Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1662/2025 30.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli № ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1344.00 manat əsas borc və 165.20 manat cərimə borcu olmaqla, ümumilikdə 1509.20 (bir min beş yüz doqquz manat 20 qəpik) manat borcun, habelə 35.09 (otuz beş manat 09 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq Cash Finance MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Fərdi sahibkar X6 (VÖEN: tel:2305535932**********) arasında tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, Fərdi sahibkar X2 1344,00 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 1344,00 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və nəticədə tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1344,00 manat borcu qalmışdır. tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə görə cavabdeh tel:29.07.2025xx.xx.2025-ci il tarixdən tel:29.06.2026xx.xx.2026-cı il tarixinədək, hər ay 112,00 manat ödəməklə Fərdi sahibkar X4 olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. Fərdi sahibkar X6 ilə Cash Finance MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, Fərdi sahibkar X3 cavabdehə qarşı mövcud olan 1344,00 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 0,00 manat təşkil edir. Cavabdeh, müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh oğlı tel:26.11.2025xx.xx.2025-ci il tarixinə Cash Finance ММС-уǝ, tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-müqaviləsi üzrə 1344,00 manat əsas borcu və 165,20 manat cərimə borcu olmaqla, ümumilikdə 1509,20 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, o, müqavilə ilə müəyyənləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Cavabdeh ilə Fərdi sahibkar X6 (VÖEN: tel:2305535932**********) arasında tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Fərdi sahibkar X2 1344,00 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 1344,00 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və nəticədə tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1344,00 manat borcu qalmışdır. tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə görə cavabdeh tel:29.07.2025xx.xx.2025-ci il tarixdən tel:29.06.2026xx.xx.2026-cı il tarixinədək, hər ay 112,00 manat ödəməklə Fərdi sahibkar X4 olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. Fərdi sahibkar X6 ilə Cash Finance MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, Fərdi sahibkar X3 cavabdehə qarşı mövcud olan 1344,00 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 0,00 manat təşkil edir. Cavabdeh, müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh oğlı tel:26.11.2025xx.xx.2025-ci il tarixinə Cash Finance ММС-уǝ, tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-müqaviləsi üzrə 1344,00 manat əsas borcu və 165,20 manat cərimə borcu olmaqla, ümumilikdə 1509,20 manat borcu vardır. İşdə olan Fərdi sahibkar X6 ilə (VÖEN: tel:2305535932**********) Cavabdeh arasında bağlanmış tel:29.06.2025xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsindən və təhvil-təslim aktından məlum olur ki, satıcı bu müqaviləyə əsasən dəyəri 1344 (bir min üç yüz qırx dörd) manat olan malın dəyərini müqavilənin 1 saylı əlavəsində yer alan ödəniş cədvəlinə əsasən hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən, alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyi halda, satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və (dəbbə) pulunu dərhal tələb etmək hüququna malikdir. Müqavilənin 1 saylı əlavəsində olan ödəniş cədvəlinə əsasən malın qiymətinin nisyə məbləği olan 1344 (bir min üç yüz qırx dörd) manat pulun xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 12 ay müddətində hər ay 112 (bir yüz on iki) manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. F-03/25/03 saylı 19 mart 2025-ci il tarixli faktorinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Faktor (“Cash Finance MMC”) borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir İşdə olan 29 iyun 2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh Kərimli X5 dəstinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 112 manat olmaqla, cəmi 1344 (bir min üç yüz qırx dörd) manat pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu xx.xx.2025-ci il tarixli ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə, 1344.00 manat əsas, 165.20 manat cərimə borcu olmaqla, ümumilikdə 1509.20 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Qırıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Göygöl rayonunun Qırıqlı kəndində qeydiyyatdadır və hazırda Rusiya Federasiyasında yaşayır. Evdə olmadığına görə məktub anası X1 verilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyin icrasını gecikdirdiyindən iddiaçının cərimə (dəbbə pulu) tələbi də əsaslıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı MMCnin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli ********** saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən 1344.0 (bir min üç yüz qırx dörd manat) manat əsas, 165.20 (bir yüz altmış beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1509.20 (bir min beş yüz doqquz manat iyirmi qəpik) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 35.09 (otuz beş manat doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1344.0 (bir min üç yüz qırx dörd manat) manat əsas, 165.20 (bir yüz altmış beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1509.20 (bir min beş yüz doqquz manat iyirmi qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 35.09 (otuz beş manat doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1662/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 09:50-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:00-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1662/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1662/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver