Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-630/2025 22.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 14 may 2024-cü il tarixli, MAS-6284 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 mart 2025-ci il tarixə 2270.88 manat gecikdirilmiş əsas, 627.85 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2011.56 manat dəbbə pulu olmaqla cəmi 4910.29 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2024-cü il tarixli MAS-6284 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 23 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 448.95 manat, ümumilikdə isə 10326 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 10326 manatın 8175 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-6284 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 18 mart 2025-ci il tarixə ümumilikdə 4910.29 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə göndərərək təyin olunmuş məhkəmə iclasına "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxıb idianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş hazırlıq iclasında dindirilmiş Cavabdeh iddia tələbini qəbul etməməsini, ödədiyi pulları qaytarıldıqdan sonra avtomobili verəcəyini, 5 ay ödəniş etmiş, 3250 manat əlbəl vermiş, 750 manatda bir ödəmişdir. 2024cü ilin oktyabr ayından sonra ödəniş etməmiş, ödədiyi pulların geri qaytarılmasını tələb etmişdir. Avtomobilin ödənişi əvvəl 15 aylıq almış, sonradan avtomobilin ödənişini 23 aylıq etmişlər. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin hesabına 445.5 manat ödəniş etmiş lakin, ödəniş kodunu ona səhv dediklərindən pul hesaba düşməmişdir. Avtomobilin açarınıda aparıblar, avtomobildən istifadə etmir. Ödədiyi pulların geri qaytarılmasını istəyir. Mülki iş materiallarına əlavə edilmiş: 14 may 2024-cü il tarixli MAS-6284 saylı “Daxili lizinq” müqaviləsindən və Əlavə №1-dən görünür ki, 2021-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinqmüqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5% məbləği hesablanmaqla 23 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 448.95 manat, ümumilikdə isə 10326 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, 450 nömrəli maliyyə arayışından görünür ki, 14 may 2024-cü il tarixli, MAS-6284 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixinə yaranmış əsas borcu 2270.88 manat, mükafat borcu 627.85 manat, cərimə borcu 2011.56 manat olmaqla cəmi borcu 4910.29 manat məbləğində olmuşdur. xx.xx.2025-ci il tarixli, 390 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehdən öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. İşdə olan xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MAS- 6284 nömrəli, 14 may 2024-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 450 manat və xx.xx.2024-cü il tarixdə isə 445.5 manat olmaqla ödənişlər etmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin hesabına 6-219354-1- AL6283 saylı hesaba 445.5 manat ödəniş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2024-cü il tarixli, MAS-6284 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % mükafat məbləği hesablanmaqla 23 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 448.95 manat, ümumilikdə isə 10326 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 10326 manatın 8175 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli” nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı, qara rəngli “KHAZAR SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması, Cavabdeh 14 may 2024-cü il tarixli, MAS-6284 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 mart 2025-ci il tarixə 2270.88 manat gecikdirilmiş əsas, 627.85 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2011.56 manat dəbbə pulu olmaqla cəmi 4910.29 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərkən iddia tələbini qəbul etməməsini, ödədiyi pulların qaytarıldıqdan sonra avtomobilin qaytarılmasını bildirmişdir. Məhkəmə iddia ərizəsinə nəzər yetirərək iddiaçının iddia tələbinin əsasının lizinq müqaviləsindən irəli gələn öhdəliklərin təşkil etdiyini müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinqalanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.3-cü maddəsində göstərilir ki, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, tərəflər arasında uzun müddətli (daxili lizinq) müqaviləsindən irəli gələn şərtlər təşkil edir. Odur ki, tərəflər arasında yaranmış mübahisənin həllində lizinq müqaviləsinə aid olan normalar tətbiq edilməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı mübahisəli avtomobil üzərində ödənişlərin tam başa çatmasına qədər mülkiyyət hüquqlarını saxlayır. Hazırkı iş üzrə cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə əgər ödənişlərdə gecikmə olarsa hazırkı iş üzrə iddiaçı avtomobilin geri qaytarılmasını tələb edə bilər. Bu zaman ödənilmiş vəsait geri qaytarılmayacaqdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəsinə ödənişlər etməyi götürsə də, öhdəliyi lazımınca icra etməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməkdə və gecikmə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyib və öhdəliyin icrasını gecikdirib iddiaçı ondan dəbbə pulu tələb etməkdə haqlıdır. Lakin Mülki Məcllənin 467-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsində göstərilən 2011.56 manat cəriməni tənasübsüz surətdə yüksək olduğuna istinad edərək həmin məbləğin 100 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə eyni zamanda iddia tələbinin avtomobilin geri qaytarılmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, müqavilə şərtlərinə əməl etməməsinə baxmayaraq avtomobil cavabdeh sahibliyində olduğundan, iddiaçı avtomobilin cavabdehdən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobilin cavabdehdən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia qeyd edilən hissədə əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın zərərə aid hissəsi ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı mübahisəli avtomobil üzərində ödənişlərin tam başa çatmasına qədər mülkiyyət hüquqlarını saxlayır. Hazırkı iş üzrə cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə əgər ödənişlərdə gecikmə olarsa hazırkı iş üzrə iddiaçı avtomobilin geri qaytarılmasını tələb edə bilər. Bu zaman ödənilmiş vəsait geri qaytarılmayacaqdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəsinə avtomobilin dəyərindən ödənişlər etməyi götürsə də, öhdəliyi lazımınca icra etməmiş və avtomobili iddiaçıya təhvil verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməkdə və avtomobildən istifadəyə görə məbləğin ödənilməsini tələb etməkdə haqlıdır, qanunvericiliyin tələbinə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin lizinq obyekti olan 2021-ci il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə qaytarılması və Cavabdeh 14 may 2024-cü il tarixli MAS-6284 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 2270.88 manat gecikdirilmiş əsas, 627.85 manat gecikdirilmiş mükafat borcunun tutulması tələbinə dair hissələri tam təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, lizinq obyekti olan 2021-ci il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh 14 may 2024-cü il tarixli MAS- 6284 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 2270.88 manat gecikdirilmiş əsas, 627.85 manat gecikdirilmiş mükafat, 100 manat dəbbə pulu olmaqla, cəmi 2998.73 (iki min doqquz doxsan səkkiz manat, yetmiş üç qəpik) manat borc və məhkəmə xərci qismində 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 14 may 2024-cü il tarixli MAS-6284 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 2270.88 manat gecikdirilmiş əsas; 627.85 manat gecikdirilmiş mükafat; 100 manat dəbbə pulu olmaqla, cəmi 2998.73 (iki min doqquz doxsan səkkiz manat, yetmiş üç qəpik) manat borc və məhkəmə xərci qismində 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-630/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-630/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver