Məhkəmə qərarları › İş №e-2(066)-635/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-635/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-635/2024 24.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********32873 HUAWEİ NOVA Y61 markalı telefon, SBS qulaqlıq, İmei kod **********09848 XİAOMİ REDMİ 12 markalı telefon üçün 1182.96 (min yüz səksən iki manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 118.04 (yüz on səkkiz manat dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********12025 HUAWEİ NOVA Y70 markalı telefon, HUAWEİ qulaqlıq üçün 479.28 (dörd yüz yetmiş doqquz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 47.72 (qırx yeddi manat yetmiş iki qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********09704 VİVO Y16 markalı telefon, VİNİL ŞƏFFAF üçün 244.48 (iki yüz qırx dörd manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 24.52 (iyirmi dörd manat əlli iki qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən VİSTA velosiped üçun 96.61 (doxsan altı manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 9.39 (doqquz manat otuz doqquz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********64389 XİAOMİ REDMİ 10C markalı telefon üçün 85.02 (səksən beş manat iki qəpik) manat ödənilməmiş hissə, 8.98 (səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən CANYON qol saatı üçun 10.47 (on manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 1.53 (bir manat əlli üç qəpik) manat cərimə, ümumilikdə 2309 (iki min üç yüz doqquz) manat borc və 43.09 (qırx üç manat doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "ABC TELECOM” MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrə əsasən İmei kod **********32873 HUAWEİ NOVA Y61 markalı telefon, SBS qulaqlıq, İmei kod **********09848 XİAOMİ REDMİ 12 markalı telefon, İmei kod **********12025 HUAWEİ NOVA Y70 markalı telefon, HUAWEİ qulaqlıq, İmei kod **********09704 VİVO Y16 markalı telefon, VİNİL ŞƏFFAF, VİSTA velosiped, İmei kodu **********64389 XİAOMİ REDMİ 10C markalı telefon və CANYON qol saatı almış və nəticədə 2309 (iki min üç yüz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1182.96 (min yüz səksən iki manat doxsan altı qəpik) manat (18 ay x 65.72 manat + (0 manat ilkin ödəniş) olan İmei kod **********32873 HUAWEİ NOVA Y61 markalı telefon, SBS qulaqlıq, İmei kod **********09848 XİAOMİ REDMİ 12 markalı telefon üçün 1301 (min üç yüz bir) manat olmaqla ondan 1182.96 (min yüz səksən iki mant doxsan altı qəpik) manat ödənilməmiş hissə, 118.04 (yüz on səkkiz manat dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı 718.92 (yeddi yüz on səkkiz manat doxsan iki qəpik) manat (12 ay x 59.91 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********12025 HUAWEİ NOVA Y70 markalı telefon, HUAWEİ qulaqlıq üçün 527 (beş yüz iyirmi yeddi) manat olmaqla ondan 479,28 (dörd yüz yetmiş doqquz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 47.72 (qırx yeddi manat yetmiş iki qəpik) manat cərimə pulu: xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 516.42 (beş yüz on altı manat qırx iki qəpik) (18 ay x 28.69 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********09704 VİVO Y16 markalı telefon, VİNİL ŞƏFFAF üçün 269 (iki yüz altmış doqquz) manat olmaqla ondan 244.48 (iki yüz qırx dörd manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 24.52 (iyirmi dörd manat əlli iki qəpik) manat cərimə pulu; xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat (18 ay x 24.17 manat + 0 manat ilkin ödəniş) olan VİSTA velosiped üçün 106 (yüz altı) manat olmaqla ondan 96.61 (doxsan altı manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 9.39 (doqquz manat otuz doqquz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 510.12 (beş yüz on manat on iki qəpik) manat (18 ay x 28.34 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********64389 XİAOMİ REDMİ 10C markalı telefon üçün 94 (doxsan dörd) manat olmaqla ondan 85.02 (səksən beş manat iki qəpik) manat ödənilməmiş hissə, 8.98 (səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 126.96 (yüz iyirmi altı manat doxsan altı qəpik) manat (12 ay x 10.58 manat + 0 manat ilkin ödəniş) olan CANYON qol saatı uçun 12 (on iki) manat olmaqla ondan 10.47 (on manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 1.53 (bir manat əlli üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1391.62 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-сü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1182,96 manat olan HUAWEİ NOVA Y61 markalı telefon, SBS qulaqlıq və XİAOMİ REDMİ 12 markalı telefonun dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar HUAWEİ NOVA Y61 markalı telefon, SBS qulaqlıq və XİAOMİ REDMİ 12 markalı telefon üçün hər ay 65.72 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 718,91 manat olan HUAWEİ NOVA Y70 markalı telefon, HUAWEİ qulaqlığın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar HUAWEİ NOVA Y70 markalı telefon, HUAWEİ qulaqlıq üçün hər ay 59,91 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 516.44 manat olan VİVO Y16 markalı telefon və VİNİL ŞƏFFAF-ın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar VİVO Y16 markalı telefon və VİNİL ŞƏFFAF üçün hər ay 28.69 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 435,06 manat olan VİSTA velosipedin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar VİSTA velosiped üçün hər ay 24,17 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 510,02 manat olan XİAOMİ REDMİ 10C markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar XİAOMİ REDMİ 10C markalı telefon üçün hər ay 28,34 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 126,95 manat olan CANYON qol saatının dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar CANYON qol saatı üçün hər ay 10,58 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən olan HUAWEİ NOVA Y61 markalı telefon, SBS qulaqlıq və XİAOMİ REDMİ 12 markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1182,96 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1182,96 manat borcunu ödəməmiş, həmin məbləğə 118,04 manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən olan HUAWEİ NOVA Y70 markalı telefon, HUAWEİ qulaqlıq üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 718,92 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 479,28 manat borcunu ödəməmiş, həmin məbləğə 47,72 manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən olan VİVO Y16 markalı telefon, VİNİL ŞƏFFAF üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 516,42 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 244,48 manat borcunu ödəməmiş, həmin məbləğə 24,52 manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən olan VİSTA velosiped üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 435,06 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 96,61 manat borcunu ödəməmiş, həmin məbləğə 9,39 manat cərimə hesablanmış, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən olan XİAOMİ REDMİ 10C markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 510,12 manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 85,02 manat borcunu ödəməmiş, həmin məbləğə 8,98 manat cərimə hesablanmış və Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən olan CANYON qol saatı üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 126,96 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 10,47 manat borcunu ödəməmiş, həmin məbləğə 1.53 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə anadan olmuşdur. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh altı müqavilə üzrə ümumilikdə 2098,82 əsas borcdan ödənilməmiş hissə, 210,18 manat cərimə borcu olmaqla cəmi 2309 manat borc məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 43,09 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh altı müqavilə üzrə ümumilikdə 2098,82 manat əsas borcdan ödənilməmiş hissə, 210,18 manat cərimə borcu olmaqla cəmi 2309 (iki min üç yüz doqquz) manat borc məbləği və məhkəmə xərci olaraq 43,09 (qırx üç manat üç qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-635/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 12:35-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:45-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar