Məhkəmə qərarları › İş №e-2(066)-1705/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1705/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1705/2025 16.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 03748884 saylı fakturaya əsasən, Paltaryuyan LG üçün 1159.06 (bir min yüz əlli doqquz manat, 06 qəpik) manat ödənilməmiş hissə, 115,91 (bir yüz on beş manat, 91 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 03867318 saylı fakturaya əsasən, İmei kodu **********49231 Samsung Galaxy A35 5G markalı telefon, MYCHOİCE case qoruyucu örtük, Paket XXXL xidməti üçün 876,48 (səkkiz yüz yetmiş altı manat, 48 qəpik) manat ödənilməmiş hissə, 87,65 (səksən yeddi manat, 65 qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, İmei kodu **********18021 Samsung Galaxy A15 markalı telefon, 2 ədəd HD GLASS qoruyucu şüşə, MYCHOİCE case qoruyucu örtük, Paket L xidməti üçün 403,12 (dörd yüz üç manat 12 qəpik) manat ödənilməmiş hissə, 40,31 (qırx manat, 31 qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 2682,53 manat borc, 46,83 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03748884 saylı faktura,xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 03867318 saylı faktura, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, Paltaryuyan LG, İmei kodu **********49231 Samsung Galaxy A35 5G markalı telefon, MYCHOİCE case qoruyucu örtük, Paket XXXL xidməti, İmei kodu **********18021 Samsung Galaxy A15 markalı telefon, 2 ədəd HD GLASS qoruyucu şüşə, MYCHOİCE case qoruyucu örtük, Paket L xidməti almış və nəticədə 2682.53 (iki min altı yüz səksən iki manat, 53 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03748884 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1294,06 (bir min iki yüz doxsan dörd manat, 06 qəpik) manat (18 ay x 69,67 manat + 40 manat ilkin ödəniş) olan Paltaryuyan LG üçün ümumilikdə, 1274,97 (bir min iki yüz yetmiş dörd manat, 97 qəpik) manat olmaqla ondan, 1159.06 (min yüz əlli doqquz manat, 06 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115,91 (yüz on beş manat, 91 qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03867318 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1087,12 (min səksən yeddi manat, 12 qəpik) manat (18 ay x 59,84 manat + 10 manat ilkin ödəniş) olan İmei kodu **********49231 Samsung Galaxy A35 5G markalı telefon, MYCHOİCE case qoruyucu örtük, Paket XXXL xidməti üçün ümumilikdə, 964,13 (doqquz yüz altmış dörd manat 13 qəpik) olmaqla ondan, 876,48 (səkkiz yüz yetmiş altı manat, 48 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87,65 (səksən yeddi manat, 65 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 504,12 (beş yiiz dörd manat, 12 qəpik) manat (12 ay x 42,01 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********18021 Samsung Galaxy A15 markalı telefon, 2 ədəd HD GLASS qoruyucu şüşə, MYCHOİCE case qoruyucu örtük, Paket L xidməti üçün ümumilikdə, 443,43 (dörd yüz qırx üç manat, 43 qəpik) manat olmaqla ondan, 403,12 (dörd yüz üç manat 12 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40,31 (qırx manat, 31 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 446,64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 03748884 saylı faktura, xx.xx.2024-cii il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03867318 saylı faktura, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturanın ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03748884 saylı fakturadan görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1294,06 (bir min iki yüz doxsan dörd manat, altı qəpik) manat paltaryuyan LG-nin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1 %-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar paltaryuyan LG üçün ilkin ödəniş 40 manat olmaqla hər ay 69,67 (altmış doqquz manat, altmış yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03867318 saylı fakturadan görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1087,12 (bir min səksən yeddi manat, on iki qəpik) İmei kodu **********49231 Samsung Galaxy A35 5G markalı telefon, MYCHOİCE case qoruyucu örtük, Paket XXXL xidməti-nin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1 %-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kodu **********49231 Samsung Galaxy A35 5G markalı telefon, MYCHOİCE case qoruyucu örtük, Paket XXXL xidməti üçün ilkin ödəniş 10 manat olmaqla hər ay 59,84 (əlli doqquz manat, səksən dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – xx.xx.2024-cü il tarixli ********* saylı fakturadan görünür ki, "xxxx" MMC alıcıya dəyəri 504,12 (beş yüz dörd manat, on iki qəpik İmei kodu **********18021 Samsung Galaxy A15 markalı telefon, 2 ədəd HD GLASS qoruyucu şüşə, MYCHOİCE case qoruyucu örtük, Paket L xidməti-nin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1 %-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı İmei kodu **********18021 Samsung Galaxy A15 markalı telefon, 2 ədəd HD GLASS qoruyucu şüşə, MYCHOİCE case qoruyucu örtük, Paket L xidməti üçün ilkin ödəniş 0 manat olmaqla hər ay 42,01 (qırx iki manat, bir qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03748884 saylı fakturaya əsasən "xxxx" Paltaryuyan LG-ni 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1294,06 (bir min iki yüz doxsan dörd manat, altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1159,06 (bir min bir yüz əlli doqquz manat, altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 115,91 (bir yüz on beş manat, doxsan bir qəpik) manat cərimə hesablanmış, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 03867318 saylı fakturaya əsasən "xxxx" MMC-dən İmei kodu **********49231 Samsung Galaxy A35 5G markalı telefon, MYCHOİCE case qoruyucu örtük, Paket XXXL xidməti-ni 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1087,12 (bir min səksən yeddi manat, on iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 876,48 (səkkiz yüz yetmiş altı manat, qırx səkkiz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 87,65 (səksən yeddi manat, altmış beş qəpik) manat cərimə hesablanmışdır, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən "xxxx" MMC-dən İmei kodu **********18021 Samsung Galaxy A15 markalı telefon, 2 ədəd HD GLASS qoruyucu şüşə, MYCHOİCE case qoruyucu örtük, Paket L xidməti-ni 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 504,12 (beş yüz dörd manat, on iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 403,12 (dörd yüz üç manat, on iki qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 40,31 (qırx manat, otuz bir qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh tərəfindən məhkəmə bildirişi təvil alınmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 03748884 saylı fakturaya əsasən Paltaryuyan LG üçün, 1159,06 (bir min bir yüz əlli doqquz manat, altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 115,91 (bir yüz on beş manat, doxsan bir qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03867318 saylı fakturaya İmei kodu **********49231 Samsung Galaxy A35 5G markalı telefon, MYCHOİCE case qoruyucu örtük, Paket XXXL xidməti üçün, 876,48 (səkkiz yüz yetmiş altı manat, qırx səkkiz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 87,65 (səksən yeddi manat, altmış beş qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, İmei kodu **********18021 Samsung Galaxy A15 markalı telefon, 2 ədəd HD GLASS qoruyucu şüşə, MYCHOİCE case qoruyucu örtük, Paket L xidməti üçün 403,12 (dörd yüz üç manat, on iki qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 40,31 (qırx manat, otuz bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2682,53 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 46,83 (qırx altı manat, səksən üç qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03748884 saylı fakturaya əsasən 1159,06 manat ödənilməmiş hissə, 115,91 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 03867318 saylı fakturaya əsasən 876,48 manat ödənilməmiş hissə, 87,65 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən 403,12 manat ödənilməmiş hissə, 40,31 manat cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 2682,53 (iki min altı yüz səksən iki manat, əlli üç qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 46,83 (qırx altı manat, səksən üç qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № e-2(066)-1705/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar