Məhkəmə qərarları › İş №e-2(066)-497/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-497/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-497/2025 27.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 324 (üç yüz iyirmi dörd) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 354 (üç yüz əlli dörd) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, HAK5716288 saylı müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə ödəmək şərtilə ümumi dəyəri 359 (üç yüz əlli doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 324 (üç yüz iyirmi dörd) manat əsas borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 324 (üç yüz iyirmi dörd) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 354 (üç yüz əlli dörd) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilərək "xxxx" LTD MMC ilə aralarında xx.xx.2019-cu il tarixdə 12 ay müddətinə borc müqaviləsi bağlanmasını, lakin müqavilə bitdikdən 5 il sonra iddiaçı ona qarşı məhkəmədə iddia qaldırmasını, 3 illik iddia müddətinin bitməsini, məhkəmə bildirişini xx.xx.2025-ci il tarixdə almasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilməsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsini, mübahisə tərəfinin tətbiq edilməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olmasını bildirərək qeyd olunanlara əsasən iddia müddətini tətbiq edərək "xxxx" LTD MMC-nin ona qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-497/2025 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə üzrə mülki işin sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia tələblərini müdafiə etmələrini, iş üzrə bütün sübutlarını məhkəməyə təqdim etmələrini, hər hansı əlavə sübut və vəsatətlərinin olmamasını bildirərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddia müddətinin tətbiq edilməklə İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, HAK5716288 saylı borc müqaviləsindən görünür ki, satıcı 359 (üç yüz əlli doqquz) manat dəyərindəki məişət avadanlığını 12 ay müddətinə aylıq 27 (iyirmi yeddi) manat olmaqla alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödənilən məbləğ 35 manat olmaqla, müqavilənin ümumi məbləği 359 (üç yüz əlli doqquz) manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, HAK5716288 saylı girov müqaviləsindən görünür ki, 16 dekabr 2019-cu il tarixli, HAK5716288 saylı borc müqaviləsinə əsasən verilmiş 359 (üç yüz əlli doqquz) manat məbləğində borcun qaytarılmasının təminatı kimi girov qoyan girov saxlayana girov predmeti kimi SAMSUNG A10 SM-A105 BLUE girov qoymuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, HAK5716288 saylı müqavilə üzrə Cavabdeh 324 manat əsas ödənilməmiş borcu qalmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, HAK5716288 saylı müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə ödəmək şərtilə ümumi dəyəri 359 (üç yüz əlli doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 324 (üç yüz iyirmi dörd) manat əsas borcu qalmışdır. İddiaçı MMC Cavabdeh müqavilə (müqavilələr) üzrə 324 (üç yüz iyirmi dörd) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 354 (üç yüz əlli dörd) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsini, mübahisə tərəfinin tətbiq edilməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olmasını bildirərək qeyd olunanlara əsasən iddia müddətini tətbiq edərək "xxxx" LTD MMC-nin ona qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə HAK5716288 saylı müqavilə bağlanaraq cavabdehə 12 ay müddətinə ödəmək şərtilə ümumi dəyəri 359 (üç yüz əlli doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) verilmişdir. Lakin iddiaçı həmin müqavilədə göstərilən 12 ay müddətin bitməsindən 4 il 3 aya yaxın müddət keçəndən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia müddətinin keçməsinin üzrlü hesab edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan maddələrinin tələbləri baxımından hazırkı iş üzrə iddiaçı tərəfindən iddia qaldırılana qədər iddia müddəti keçmişdir və bu müddətin üzrlü hesab edilərək bərpa edilməsinə əsas yoxdur. Cavabdehin iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə ərizəsi əsaslıdır. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə iddiaçı tərəfindən iddia qaldırılana qədər iddia müddəti keçdiyindən, cavabdeh də iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə ərizə verdiyindən hazırki iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi, iddia müddətinin keçməsi əsası ilə rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar