Məhkəmə qərarları › İş №e-2(066)-189/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-189/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-189/2025 09.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74384 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER üçün, 185.5 (yüz səksən beş manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 55.65 (əlli beş manat, 65 qəpik; manat cərimənin, xx.xx.2023- cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********53105 XİAOMİ REDMİ 12 markalı telefon üçün 167.2 (yüz altmış yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 50.16 (əlli manat, 16 qəpik) manat cərimənin; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********27175 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER üçün, 157.9 (yüz əlli yeddi manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 47.37 (qırx yeddi manat, 37 qəpik) manat cərimənin, ümumilikdə 734.58 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********74384 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, İmei kod **********53105 XİAOMİ REDMİ 12 markalı telefon, İmei kod **********27175 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER almış və nəticədə 734.58 (yeddi yüz otuz dörd manat, 58 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 318.5 (üç yüz on səkkiz manat, 50 qəpik) manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********74384 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə, 264.75 (iki yüz altmış dörd manat, 75 qəpik ) manat olmaqla ondan, 185.5 (yüz səksən beş manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 55.65 (əlli beş manat, 65 qəpik) manat cərimə, xx.xx.2023- cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 302.04 (üçyüz iki manat, 4 qəpik) manat (12 ay x 25.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********53105 X1AOM1 REDMİ 12 markalı telefon üçün ümumilikdə, 240.96 (iki yüz qırx manat, 96 qəpik) manat olmaqla ondan, 167.2 (yüz altmış yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 50.16 (əlli manat, 16 qəpik) manat cərimə; xx.xx.2023- cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 516.06 (beş yüz on altı manat, 6 qəpik) manat (18 ay x 28.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********27175 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə, 228.87 (iki yüz iyirmi səkkiz manat, 87 qəpik) manat olmaqla ondan, 157.9 (yüz əlli yeddi manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 47.37 (qırx yeddi manat, 37 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 811.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir "xxxx" MMC məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair təqdim etdiyi ərizəsində xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********74384 olan Samsung Galaxy A l4 markalı telefon, Samsung Charger üçün 128.50 manat ödənilməmiş hissə, 12.5 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********53105 olan Xiaomi Redmi 12 markalı telefon üçün 111.2 manat ödənilməmiş hissə, 11.80 manat cərimə pulunun, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********27175 olan Samsung Galaxy A14 markalı telefon, Samsung Charger üçün 72.9 manat ödənilməmiş hissə. 7.1 manat cərimə pulunun, ümumilikdə 344 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «ABC X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclası zamanı "xxxx" MMC tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizədə tələblə bağlı qeyri müəyyənlik aşkar edildiyindən və məhkəmə baxışında verildiyindən məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizənin icraata götürülməsindən imtina etmiş, iddiaçı “ABC-Telecom MMC-nin nümayəndəsi Nümayəndə3 ərizənin icraata götürülməsindən imtina edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödənişlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ödəniş qəbzləri təqdim edərək izahatında göstədi ki, müxtəlif vaxtlarda qeyd olunan müqavilələr üzrə ödənişlər etmişdir. Həmçinin iddiaçı tərəfindən hesablanmış borc məbləği və həmin borc məbləğinə hesablanmış cərimələrin çox yüksək olmasını və cərimələrin azaldılmasını, onun tərəfindən olunmuş ödənişlərin nəzərə alınmaqla iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və cavabdehi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03123457 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 504 (beş yüz dörd) manat olan İmei kod **********74384 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kod **********74384 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER üçün hər ay 28 (iyirmi səkkiz) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. ABC Telecom” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03857102 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 302.04 (üç yüz iki manat dörd qəpik) manat olan İmei kod **********53105 X1AOM1 REDMİ 12 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kod **********53105 X1AOM1 REDMİ 12 markalı telefon üçün hər ay 25.17 (iyirmi beş manat on yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. ABC Telecom” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02624747 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 516.04 (beş yüz on altı manat dörd qəpik) manat olan İMEİ kodu **********27175 olan Samsung Galaxy A14 markalı telefon, Samsung Charger-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar JBL qulaqlıq üçün hər ay 28.67 (iyirmi səkkiz manat altmış yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********74384 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 504 (beş yüz dörd) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 185.5 (yüz səksən beş manat əlli qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 55.65 (əlli beş manat altmış beş qəpik) manat cərimə hesablanmış, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********53105 X1AOM1 REDMİ 12 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 302.04 (üç yüz iki manat dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 167.2 (yüz altmış yeddi manat iyirmi qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 50.16 (əlli manat on altı qəpik) manat cərimə hesablanmış və təkrar həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********27175 olan Samsung Galaxy A14 markalı telefon, Samsung Charger üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 516.06 (beş yüz on altı manat altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 57.9 (əlli yeddi manat doxsan qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 47.37 (qırx yeddi manat otuz yeddi qəpik) manat cərimə hesablanmışdır. Məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-yə İmei kod **********74384 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER üçün borcundan 481.19 manat ödəniş etmiş, hazırda 22.81 manat ödənilməmiş borcu qalmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə İmei kod **********53105 X1AOM1 REDMİ 12 markalı telefon üçün borcundan 233.84 manat ödəniş etmiş, 68.2 manat ödənilməmiş borcu qalmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə İmei kod **********53105 X1AOM1 REDMİ 12 markalı telefon üçün 419 manat ödəniş etmiş, 97.06 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1972-ci ildə Amasiya rayonunda anadan olmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb etdiyi 55.65 (əlli beş manat altmış beş qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 2 (iki) manat məbləğində müəyyən edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb etdiyi 50.16 (əlli manat on altı qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 7 (yeddi) manat məbləğində müəyyən edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb etdiyi 47.37 (qırx yeddi manat otuz yeddi qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 9 (doqquz) manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74384 SAMSUNG GALAXY A14 markalı mobil telefonun, xx.xx.2023- cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********53105 XİAOMİ REDMİ 12 markalı mobil telefonun və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********27175 SAMSUNG GALAXY A14 markalı mobil telefonlarının hər birinin açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 3 X 23.60 manat məbləğində pulu cavabdehdən tələb etsə də, iddia tələbində göstərmiş olduğu həmin ödənişlərlə bağlı qəbzləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 3 x 23.60 manat manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi tələbini əsassız hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək və cavabdeh tərəfidən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərini və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74384 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER üçün 22.81 (iyirmi iki manat səksən bir qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********53105 XİAOMİ REDMİ 12 markalı telefon üçün 68,2 (altmış səkkiz manat iki qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27175 olan Samsung Galaxy A14 markalı telefon, Samsung Charger üçün 97.06 (doxsan yeddi manat altı qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 206.07 (iki yüz altı manat yeddi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 22.81 (iyirmi iki manat səksən bir qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 2 (iki) manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 68,2 (altmış səkkiz manat iki qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 97.06 (doxsan yeddi manat altı qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 206,07 (iki yüz altı manat yeddi qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar