Məhkəmə qərarları › İş №e-2(066)-48/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-48/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-48/2024 20.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq Cavabdeh ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyəryanı torpaq sahəsinin satılması barədə Cavabdeh ilə onun arasında 15 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, nümayəndəsi olduğu İddiaçı 16 avqust 2004-cü il tarixdə X5 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Bundan sonra onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyəryanı torpaq sahəsinin ona satılması barədə 15 sentyabr 2004-cü il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Onlar həmin müqavilə əsasında Cavabdeh 1000 (bir min) ABŞ dolları pul verməklə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsini almışdır. Bundan sonra Cavabdeh onun qaynanası X4 adına ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyəryanı torpaq sahəsinin alqı-satqısına dair 17 sentyabr 2010-cu il tarixli etibarnamə də vermişdir. Həmin 0,06 hektar həyətyanı torpaq sahəsi 15 sentyabr 2004-cü il tarixdən onların istifadəsindədir. Ancaq ailə vəziyyəti ilə əlaqədar olaraq0,06 hektar həyəryanı torpaq sahəsini öz adına sənədləşdirə bilməmişdir. Həmin 0,06 hektar həyətyanı torpaq sahəsində yaşayış evi də tikmişlər. X2 05 sentyabr 2014-cü il tarixdə, qaynanası X7 isə 15 mart 2023-cü il tarixdə ölmüşdür. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Mülki iş üzrə digər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməməslər səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikasını vardanes rayonu Yenikənd kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrara İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 nömrəli qərarı ilə Cavabdeh müliyyətinə Xanlar (Göygöl) şəhəri ərazisində 0,06 hektar həyəryanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 17 sentyabr 2010-cu il tarixli, 76-4-1484 reyestr nömrəli etibarnamədən məlum our ki, Cavabdeh müliyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən, Göygöl şəhəri ərazisində 0,06 hektar həyəryanı torpaq sahəsini və həmin 0,06 hektar həyəryanı torpaq sahəsində inşa edilmiş tikiliyə dair sərancam verməyi, bağışlamağı, dəyişməyi, girov qoymağı, pulunu almağı, buna dair mnüqavilələr bağlamağıadından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər digər şəxslərə verilə bilər. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamələr”dən məlum olur ki, X5 05 sentyabr 2014-cü il tarixdə, X7 isə 15 mart 2023-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş 15 sentyabr 2004-cü il tarixli müqavilənamədən məlum olur ki, Cavabdeh müliyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən, Göygöl şəhəri ərazisində 0,06 hektar həyəryanı torpaq sahəsini 15 sentyabr 2004-cü il tarixdə 1000 (bir min) ABŞ dollarına İddiaçı satmışdır. Müqaviləni Cavabdeh, X7, İddiaçı və X5 tərəfindən imzalanmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə məhkəmə xətşünaslıq ekspertizasının 01 iyul 2024-cü il tarixli, 4/427 saylı rəyindən məlum olur ki, 15 sentyabr 2004-cü il tarixli müqavilənamədə Cavabdeh, X7 və X3 adlarının qarşısında olan imzalar onlar tərəfindən deyil digər şəxslər tərəfindən icra edilmişdir. İddiaçı adının qarşısında olan imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək mümkün deyildir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Cavabdeh müliyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən, Göygöl şəhəri ərazisində 0,06 hektar həyəryanı torpaq sahəsini 15 sentyabr 2004-cü il tarixdə 1000 (bir min) ABŞ dollarına İddiaçı satmışdır. Bu hal mülki işə əlavə edilmiş 17 sentyabr 2010-cu il tarixli, 76-4-1484 reyestr nömrəli etibarnamə, 15 sentyabr 2004-cü il tarixli müqavilənamə və İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatı ilə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının 01 iyul 2024-cü il tarixli, 4/427 saylı rəyində qeyd edilən hallara tənqidi yanaşaraq hesab edir ki, həmin hallar əsas götürülə bilməz. Belə ki, məhkəmə xətşünaslıq ekspertizasına yalnız İddiaçı imza və xətt nümunələri təqdim edildiyi halda 15 sentyabr 2004-cü il tarixli müqavilənamədə Cavabdeh, X7 və X3 adlarının qarşısında olan imzalar onlar tərəfindən deyil digər şəxslər tərəfindən icra edilməməsi fikri inandırıcı deyildir. Belə ki, qeyd edilən məhkəmə xətşünaslıq ekspertizası məhkəmənin 23 noyabr 2023-cü il tarixli qərardadına əsasən təyin edilmişdir. Həmin vaxtı isə Cavabdeh, X7 və X1 olmamışlar. Onların xətt nümunələri olmadan işə əlavə edilmiş digər sənədlərdəki məhdud sayda imza və xətt nümunələri əsasında rəy verilməsi isə düzgün nəticəyə gəlinməsi anlamına gəlmir. Məhkəmə də həmçinin o da aydın oldu ki, həmin 15 sentyabr 2004-cü il tarixli müqavilənamə tərtib edilən vaxtan da qeyd edilən daşınmaz əmlaklar İddiaçı istifadəsindədir. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyəryanı torpaq sahəsinin alqı-satqısına dair olan 15 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyəryanı torpaq sahəsi İddiaçı adına rəsmıləşdirilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar