Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-213/2025 09.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, TCL LED TVüç ün 837.9 (səkkiz yüz otuz yeddi manat, 90 qəpik) manat ödənilməmiş hissə, 251.37 (iki yüz əlli bir manat, 37 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********23596 OPPO A18 markalı telefon üçün 378.7 (üç yüz yetmiş səkkiz manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 113.61 (yüz on üç manat, 61 qəpik) manat cərimə ümumilikdə 1605.18 manat borc 36.06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən TCL LED TV, İMEİ KODU **********23596 OPPO A18 markalı telefon almış və nəticədə 1605.18 (min altı yüz beş manat, 18 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 957.6 (doqquz yüz əlli yeddi manat, 60 qəpik) manat (24 ay x 39.9 manat + 0 manat ilkin ödəniş) olan TCL LED TV üçün ümumilikdə, 1089.27 (min səksən doqquz manat, 27 qəpik) manat olmaqla ondan, 837.9 (səkkiz yüz otuz yeddi manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 251.37 (iki yüz əlli bir manat, 37 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 455.58 (dörd yüz əlli beş manat, 58 qəpik) manat (18 ay x 25.31 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********23596 OPPO A18 markalı telefon üçün ümumilikdə, 515.91 (beş yüz on beş manat, 91 qəpik) manat olmaqla ondan, 378.7 (üç yüz yetmiş səkkiz manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 113.61 (yüz on üç manat, 61 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 196.58 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq İnnovativ Layihələr Mərkəzinə 23.6 (iyirmi üç manat, 60 qəpik) manatın ödənilməsini təsdiq edən sübutu təqdim edəbilmədiklərini bildirdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18866324 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 957.6 (doqquz yüz əlli yeddi manat altmış qəpik) manat olan TCL LED TV-nin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar TCL LED TV üçün 39.9 (otuz doqquz manat doxsan qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18866323 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 455.58 (dörd yüz əlli beş manat əlli səkkiz qəpik) manat olan İMEİ KODU **********23596 OPPO A18 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ KODU **********23596 OPPO A18 markalı telefon üçün 25.31 (iyirmi beş manat otuz bir qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən TCL LED TV üçün 24 ay müddətinə ödəmək şərti ilə dəyəri 957.6 (doqquz yüz əlli yeddi manat altmış qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 837.9 (səkkiz yüz otuz yeddi manat doxsan qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 251.37 (iki yüz əlli bir manat otuz yeddi qəpik) manat cərimə hesablanmışdır. Həmçinin eyni tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən İMEİ KODU **********23596 OPPO A18 markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 455.58 (dörd yüz əlli beş manat əlli səkkiz qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 378.7 (üç yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 113.61 (yüz on üç manat altmış bir qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci ildə Xanlar rayonu Çaylı kəndində anadan olmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli 18866324 saylı müqavilə üzrə tələb etdiyi 251.37 (iki yüz əlli bir manat otuz yeddi qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 84 manat məbləğində müəyyən edilməli, həmçinin xx.xx.2024-cü il tarixli 18866323 saylı müqavilə üzrə tələb etdiyi 113.61 (yüz on üç manat altmış bir qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 38 manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddiaçı İMEİ KODU **********23596 OPPO A18 markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində pulu cavabdehdən tələb etsə də, iddia tələbində göstərmiş olduğu həmin ödənişlə bağlı qəbzi və həmin xidmətin göstərilməsi ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi tələbini əsassız hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 18866323 saylı müqaviləyə əsasən, İMEİ KODU **********23596 OPPO A18 markalı telefon üçün 378.7 (üç yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə, xx.xx.2024-cü il tarixli, 18866324 saylı müqaviləyə əsasən, TCL LED TV üçün 837.9 (səkkiz yüz otuz yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1338,6 (bir min üç yüz otuz səkkiz manat altmış qəpik) manat borc məbləği alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 36.06 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 18866323 saylı müqavilə üzrə 378.7 (üç yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə; xx.xx.2024-cü il tarixli, 18866324 saylı müqavilə üzrə 837.9 (səkkiz yüz otuz yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1338,6 (bir min üç yüz otuz səkkiz manat altmış qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 34 (otuz dörd) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-213/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-213/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver