Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-527/2025 11.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, izqaragorenje, mikrodalğalı soba Samsung üçün 161.2 (yüz altmış bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, 48.36 (qırx səkkiz manat, 36 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, fen Hoffmann üçün , 53 (əlli üç) manat ödənilməmiş hissə, 15.9 (on beş manat, 90 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Blackview Airbuds 7 qulaqlıq üçün 28.1 (iyirmi səkkiz manat, 10 qəpik) manat ödənilməmiş hissə, 8.43 (səkkiz manat, 43 qəpik) manat cərimə olmaqla, ümumilikdə 314.99 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İzqaragorenje, Mikrodalğalı soba Samsung, fen Hoffmann, 2 ədəd Blackviewairbuds 7 qulaqlıq almış və nəticədə 314.99 (üç yüz on dörd manat, 99 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 283.47 (iki yüz səksən üç manat. 47 qəpik) manat (3 ay x 89.99 manat + 13.5 manat ilkin ödəniş) olan İZQARAGORENJE, MİKRODALĞALİ SOBA SAMSUNG üçün ümumilikdə, 209.56 (iki yüz doqquz manat, 56 qəpik ) manat olmaqla ondan, 161.2 (yüz altmış bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.36 (qırx səkkiz manat, 36 qəpik) manat cərimə. xx.xx.2023cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 70.02 (yetmiş manat, 2 qəpik) manat (18 ay x 3.89 manat + 0 manat ilkin ödəniş) olan FEN HOFFMANN üçün ümumilikdə, 68.9 (altmış səkkiz manat, 90 qəpik) olmaqla ondan, 53 (əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.9 (on beş manat, 90 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 83.98 (səksən üç manat, 98 qəpik) manat (3 ay 26.66 manat + 4 manat ilkin ödəniş) olan 2 ədəd BLACKVİEW AİRBUDS 7 qulaqlıq üçün ümumilikdə, 36.53 (otuz altı manat, 53 qəpik) manat olmaqla ondan, 28.1 (iyirmi səkkiz manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.43 (səkkiz manat, 43 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 195.17 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03384185 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 283.48 (iki yüz səksən üç manat qırx səkkiz qəpik) manat dəyərində İzqaragorenje, Mikrodalğalı soba Samsung-un dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 13.5 manat ilkin ödəniş olmaqla sonrakı aylar İzqaragorenje, Mikrodalğalı soba Samsung üçün hər ay 89.99 (səksən doqquz manat doxsan doqquz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03384209 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 83.98 (səksən üç manat doxsan səkkiz qəpik) manat dəyərində 2 ədəd Blackviewairbuds 7 qulaqlığın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 4 manat ilkin ödəniş olmaqla sonrakı aylar 2 ədəd Blackviewairbuds 7 qulaqlıq üçün hər ay 26.66 (iyirmi altı manat altmış altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03505194 saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 70.02 (yetmiş manat iki qəpik) manat olan fen Hoffmann-ın dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar fen Hoffmann üçün ilkin ödənişsiz 18 ay müddətinə hər ay 3.89 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, müqaviləyə əsasən "xxxx" MMC-dən İzqaragorenje, Mikrodalğalı soba Samsung-u 3 ay müddətinə ödəmək şərti ilə dəyəri 283.47 (iki yüz səksən üç manat qırx yeddi qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 161.2 (yüz altmış bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.36 (qırx səkkiz manat otuz altı qəpik) manat cərimə hesablanmış, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən fen Hoffmann üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 70.02 (yetmiş manat iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 53 (əlli üç) manat borcunu ödəməmiş və həmin məbləğə 15.9 (on beş manat doxsan qəpik) manat cərimə hesablanmışdır, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 2 ədəd Blackviewairbuds 7 qulaqlıq üçün 3 ay müddətinə ödəmək şərti ilə dəyəri 83.98 (səksən üç manat doxsan səkkiz qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 28.1 (iyirmi səkkiz manat on qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 8.43 (səkkiz manat qırx üç qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh Sadil oğlu məhkəmə bildirişini xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçının tələb etdiyi 48.36 (qırx səkkiz manat otuz altı qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 16.2 manat məbləğində müəyyən edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçının tələb etdiyi 8.43 (səkkiz manat qırx üç qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 3 manat məbləğində müəyyən edilməli, həmçinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçının tələb etdiyi 15.9 (on beş manat doxsan qəpik) manat manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 5 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İzqaragorenje, Mikrodalğalı soba Samsung üçün 161.2 (yüz altmış bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 16 (on altı manat) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən fen Hoffmann üçün 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Blackviewairbuds 7 qulaqlıq üçün üçün 28.1 (iyirmi səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 266,3 (iki yüz altmış altı manat otuz qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 161.2 manat ödənilməmiş hissə, 16 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 53 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 28.1 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 266,3 (iki yüz altmış altı manat otuz qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-527/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri GöygölRayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-527/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-527/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver