Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-60/2025 08.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə4 və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “geri qaytarılmış mobil telefona görə ilkin ödənişin qaytarılması” tələbinə dаir qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən imei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 440.04 (dörd yüz qırx manat dörd qəpik) manat ödənilməmiş hissə, 44.96 (qırx dörd manat doxsan altı qəpik) manat cərimə olmaqla, ümumilikdə, 485 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ilk iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER almış və nəticədə 485 (dörd yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 590.04 (beş yüz doxsan manat dörd qəpik) manat (yəni 12 ay x 36.67 manat + 150 manat ilkin ödəniş) İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə 485 (dörd yüz səksən beş) manat olmaqla ondan 440.04 (dörd yüz qırx manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.96 (qırx dörd manat doxsan altı qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 150 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı MMC-yə qarşı “geri qaytarılmış mobil telefona görə ilkin ödənişin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-iddiaçı "xxxx" MMC-yə ödədiyi 150 manat məbləğində ilkin ödənişin alınıb ona qaytarılmasını, ödədiyi 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibinə görə “Hüquqi Xidmət Mərkəzinə” ödədiyi 70 manat xidmət haqqının cavabdeh-iddiaçıdan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" MMC (Kontakt Home) ilə xx.xx.2023-cü il tarixdə bağladığı 03513736 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini və cavabdehdən güzəştli şərtlərlə, 150 manat məbləğində ilkin ödənişin alınıb ona qaytarılmasını, ödədiyi 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibinə görə “Hüquqi Xidmət Mərkəzinə” ödədiyi 70 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5320/2024 saylı qərardadı ilə iddiaçı X2 cavabdeh İddiaçı MMC-nə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Bundan sonra cavabdeh-iddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********7642 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 440.04 manat ödənilməmiş hissə, 44.96 manat cərimə, ümumilikdə 485 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun ondan alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar bildirir ki, aşağıda göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC (Kontakt Home)-ma müraciət edərək bir ədəd “Samsung” markalı mobil telefonun ona satılmasını xahiş etmişdir. Ona bildirmişlər ki, ilkin ödəniş edib bir ədəd “Samsung” markalı mobil telefonu ona satacaqlar. Razılıq vermiş və bununla əlaqədar onların arasında 03513736 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Samsung Galaxy A24(SM-A245) 6/128GB-BLACK model telefonu ona kreditlə vermişlər. Qarşılıqlı razılıq əsasında müqaviləni imzalamışlar və o, 150 manat məbləğində ilkin ödənişi kassaya ödədikdən sonra Qızıl Zəmanətlə ona Samsung markalı telefon verilmişdir. Mobil telefonu aldıqdan bir neçə gün sonra telefonda bəzi nasazlıq olduğunu müşayiət etmiş və 14 gün tamam olmamış “Kontakt Home”yə gedib müqavilə üzrə "xxxx" MMC-i təmsil edən X1 müraciət edib ona satdıqları “Samsung” markalı telefonun işləmədiyini bildirmişdir. Məclumbəyov Pərviz onu dinləndikdən sonra mobil telefonunun nasazlığının nədən ibarət olmasını müəyyən etmək üçün özlərinin nəzdində olan Servis-linkə aparmağı təklif etmişlər. Servis-linkə gedib telefonda olan nasazlığı araşdırmaq üçün onlara təhvil vermişdir. Bir neçə gün mobil telefon servisdə qalmış və onlar xx.xx.2023-cü ildə aparılan işlər barədə ona çıxarış vermişlər. Çıxarışı verməzdən əvvəl servisdə sual-cavab etmişlər və qərəzli olaraq ona bildirmişlər ki, guya o, telefonu aldıqdan sonra telefon onun tərəfindən suya salınıb və nəticədə telefona maye keçməsi aşkarlanmışdır. O onlara öz etirazını bildirsə də onlar qəsdən yazıb vermişlər ki, malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq maye keçmə nəticəsində aşkarlanmışdır. Aparılan işlər barədə çıxarışda göstərilmişdir ki, guya o, xx.xx.2023-cü il tarixdə cihazı servisə təhvil vermişdir. Bu tarix tamamilə yalandır. Belə ki, telefonu “Kontakt Home” dan aldıqdan 5-6 gün sonra servisə təhvil vermiş və xx.xx.2023cü ildə servis tərəfindən aparılan işlər barədə çıxarış tərtib edilmişdir. Bundan sonra dəfələrlə “Kontakt Home” müraciət edib müqavilənin ləğv edilməsini, ilkin ödəniş kimi ödədiyi 150 manat pulun geri qaytarılmasını xahiş etməsinə baxmayaraq qarşı tərəf qanunvericiliyi pozaraq bu günə kimi mobil telefonun onlara qaytarıldığı halda müqaviləni ləğv etməmiş və 150 manat ödənişini də geri qaytarmamışdır. Müqavilənin 2.1 -ci bəndində göstərilmişdir ki, mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa, hər hansı səbəbdən onu (onları) qaytararsa başqa növ model mala dəyişdirərsə, bu zaman güzəştli şərtlərlə əldə etmiş olduğu “Mal”ı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin “Mal”ın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. Müqavilə ilə tanış olduqda müəyyən olunmuş ki, istehlakçının qanunla qorunan hüquqları nəzərə alınmamış və müqaviləyə daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə4 ilk iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsi ilə bağlı bildirdi ki, X2 iddiaçıdan almış olduğu mobil telefona sonradan su keçmişdir, mobil telefona su keçdiyi telefonda olan ağ rəngli hissənin su keçdikdən sonra qırmızı rəngə dəyişməsi ilə aşkar olunmuşdur. Həmin fakt “Samsung Service” şirkətinin mobil telefonla bağlı vermiş olduğu rəydə öz əksini tapmışdır. Sözügedən telefon hazırda 55 saylı “Kontakt Home” mağazasının 4-cü mərtəbəsində yerləşən “Reset Service”dədir. Cavabdeh kimliyini təqdim etmək şərtilə istədiyi vaxt telefonunu götürə bilər. Telefonla bağlı “Samsung Service”nin vermiş olduğu rəyi nəzərə alaraq qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, sözügedən telefonu 2023-cü il sentyabr ayının 3-də almışdır. Aldıqdan 4-5 gün sonra telefonda problem yaranmış, ümumiyyətlə telefonun sensoru donmuş, işləməmişdir. O, telefonu salamat şəkildə “Bayraq meydanı”nın yanında yerləşən, telefonu almış olduğu “Kontakt Home” mağazasına vermişdir. Həmin mağzanın əməkdaşı telefona yenilənmə vermiş və telefon açılmışdır, əməkdaş həmin telefonlarda istehsal olunduğu andan problem olmasının mümkün olduğunu ona bildirmişdir. Əməkdaş ondan qızıl zəmanəti olub-olmadığını soruşduqda o, qızıl zəmanətinin olmadığını bildirmişdir. Bundan sonra mağaza işçisi ona telefonu Univermaqdan yuxarıda, “Yellow bank”ın yanında yerləşən “Reset Service”yə aparmasını məsləhət görmüşdür. Hazırda sözügedən yerdə “Book Zone” kitab mağazası fəaliyyət göstərir, ümumiyyətlə isə Gəncə zonasında “Reset Service” fəaliyyət göstərmir. Daha sonra telefonu ora vermiş, oradakı xanım işçi telefonun sönülü olduğunu, qoşula bilmədiyini və telefona su keçdiyini ona bildirmişdir. O, işçidən telefona suyun necə keçdiyini soruşanda işçi onlara telefona suyun keçməsi ilə bağlı məlumat daxil olduğunu, telefonu açıb baxa bilmədiyini ona bildirmişdir. Telefon 10 gün orada qaldıqdan sonra onu mağazaya dəvət etmişlər və orada telefona suya saldığını ona bildirmişlər. Bundan sonra məsələ ilə bağlı Gəncə şəhərində yerləşən 2-ci Polis Şöbəsinə müraciət etmiş, Polis şöbəsindən məsələnin mülki mübahisə ilə bağlı olması ilə əlaqədar aiddiyyatı üzrə məhkəməyə müraciət etməsi ona məsləhət görülmüşdür. Dəfələrlə mağazanın qaynar xəttinə zəng etmiş, “Kontakt Home” mağazasının rəhbəri ilə görüşərək məsələni bildirmiş, mağazanın rəhbəri telefonda problemlər olmasının mümkün olduğunu, bununla bağlı mağazanın məsuliyyət daşımadığını, müştərinin yalnız qızıl zəmanəti olduğu halda mala cavabdeh ola biləcəklərini, malı təmir edəcəklərini ona bildirmişdir. Həmin şəxs ona 240 manat ödəniş etməsi qarşılığında telefonunu təmir edib verə biləcəklərini söyləmişdir. O, isə bununla razılaşmamış və telefonu orada qoyaraq çıxıb getmişdir. Əlavə olaraq bildirdi ki, o, telefonu suya salmamışdır. Telefona su düşməsi ilə bağlı məlumatdan 2023-cü ilin sentyabr ayında xəbəri olmuşdur. İstehlakçıların hüquqlarının pozulması ilə bağlı şifahi olaraq “Kontakt Home” mağazasına müraciət etsə də mağazadan ona tərəflər arasında bağlanmış müqavilə olduğunu bildirmişlər. Lakin, həmin müqaviləyə əlavə edilmiş təhvil-təslim aktında onun imzası belə olmamış, onun yerinə imza çəkiblər. Təhvil-təslim aktı verilən zaman yoldaşına şeş qoşa atdırmışlar, şeş qoşa atdıqdan sonra müştəri hüquqlarından məhrum edilmişlər. Müqavilə üzrə CHARGER-i nağd olaraq götürmüş, mağazaya telefonla birlikdə 150 manat ödəniş etmişdir. Həmçinin “Kontakt Home” mağazasından ona telefonunda olan problemlə bağlı “Samsung” mağazasına müraciət etməsini məsləhət görmüşlər. İlkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı MMC-yə ödəmiş olduğu 150 manat pulun ona geri qaytarılmasını və nasaz telefonun yenisi ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03513736 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 590.04 (beş yüz doxsan manat dörd qəpik) manat olan İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 150 manat ilkin ödəniş olmaqla hər ay 36.67 (otuz altı manat altmış yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 590.04 (beş yüz doxsan manat dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 440.04 (dörd yüz qırx manat dörd qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 44.96 (qırx dörd manat doxsan altı qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 03513736 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A24 (SM-A2454) 6/128GB-BLACK və Samsung 25W CHARGER WHİTE EP-TA800NWEGRU modelli məhsulları tam qüsursuz halda təhvil almışdır. İşdə olan “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli texniki rəydən görünür ki, SM-A245 128gb black modelli, **********76742 seriyalı mobil telefonda qüsur qoşulmama olmuş, müayinə edilərkən cihazın əmtəə görünüşünün pozulması, korpus ətrafı izlərin olması, cihaza maye dəyməsi müəyyən edilmişdir. İşdə olan “Reset Servis” Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş aparılan işlər barədə xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Samsung Galaxy A24 (SM-A245) 128gb modelli, **********76742 seriyalı mobil telefon müayinə edilərkən cihaza maye keçməsi müəyyən edilmişdir. Cihazın ekranı və alt platası dəyişilməlidir. Müştəri ödənişli təmirdən imtina etmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Xanlar rayonu Topalhəsənli kəndində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. Məhkəmə iclasında müəyyən edildi ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03513736 nömrəli müqavilə üzrə "xxxx" MMC alıcıya dəyəri 590.04 (beş yüz doxsan manat dörd qəpik) manat olan İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 150 manat ilkin ödəniş etmiş, qalıq 440.04 manat borcun hər ay 36.67 (otuz altı manat altmış yeddi qəpik) manat olmaq 12 ay müddətinə ödəniş etmək öhdəliyini üzərinə götürmüş, satın alınmış əşyalara zəmanət verilməsi ilə bağlı tərəflər arasında əqd olmamışdır. Alıcı Vəliyeva X4 **********76742 SAMSUNG GALAXY A24 markalı telefonu təhvil aldıqdan 15 gün sonra xx.xx.2023-cü il tarixdə işləməməsi səbəbi ilə texniki servizə təqdim etmiş, qüsur qoşulmama olmuş, müayinə edilərkən cihazın əmtəə görünüşünün pozulması, korpus ətrafı izlərin olması, cihaza maye dəyməsi müəyyən edilmiş və foto şəkilləri kəçilmişdir. Bununla da alıcıya verilmiş əşyada yaranmış qüsurun istehsalçının deyil, sonradan kənar təsir nəticəsində baş verməsi müəyyən edilmişdir. Serviz tərəfindən alıcı Cavabdeh mobil telefonun təmir edilməsi üçün vəsait tələb edilmiş, alıcı həmin məbləği ödəməmiş və mobil telefonu servizdən təhvil almamış, müqavilə üzrə hər ay etməli olduğu ödənişləri icra etməyərək, alıcı hər hansı bir tələbini irəli sürməmiş, borcunu ödəməkdən yayınmışdır. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməsi barədə pritenziya məktubu ünvanlanmış, lakin nəticəsi olmadığından məhkəməyə müraciət etmiş, alıcı Cavabdeh qarşılıqlı iddia verərək ilk iddianın rədd edilməsini, onun tərəfindən ilkin ödəniş olaraq ödənilmiş 150 manat pulun geri tələb etmişdir. İddia tələblərinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək, işdə olan rəyləri və tərəflərin izahatını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 440.04 (dörd yüz qırx manat dörd qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 44.96 (qırx dörd manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 485 (dörd yüz səksən beş manat) manat borc məbləği alınaraq iddiaçıya verilməlidir. Qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddia ərizələrinin məhkəməyə verilməsi üçün 60 (altmış) manat ödənilmiş dövlət rüsumundan ibarətdir. İlk iddia tam təmin edildiyindən ilk iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 30 (otuz) manat cavabdehdən alınaraq ilk iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia təmin edilsin. Cavabdeh 440.04 (dörd yüz qırx manat dörd qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 44.96 (qırx dörd manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 485 (dörd yüz səksən beş manat) manat borc məbləği və məhkəmə xərci 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh İddiaçınə qarşı “geri qaytarılmış mobil telefona görə ilkin ödənişin qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-60/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-60/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver