Məhkəmə qərarları › İş №e-2(066)-480/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-480/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-480/2025 19.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrlə bağlı iddia ərizə ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei kod **********87044 SAMSUNG GALAXY S24 markalı telefon üçün 1749.4 (bir min yeddi yüz qırx doqquz manat, 40 qəpik) manat ödənilməmiş hissə, 874.7 (səkkiz yüz yetmiş dörd manat, 70 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********79561 SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER üçün , 957.8 (doqquz yüz əlli yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə 478.9 (dörd yüz yetmiş səkkiz manat, 90 qəpik) manat cərimə Ümumilikdə 4060.8 manat borc, 60.61 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********87044 SAMSUNG GALAXY S24 markalı telefon, İmei kod **********79561 SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER almış və nəticədə 4060.8 (dörd min altmış manat, 80 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2100 (iki min yüz) manat (12 ay x 175 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********87044 SAMSUNG GALAXY S24 markalı telefon üçün ümumilikdə, 2624.1 (iki min altı yüz iyirmi dörd manat, 10 qəpik) manat olmaqla ondan, 1749.4 (bir min yeddi yüz qırx doqquz manat, 40 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 874.7 (səkkiz yüz yetmiş dörd manat, 70 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1342.08 (bir min üç yüz qırx iki manat, 8 qəpik) manat (18 ay x 74.56 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********79561 SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə, 1436.7 (bir min dörd yüz otuz altı manat, 70 qəpik) manat olmaqla ondan, 957.8 (doqquz yüz əlli yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 478.9 (dörd yüz yetmiş səkkiz manat, 90 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 734.88 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03498797 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya 2100 (iki min yüz) manat dəyərində Samsung Galaxy S24 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Samsung Galaxy S24 markalı telefon üçün ilkin ödnişsiz hər ay 175 (yüz yetmiş beş) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18554781 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1342.01 (min üç yüz qırx iki manat bir qəpik) manat olan İmei kod **********79561 SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə ilkin ödənişsiz növbəti aydan İmei kod **********79561 SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER üçün hər ay 74.56 (yetmiş dörd manat əlli altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 2100 (iki min yüz) manat olan Samsung Galaxy S24 markalı telefonu almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1749.4 (min yeddi yüz qırx doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 874.7 (səkkiz yüz yetmiş dörd manat yetmiş qəpik) manat cərimə hesablanmış, həmçinin xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********79561 SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1342.08 (bir min üç yüz qırx iki manat, səkkiz qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 957.8 (doqquz yüz əlli yeddi manat səksən qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 478.9 (dörd yüz yetmiş səkkiz manat doxsan qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-cı ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçının tələb etdiyi 874.7 (səkkiz yüz yetmiş dörd manat yetmiş qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılaraq 180 (yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Həmçinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçının tələb etdiyi 478.9 (dörd yüz yetmiş səkkiz manat doxsan qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, müqaviləyə əsasən "xxxx" MMC-dən Samsung Galaxy S24 markalı telefon üçün 1749.4 (min yeddi yüz qırx doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 180 (bir yüz səksən) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********79561 SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER üçün 957.8 (doqquz yüz əlli yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2.987,2 (iki min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə iddia təlbi qismən təmin edildiyindən ödənilmiş 60.61 (altmış manat altmış bir qəpik) manat dövlət rüsumunun 50 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1749.4 (min yeddi yüz qırx doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat cərimə; xx.xx.2024cü il tarixli müqavilə üzrə 957.8 (doqquz yüz əlli yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2.987,2 (iki min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-480/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar