Məhkəmə qərarları › İş №e-2(066)-657/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-657/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-657/2024 02.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ABC Telecom” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG LED TV, Ventilyator Ardesto, Paltaryuyan Samsung üçün 3416.94 (üç min dörd yüz on altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 510.3 (beş yüz on manat otuz qəpik) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********82355 Samsung Galaxy S21 FE 5G markalı telefon, Samsung 25W CHARGER üçün olmaqla ondan 1999.08 (bir min doqquz yüz doxsan doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 299.68 (iki yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 6226 manat borc məbləği və 82,26 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il və tel:25.07.2023xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, LG LED TV, Ventilyator Ardesto, Paltaryuyan Samsung və İmei kodu **********82355 Samsung Galaxy S21 FE 5G markalı telefon, Samsung 25W CHARGER almış və nəticədə 6226 (altı min iki yüz iyirmi altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə tel:12.07.2023xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3416.94 (üç min dörd yüz on altı manat doxsan dörd qəpik) manat (18 ay x 189.83 manat + 0 manat ilkin ödəniş) LG LED TV, Ventilyator Ardesto, Paltaryuyan Samsung üçün ümumilikdə, 3927.24 (üç min doqquz yüz iyirmi yeddi manat iyirmi dörd qəpik) manat olmaqla ondan, 3416.94 (üç min dörd yüz on altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 510.3 (beş yüz on manat otuz qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə tel:25.07.2023xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1999.08 (min doqquz yüz doxsan doqquz manat səkkiz qəpik) manat (18 ay x 111.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********82355 Samsung Galaxy S21 FE 5G markalı telefon, Samsung 25W CHARGER üçün ümumilikdə, 2298.76 (iki min iki yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat olmaqla ondan, 1999.08 (min doqquz yüz doxsan doqquz manat səkkiz qəp) manat ödənilməmiş hissə, 299.68 (iki yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış tel:12.07.2023xx.xx.2023-cü il və tel:25.07.2023xx.xx.2023-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri tel:04.04.2024xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03543982 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 3416.95 (üç min dörd yüz on altı manat doxsan dörd qəpik) manat olan LG LED TV, Ventilyator Ardesto, Paltaryuyan Samsungun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar LG LED TV, Ventilyator Ardesto, Paltaryuyan Samsung üçün hər ay 189.83 (bir yüz səksən doqquz manat səksən üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. ABC Telecom” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03505358 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1999.08 (bir min doqquz yüz doxsan doqquz manat səkkiz qəpik) manat olan İmei kodu **********82355 Samsung Galaxy S21 FE 5G markalı telefon, Samsung 25W CHARGER-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kodu **********82355 Samsung Galaxy S21 FE 5G markalı telefon, Samsung 25W CHARGER üçün hər ay 111.06 (bir yüz on bir manat altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən LG LED TV, Ventilyator Ardesto, Paltaryuyan Samsung üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 3416.95 (üç min dörd yüz on altı manat doxsan dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 3416.95 (üç min dörd yüz on altı manat doxsan dörd qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 510.3 (beş yüz on manat otuz qəpik) manat cərimə hesablanmış və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********82355 Samsung Galaxy S21 FE 5G markalı telefon, Samsung 25W CHARGER üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1999.08 (bir min doqquz yüz doxsan doqquz manat səkkiz qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1999.08 (bir min doqquz yüz doxsan doqquz manat səkkiz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 299.68 (iki yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1966-cı ildə doğulmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG LED TV, Ventilyator Ardesto, Paltaryuyan Samsung üçün 3416.94 (üç min dörd yüz on altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 510.3 (beş yüz on manat otuz qəpik) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********82355 Samsung Galaxy S21 FE 5G markalı telefon, Samsung 25W CHARGER üçün olmaqla ondan 1999.08 (bir min doqquz yüz doxsan doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 299.68 (iki yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat dəbbə borcu olmaqla ümumilikdə 6226 (altı min iki yüz iyirmi altı) manat borc məbləği alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 82.26 (səksən iki manat iyirmi altı qəpik) manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 82.26 (səksən iki manat iyirmi altı qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3416.94 manat əsas borcdan ödənilməmiş hissə, 510.3 manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1999.08 manat əsas borcdan ödənilməmiş hissə, 299.68 manat dəbbə pulu olmaqla ümumilikdə 6226 (altı min iki yüz iyirmi altı) manat borc məbləği və məhkəmə xərci qismində 82,26 (səksən iki manat iyirmi altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar