Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1686/2025 12.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 217,9 manat əsas 32,6 manat cərimə olmaqla, cəmi 250,5 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 154,4 manat əsas 23,1 manat cərimə olmaqla, cəmi 177,5 manat borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 327,9 manat əsas, 49,1 manat cərimə olmaqla, cəmi 377 manat borc ümumilikdə üç müqavilə üzrə 700,2 manat əsas, 104,8 manat cərimə olmaqla cəmi 805 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “TAUBE” markalı televizora görə 24 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 329,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 14 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 217,90 manat əsas və 326 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 32,60 manat və tutulmalı olan cəmi borc məbləği 250,50 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “HONOR” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 310,49 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 26 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 154,40 manat əsas və 231 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 23,10 manat və tutulmalı olan cəmi borc məbləği 177,50 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “SAMSUNG” markalı mobil telefon və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 457,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 26 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 327,90 manat əsas və 491 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 49,10 manat və tutulmalı olan cəmi borc məbləği 377 manat təşkil edir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “TAUBE” markalı televizora görə 24 ay ödəniş cədvəli üzrə hər ay 14 (on dörd) manat, sonuncu ay isə 7,98 (yeddi manat, doxsan səkkiz qəpik) manat olmaqla cəmi 329,98 (üç yüz iyirmi doqquz manat, doxsan səkkiz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 14 manat olmuşdur. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 32,60 manat və tutulmalı olan əsas borc məbləği 217,90 manat olmaqla cəmi borc məbləği 250,50 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Honor” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 26 manat, sonuncu ay isə 24,49 (iyirmi dörd manat, qırx doqquz qəpik) manat olmaqla cəmi 310,49 (üç yüz on manat, qırx doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 26 manat olmuşdur. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 23,10 manat və tutulmalı olan əsas borc məbləği 154,40 manat olmaqla cəmi borc məbləği 177,50 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung A057 Silver 128 GB” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 26 (iyirmi altı) manat, sonuncu ay isə 15,98 (on beş manat, doxsan səkkiz qəpik) manat olmaqla cəmi 457,98 (dörd yüz əlli yeddi manat, doxsan səkkiz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 26 manat olmuşdur. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 49,10 manat və tutulmalı olan əsas borc məbləği 237,90 manat olmaqla cəmi borc məbləği 377 manat təşkil edir. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Müddətli (nisyə) alqı-satqı müqavilələri, müddətli (nisyə) alqı-satqı müqaviləlarinin 1 (bir) saylı əlavələri, ödəniş cədvəlləri, müştəri müraciəti üzrə ərizə-anketlər və maliyyə arayışları iddia tələblərinin əsaslılığı məqsədi ilə sübut kimi təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Taube TB32SBK Smart TV” markalı televizora görə 24 ay ödəniş cədvəli üzrə hər ay 14 (on dörd) manat, sonuncu ay isə 7,98 (yeddi manat, doxsan səkkiz qəpik) manat olmaqla cəmi 329,98 (üç yüz iyirmi doqquz manat, doxsan səkkiz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Honor X6b 4GB/128 GB Forest Green” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 26 (iyirmi altı) manat, sonuncu ay isə 24,49 (iyirmi dörd manat, qırx doqquz qəpik) manat olmaqla cəmi 310,49 (üç yüz on manat, qırx doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung A057 Silver 128 GB” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 26 (iyirmi altı) manat, sonuncu ay isə 15,98 (on beş manat, doxsan səkkiz qəpik) manat olmaqla cəmi 457,98 (dörd yüz əlli yeddi manat, doxsan səkkiz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 217,9 (iki yüz on yeddi manat, doxsan qəpik) manat əsas, 296 gün gecikdirilən günlərin sayına görə 326 (üç yüz iyirmi altı) manat cərimə, cəmi borc 543,90 (beş yüz qırx üç manat, doxsan qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 154,4 (bir yüz əlli dörd manat, qırx qəpik) manat əsas, 296 gün gecikdirilən günlərin sayına görə 231 (iki yüz otuz bir) manat cərimə, cəmi borc 385,40 (üç yüz səksən beş manat, qırx qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 327,9 (üç yüz iyirmi yeddi manat, doxsan qəpik) manat əsas, 309 gün gecikdirilən günlərin sayına görə 491 (dörd yüz doxsan bir) manat cərimə, cəmi borc 818,90 (səkkiz yüz on səkkiz manat, doxsan qəpik) manat təşkil edir. İşdə olan 18 noyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı ildə Ermənistan, Amasiya rayonu, İbiş kəndində anadan olmuşdur və Göygöl rayonu Çaykənd kəndində yaşayır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, vətəndaş Cavabdeh Göygöl rayonu Çaykənd kəndində qeydiyyatdadır. Göygöl RİHB-nin Çaykənd kənd İƏD-si üzrə nümayəndəliyinin 18 dekabr 2025-ci il tarixli, 5-47-15/2-123/2025 nömrəli məktubunda vətəndaş Cavabdeh Göygöl rayonunun Çaykənd kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, nümayəndəliyə məlum olmayan ünvana getmişdir. Ona görə də, həmin vətəndaşa məhkəmə bildirişinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 217,9 (iki yüz on yeddi manat, doxsan qəpik) manat əsas, 32,60 (otuz iki manat, altmış qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 154,4 (nir yüz əlli dörd manat, qırx qəpik) manat əsas, 23,1 (iyirmi üç manat, on qəpik) manat cərimə, xx.xx.2024cü il tarixli ********* saylı müqavilə üzrə 327,9 (üç yüz iyirmi yeddi manat, doxsan qəpik) manat əsas, 49,1 (qırx doqquz manat, on qəpik) cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 700,2 (yeddi yüz manat, iyirmi qəpik) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 217,9 (iki yüz on yeddi manat, doxsan qəpik) manat əsas, 32,60 (otuz iki manat, altmış qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 154,4 (bir yüz əlli dörd manat, qırx qəpik) manat əsas, 23,1 (iyirmi üç manat, on qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 327,9 (üç yüz iyirmi yeddi manat, doxsan qəpik) manat əsas, 49,1 (qırx doqquz manat, on qəpik) cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə cəmi 805 (səkkiz yüz beş manat) borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1686/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 12 yanvar 2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 12:05-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:15-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1686/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1686/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver