Məhkəmə qərarları › İş №e-2(066)-289/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-289/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-289/2025 30.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ABC Telecom” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung CHARGER, imei kod **********79897 Samsung Galaxy S24 ULTRA markalı telefon üçün 4116.9 (dörd min yüz on altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 1235.07 (bir min iki yüz otuz beş manat 7 qəpik) manat dəbbə ümumilikdə, 5375.57 manat borc və 73.76 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Samsung CHARGER, imei kod **********79897 Samsung Galaxy S24 ULTRA markalı telefon almış və nəticədə 5375.57 (beş min üç yüz yetmiş beş manat, 57 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4564.8 (dörd min beş yüz altmış dörd manat, 80 qəpik) manat (yəni 18 ay x 253.6 + 0 manat ilkin ödəniş) olan Samsung CHARGER, imei kod **********79897 Samsung Galaxy S24 ULTRA markalı telefon üçün ümumilikdə, 5375.57 (beş min üç yüz yetmiş beş manat, 57 qəpik) manat olmaqla ondan 4116.9 (dörd min yüz on altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 1235.07 (bir min iki yüz otuz beş manat 7 qəpik) dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 447.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, kontakt mağazalar şəbəkəsindən 18 ay müddətinə Samsung CHARGER, imei kod **********79897 Samsung Galaxy S24 ULTRA markalı telefon almışdır. Cavabdeh əsas məbləğə cəmi 447.90 manat ödəniş etmişdir. Cavabdehin 654 manat ödədiyi məbləğə etirazı yoxdur. Ola bilər ki, cavabdehin ödədiyi məbləğ aylıq dəbbə puluna çıxmışdır. İnnovativ Layihələr Mərkəzinə 23.6 (iyirmi üç manat, 60 qəpik) manatın ödənilməsini təsdiq edən sübutu təqdim edə bilmədiklərini qeyd etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, əslində samsung telefonunu oğlu almışdır. Özü müqaviləni imzaladıqdan sonra məlumatı olmuşdur ki, oğlunun ona aldırdığı telefon bahalıdır. Oğlu sonradan telefonu satmışdır. Telefona görə cəmi 654 manat ödəniş etmişdir. Oğlu hazırda heç bir yerdə işləmədiyinə görə özü ödəniş etmişdir. Həmçinin oğlu X2 müalicə alır. Dəbbənin silinməsini istəyir. Qətnamə çıxarılandan sonra ayda 50-100 manat ödəniş edə bilər. Odur ki, dəbbənin silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və cavabdehi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14897058 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 4564.8 (dörd min beş yüz altmış dörd manat səksən qəpik) manat olan Samsung CHARGER, imei kod **********79897 Samsung Galaxy S24 ULTRA markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Samsung CHARGER, imei kod **********79897 Samsung Galaxy S24 ULTRA markalı telefon üçün hər ay 253.6 (iki yüz əlli üç manat altmış qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Samsung CHARGER, imei kod **********79897 Samsung Galaxy S24 ULTRA markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 4564.8 (dörd min beş yüz altmış dörd manat səksən qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 447.9 (dörd yüz qırx yeddi manat doxsan qəpik) manat cavabdeh tərəfindən ödənilmiş hissə, 4116.9 (dörd min yüz on altı manat doxsan qəpik) manat ödənilməmiş hissə və həmin məbləğə 1235.07 (bir min iki yüz otuz beş manat yeddi qəpik) manat cərimə, 23.6 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr mərkəzinə ödənilən rüsum hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı ildə anadan olmuş və Azərbaycan Respublikası vətəndaşıdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb etdiyi 1235.07 (bir min iki yüz otuz beş manat yeddi qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 390 (üç yüz doxsan) manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddiaçı Samsung CHARGER, imei kod **********79897 Samsung Galaxy S24 ULTRA markalı mobil telefona görə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində pulu cavabdehdən tələb etsə də, iddia tələbində göstərmiş olduğu həmin ödənişlə bağlı qəbzi və həmin xidmətin göstərilməsi ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi tələbini əsassız hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3910.8 (üç min doqquz yüz on manat səksən qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 390 (üç yüz doxsan) manat cərimə borcu olmaqla, ümumilikdə 4300,8 (dörd min üç yüz manat səksən qəpik) manat borc məbləği alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 73.76 (yetmiş üç manat yetmiş altı qəpik) manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 63.28 (altmış üç manat iyirmi səkkiz qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3910.8 (üç min doqquz yüz on manat səksən qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 390 (üç yüz doxsan) manat cərimə borcu olmaqla, ümumilikdə 4300,8 (dörd min üç yüz manat səksən qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 63.28 (altmış üç manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar