Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1664/2025 27.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********52297 İPHONE 16 Pro Max, İmei kod **********27655 İPHONE 16 Pro Max markalı telefon üçün, 6137,16 (altı min bir yüz otuz yeddi manat, on altı qəpik) manat ödənilməmiş hissə, 613,72 (altı yüz on üç manat, yetmiş iki qəpik) manat cərimə, ümumilikdə 6750,88 manat borc, 87,51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********52297 İPHONE 16 Pro Max, İmei kod **********27655 İPHONE 16 Pro Max markalı telefon almış və nəticədə 6750,88 (altı min yeddi yüz əlli manat, səksən səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 7931,16 (yeddi min doqquz yüz otuz bir manat, on altı qəpik) manat (yəni 18 ay x 360,62 manat + 1440 manat ilkin ödəniş) olan İmei kod **********52297 İPHONE 16 Pro Max, İmei kod **********27655 İPHONE 16 Pro Max markalı telefon üçün ümumilikdə 6750,88 (altı min yeddi yüz əlli manat, səksən səkkiz qəpik) manat olmaqla, ondan, 6137,16 (altı min bir yüz otuz yeddi manat, on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 613,72 (altı yüz on üç manat, yetmiş iki qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1794 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, müştəri Cavabdeh, xx.xx.2025-ci il tarixində 2 ədəd İPHONE 16 pro max telefonunu 18 ay müddətinə hər ay 360,62 manat ödəniş etməklə götürmüşdür. Cavabdeh 1440 manat ilkin ödəniş etmiş. Məhsulun ümumi dəyəri isə 7931,16 manat olmuşdur. Ümumi olaraq ilkin ödənişlə birlikdə 1794 manat ödəniş edilmiş, cavabdeh əlavə olaraq heç bir ödəniş etməmişdir. Cavabdehin 6137,16 (altı min bir yüz otuz yeddi manat, on altı qəpik) ödənilməmiş hissə, 613,72 (altı yüz on üç manat, yetmiş iki qəpik) dəbbə məbləği olmaqla, ümumi olaraq 6750,88 manat borcu vardır. Əlavə olaraq bildirdi ki, müştəri ödəniş etmədikdə, 3 ay müddətinə məhkəməyə müraciət etmə hüququ yaranır. İş problemli şöbədə olduğu üçün 10 ay sonra məhkəməyə müraciət olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, telefonları almış, lakin səhvlik edib ödənişlər etməmişdir. Dəfələrlə ödəniş üçün mürciət etsədə, problemli şöbədə olduğu üçün ödənişləri qəbul edilməmişdir. Ödənişlər olunduqca həm əsas borcdan, həm dəbbə pulundan çıxıldığı üçün, problemli şöbə ona pulu yığıb birdəfəlik ödəniş etməsini təklif etmişdir. Dəbbə pulunun silinməsini istəyir və yerdə qalan borcu ödəməyə razıdır. Göstərilənləri nəzərə alaraq, dəbbə borcunun silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 596339 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 7931,16 (yeddi min doqquz yüz otuz bir manat, on altı qəpik) manat olan İmei kod **********52297 İPHONE 16 Pro Max, İmei kod **********27655 İPHONE 16 Pro Max markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kod **********52297 İPHONE 16 Pro Max, İmei kod **********27655 İPHONE 16 Pro Max markalı telefon üçün 1440 manat ilkin ödəniş olmaqla 18 ay müddətində hər ay 360,62 (üç yüz altmış manat, altmış iki qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********52297 İPHONE 16 Pro Max, İmei kod **********27655 İPHONE 16 Pro Max markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 7931,16 (yeddi min doqquz yüz otuz bir manat, on altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 6137,16 (altı min bir yüz otuz yeddi manat, on altı qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 613,72 (altı yüz on üç manat, yetmiş iki qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə məhkəmə tərəfləri dinləyərək, tərəflərin mənafelərini nəzərə alaraq tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı əsas borca dəbbə pulu hesablaması ilə yanaşı müqavilədə göstərilən qısa müddətdə məhkəməyə müraciət hüququndan istifadə etməmiş, dəbbə pulunun yüksək hesablanmasına nail olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2025-ci il tarixli müqavilə üzrə tələb etdiyi 613,72 (altı yüz on üç manat, yetmiş iki qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********52297 İPHONE 16 Pro Max, İmei kod **********27655 İPHONE 16 Pro Max telefon üçün 6137,16 manat ödənilməmiş hissə, 200 manat cərimə borcu olmaqla ümumilikdə 6337,16 (altı min üç yüz otuz yeddi) manat borc məbləği alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 87,51 (səksən yeddi manat, əlli bir qəpik) manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 84,37 (səksən dörd manat, otuz yeddi qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6137,16 manat əsas borcdan ödənilməmiş hissə, 200 manat cərimə borcu olmaqla ümumilikdə 6337,16 (altı min üç yüz otuz yeddi manat, on altı qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 84,37 (səksən dörd manat, otuz yeddi qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1664/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1664/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver