Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-460/2025 04.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefon üçün 874.98 (səkkiz yüz yetmiş dörd manat, 98 qəpik) manat ödənilməmiş hissə, 262.49 (iki yüz altmış iki manat, 49 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefon üçün 162.9 (yüz altmış iki manat, 90 qəpik) manat ödənilməmiş hissə, 48.87 (qırx səkkzi manat, 87 qəpik) manat cərimə, ümumilikdə 1349.24 manat borc, 33.50 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefon, İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefon almış və nəticədə 1349.24 (bir min üç yüz qırx doqquz manat, 24 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 874.98 (səkkiz yüz yetmiş dörd manat, 98 qəpik) manat (18 ay x 48.61 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefon üçün ümumilikdə, 1137.47 (bir min yüz otuz yeddi manat, 47 qəpik) manat olmaqla ondan, 874.98 (səkkiz yüz yetmiş dörd manat, 98 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 262.49 (iki yüz altmış iki manat, 49 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 440.96 (dörd yüz qırx manat, 96 qəpik) manat (12 ay x 32.58 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefon üçün ümumilikdə, 211.77 (iki yüz on bir manat, 77 qəpik) manat olmaqla ondan, 162.9 (yüz altmış iki manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.87 (qırx səkkzi manat, 87 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 278.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə SAMSUNG GALAXY A14 markalı telefonu qızıl zəmantələ 2 il müddətinə almış və şərtlərə görə o, hər ay 32.50 manat ödəməli olmuş, o borcunun bir hissəsindən ödəmiş, belə ki 2024-cü ilin iyul ayınadək ödənişlər etmiş, lakin bundan sonra ödəniş etməkdən imtina etmiş və onda olan telefonun sınmasını bildmişdir. Bundan sonra servisə müraciət etmiş və 14 gün müddətində həmin telefona servisdə baxımış və telefonun qüsursuz olması aşkar edilmiş, bundan sonra servis tərəfindən texniki rəy verilmiş və vətandaşın qaydalara əsasən kvartal endirimdən istifadə edə bilməsi göstərilmişdir. Bundan sonra vətandaş təkrar xx.xx.2024-cü tarixdə "xxxx"-a müraciət etmiş və həmin tarixdə ona HUAWEİ NOVA11 markalı telefon ona 874.98 manat (18 ay x 48.61 manat + 0 manat ilkin ödəniş) satılmışdır. Həmin HUAWEİ NOVA11 markalı telefonun qiyməti 1147 manat olmuş, lakin həmin məbləğdən 283 manat endirim olmuşdur. Əlavə olaraq bildirdi ki, HUAWEİ NOVA11 markalı telefonun qiymətinə qızıl zəmanətin şərtlərinə uyğun olaraq 55% endirim olunmalı idi. xx.xx.2023-cü il tarixdə birinci telefon olan SAMSUNG GALAXY A14 markalı telefon 440 manata satılmış və 2 il müddətinə qızıl zəmanət verilmişdir. Vətandaş xx.xx.2024-cü il tarixdə, yəni İİİ rübdə servisə müraciət etmişdir. Qızıl zəmanətə əsasən vətandaş köhnə telefonun dəyərini ödəməli və ona yeni telefon verilməlidir. Lakin vətandaş yeni telefon götürdüyü üçün ona güzəşt olunmuşdur. Birinci sınmış telefon servisə təqdim edilmişdir. HUAWEİ NOVA11 markalı telefonun qiyməti sistemdə 799.99 manat olmuşdur. 55% qızıl zəmanətin şərtinə uyğun olaraq həmin məbləğ 635.04 manat kimi göstərilmişdir. Ona verilən məlumata görə cavabdehə 55% güzəşt tətbiq edilmişdir. Birinci müqavilə və ikinci müqavilədə olan telefonların qiymətində fərqlər olduğundan qızıl zəmanətin və paket xl-in qiyməti ikinci müqavilədə artmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o ilk aldığı Samsung markalı telefonu aldığı gün sındığından təqdim etmişdir. 14 gün sonra ona cavab gəlmişdir ki telefon yararsızdır. Qızıl zəmanətə uyğun olaraq onlar ona başqa telefon götürməsini və ona endirim olacağını bildirmişlər. O, HUAWEİ NOVA11 markalı telefonu götürümüş həmin vaxt onun qiyməti 1147 manat olmamışdır. Həmin vaxt ona həmin telefonu 14 günə qaytara biləcəyini bildirmişlər. O həmin telefonu xx.xx.2024-cü tarixdə almış və xx.xx.2024-cü il tarixdə telefon adi proqramları götürmədiyindən qaytarmaq üçün getmiş lakin onun telefonunu qaytarmamışlar. O telefon götürdükdə qızıl zəmanəti və proqramlaşdırmanı özü istəmişdir. Birinci telefondan onun 162 manat borcu qalmış, ikinci telefonu götürən zaman ona güzəşt olunacağı bildirilsə də ona güzəşt olması barədə hər hansı sənəd təqdim edilməmişdir. HUAWEİ NOVA11 markalı telefon hazırda ondadır. Onun narazılığı telefonun proqram təminatı ilə bağlıdır. Belə ki, onun telefonu müxtəlif proqramları yükləmək mümkün olmur, o kontakt homa gedib bunu düzəldir lakin yenidən sonra həmin problem baş verir. Orada olan xanım ona proqramı silməsini bildirir. O isə həmin proqramın nə olduğunu soruşduqda onu deyə bilməyəcəyini bildirir. O bununla bağlı yalnız kontakt homa müraciət etmişdir. Telefon işləyir özündə hər hansı qüsur yoxdur. O, telefonunda ona lazım olan proqramlar işləmədiyindən qaytarılmasını və yeni telefon ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və cavabdehi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13685849 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya 59.99 (əlli doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində PAKET Xl, 60 (altmış) manat dəyərində QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ və 320.96 (üç yüz iyirmi manat, doxsan altı qəpik) manat dəyərində İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh PAKET Xl, dəyərində QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ, İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefon üçün hər ay 32.58 (otuz iki manat, əlli səkkiz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04141868 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya 79.99 (yetmiş doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində PAKET Xl, 160 (bir yüz altmış) manat dəyərində QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ və 635.04 (altı yüz otuz beş manat, dörd qəpik) manat dəyərində İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh PAKET Xl, dəyərində QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ, İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefon üçün hər ay 48.61 (qırx səkkiz manat, altmış bir qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 440.96 (dörd yüz qırx manat, doxsan altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 162.9 (bir yüz altmış iki manat, doxsan qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 48.87 (qırx səkkiz manat, səksən yeddi qəpik) manat cərimə hesablanmış, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 874.98 (səkkiz yüz yetmiş dörd manat, doxsan səkkiz qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 874.98 (səkkiz yüz yetmiş dörd manat, doxsan səkkiz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 262.49 (iki yüz altmış iki manat, qırx doqquz) manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Reset Service” tərəfindən verilmiş aparılan işlər barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il satış tarixli, müştəri Cavabdeh satılmış **********09094 seriya nömrəli Samsung GALAXY A14 (SM-A145) 4/64GB markal telefon üçün xx.xx.2024-cü il tarixdə müraciət edilmiş, bu zaman cihazın mexaniki təsir nəticəsində sınması, çirkli suya düşməsi və təmirə yararsız olması aşkar olunmuşdur. Texniki rəy verilmiş, qaydalara əsasən X3 kvartal enidirmindən istifadə edə bilər. İş materiallarına əlavə edilmiş X4 şərtlərindən görünür ki, X4 sertifaktı ilə əldə edilmiş bütün məhsullara kompensasiya və dəyişdirilməsi zamanı 1-cü rüb 75%, 2-ci rüb 65%, 3-cü rüb 55%, 4-cü rüb və 2-ci il 50%, 3-cü il 30% endirim şamil edilir. Məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefonu QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ ilə almış cavabdehin həmin müqavilə üzrə borcundan 278.06 manat ödəniş etmiş, hazırda 162,9 manat ödənilməmiş əsas borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən 79.99 (yetmiş doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində PAKET Xl, 160 (bir yüz altmış) manat dəyərində QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ və 635.04 (altı yüz otuz beş manat, dörd qəpik) manat dəyərində İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefon almış, lakin cavabdeh həmin müqavilə üzrə borcundan heç bir ödəniş etməmişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən aldığı İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefon üçün xx.xx.2024-cü il tarixdə servisə müraciət etmiş, “Reset Service” tərəfindən texniki rəy verilmiş, qaydalara əsasən X3 kvartal endirmindən istifadə edə bilməsi göstərilmiş, lakin xx.xx.2024-cü il tarixli müqavilə üzrə X4 şərtlərinə uyğun olaraq alıcı üçüncü rübdə müraciət etdiyindən "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04141868 nömrəli müqavilə üzrə İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefonun dəyərinə 55% endirim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 635.04 (altı yüz otuz beş manat, dörd qəpik) manat dəyərində İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefonun dəyərinin 55%-(635%55=349.30) məbləğində güzəşt edilməməsi nəzərə alınmalı və həmin müqavilə üzrə telefonun dəyəri X4 şərtlərinə uyğun olaraq (635.04-349.30=285.77) kimi götürülməli, həmçinin cavabdehin 79.99 (yetmiş doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində PAKET Xl, 160 (bir yüz altmış) manat dəyərində QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ alması nəzərə alınmalıdır. Həmçinin məhkəmə iddiaçının "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04141868 nömrəli müqavilə üzrə telefonun dəyərinə 55%- (635%55=349.30) məbləğində güzəşt edilməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, müqavilə şərtlərində və məhkəməyə təqdim edilmiş sənədlərdə QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ-nə uyğun olaraq İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefonun dəyərinin neçə manat olması və alıcıya güzəştlə satılması barədə mötəbər sübutu məhkəməyə təqdim etməmiş və həmçinin tərəflər arasında bağlanılmış müqavilə şərtlərində güzəştin edilməsi göstərilməmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə Göygöl (Xanlar) şəhərində anadan olmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb etdiyi 48.87 (qırx səkkiz manat, səksən yeddi qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 16 (on altı) manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb 262.49 (iki yüz altmış iki manat, qırx doqquz) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək və iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli müqavilə üzrə X4 şərtlərinə uyğun olaraq güzəşt edilməməsini və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********09094 SAMSUNG GALAXY A14 markalı telefon üçün 162.9 (bir yüz altmış iki manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PAKET XL üçün 79.99 (yetmiş doqquz manat, doxsan doqquz qəpik) manat, QİZİL ZƏMANƏT UlTRA 2 İL XİDMƏTİ üçün 160 (bir yüz altmış) manat, İmei kod **********63129 HUAWEİ NOVA11 markalı telefon üçün 285,77 (iki yüz səksən beş manat, yetmiş yeddi qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 754,66 (yeddi yüz əlli dörd manat, altmış altı qəpik) manat borc alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 525.76 (beş yüz iyirmi beş manat, yetmiş altı qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 50 (əlli) manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 162.9 (bir yüz altmış iki manat, doxsan qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 16 (on altı) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 754,66 (yeddi yüz əlli dörd manat, altmış altı qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-460/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-460/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver