və iş İddiaçı MMC-nin şəxsi iştirakı olmadan – təqdim olunmuş sənədlər əsasında və ya videokonfrans vasitəsilə baxılsın. Əgər məhkəmə İddiaçı MMC-nin məhkəmə iclasında şəxsən iştirakını zəruri hesab edərsə, İddiaçı MMC, onun şəxsi gəlişi ilə bağlı 500 manat məbləğində xərclərin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Malik qızı ilə aralarında xx.xx.2024-cü il tarixində 00/112№-li nisyə alqı-satqı müqaviləsi bağlanmış və mallar ona təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Müqavilə üzrə ödəniş 150 manat (malların qiyməti 120 manat+25% komissiya haqqı) təşkil edir. Tərəflər bu müqavilə üzrə malların ödəniş qaydası və müddəti ilə bağlı razılığa gəlmişdirlər. Müqavilənin 3-cü maddəsinə əsasən, ödəniş cavabdeh (alıcı) tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan 1№-li əlavədən göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən olunmuş müddətlərdə və qaydada (6 ay müddətində, hər ay 25 manat olmaqla) həyata keçirilməli idi. Müqaviləyə əsasən, 6-cı ödənişi 25 manat olmaqla, xx.xx.2024-cü il tarixində ödənilməli idi. Lakin cvabdeh tərəfindən bu məbləğ vaxtında ödənilməmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, “Alıcı, bu müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş ödənişləri gecikdirdikdə, gecikdirilmiş hər bir gün üçün satıcıya borc məbləğinin 0.5% həcmində dəbbə pulu (cərimə) ödəməyə borcludur.” Müqavilə üzrə ödənişlər 130 gün gecikdirilmişdir. Bu gecikdirilmiş 130 gün üçün dəbbə pulu (cərimə) 97,50 manat təşkil edir. Digər müqavilə üsiə Cavabdeh Malik qızı ilə aralarında xx.xx.2024-cü il tarixində 00/135№-li nisyə alqısatqı müqaviləsi bağlanmış və mallar ona təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Müqavilə üzrə ödəniş 206,25 manat (malların qiyməti 165 manat+25% komissiya haqqı) təşkil edir. Tərəflər bu müqavilə üzrə malların ödəniş qaydası və müddəti ilə bağlı razılığa gəlmişdirlər. Müqavilənin 3-cü maddəsinə əasən, ödəniş cavabdeh (alıcı) tərəfindən müqavilənin ayrılmaz tərkib hisssəsi olan 1№-li əlavədə göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən olunmuş müddətlərdə və qaydada (6 ay müddətində, hər ay 35 manat olmaqla) həyata keçirilməli idi. Müqaviləyə əsasən, 5-ci ödəniş 35 manat olmaqla, xx.xx.2024-cü il tarixində ödənilməli idi. Lakin cavabdeh tərəfindən bu məbləğ vaxtında ödənilməmişdir. Müqaviləyə əsasən, 6-cı ödəniş 31,25 manat olmaqla, xx.xx.2025-ci il tarixində ödənilməli idi. Lakin cavabdeh tərəfindən bu məbləğ vaxtında ödənilməmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddia ərizəsinin dəlillərində xahiş etdim hissəsində hər bir müqavilə üzrə əsas borc və faiz borcu ayrı-ayrılıqda göstərilməmiş, maliyyə arayışı ərizəyə əlavə edilmədiyindən dəbbə pulunun hansı tarixlərə hesablanmasını müəyyən etmək mümküm olmamışdır. Həmçinin, 500 manat məbləğində qeyri-müəyyən məhkəmə xərci tələb edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-1648/2025 saylı, 26 dekabr 2025-ci il tarixli məktubundan və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddia ərizəsində olan qeyd olunan nöqsanlar barədə məhkəmə tərəfindən Məhkəmə İnformasiya Sistemində olan elektron kabinet vasitəsi ilə İddiaçı MMC-nə məktub ünvanlanmış, lakin qeyd olunan müddət ərzində iddiaçı tərəfindən məhkəməyə hər hansı bir iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və sübutlar təqdim edilməmiş, qeyd edilən nöqsanlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3–cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi barədə sübutları və tələbdə olan qeyri-müəyyənliyi aradan qaldırmadan iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir və bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1648/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-1648/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver