Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-254/2024 09.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakl ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru NümayəndəX iddia verərək, 04 yanvar 2021ci il tarixli müqaviləsinə əsasən PALTARYUYAN SAMSUNQ üçün 118 (bir yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat, 60 (altmış) qəpik cərimə olmaqla, ümumilikdə 130 (yüz otuz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkkəmə baxış iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə göstərdi ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC ilə 04 yanvar 2021ci il tarixli, 22187333 müqaviləsinə əsasən, 1144 (min bir yüz qırx dörd) manat 80 (səksən) qəpik dəyərində “SAMSUNQ” markal paltaryuyan əldə etmişdir. “SAMSUNQ” markal paltaryuyan Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. Müqavilənin şərtinə görə hər gecikdirilən gün üçün 1 % cərimə hesablanmalıdır. Cavabdeh 1026 manat ödəniş etmiş, 118 (bir yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat, 60 (altmış) qəpik cərimə olmaqla, ümumilikdə 130 (yüz otuz) manat borc qalmışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 04 yanvar 2021-ci il tarixli, 22187333 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən 1144 (min bir yüz qırx dörd) manat 80 (səksən) qəpik dəyərində “SAMSUNQ” markal paltaryuyan almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 04 yanvar 2021-ci il tarixli, 22187333 nömrəli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 118 (bir yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat, 60 (altmış) qəpik cərimə olmaqla, ümumilikdə 130 (yüz otuz) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 04 yanvar 2021-ci il tarixli, 22187333 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 04 yanvar 2021-ci il tarixli, 22187333 nömrəli müqaviləsindən irəli gələn borc hissəsi təmin edilməlidir. Belə ki, Cavabdeh 04 yanvar 2021-ci il tarixli, 22187333 nömrəli müqaviləsinə əsasən “SAMSUNQ” markal paltaryuyan üçün 118 (bir yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat, 60 (altmış) qəpik cərimə olmaqla, ümumilikdə 130 (yüz otuz) manat borcunu ödənilməmiş qalmışdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 04 yanvar 2021-ci il tarixli, 22187333 nömrəli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 11 (on bir) manat, 60 (altmış) qəpik məbləğindəki dəbbə pulu ödənilməmiş hissəyə tənasübdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 yanvar 2021-ci il tarixli, 22187333 müqaviləsinə əsasən 118 (bir yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat, 60 (altmış) qəpik cərimə olmaqla, ümumilikdə 130 (yüz otuz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(066)-254/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-254/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver