Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-659/2025 16.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********30899 İPHONE 15 PRO MAX, Paket XXXL xidməti, zəmanət+2 il xidməti üçün 3219,94 (üç min iki yüz on doqquz manat doxsan dörd qəpik ) manat ödənilməmiş hissə, 321,99 (üç yüz iyirmi bir manat doxsan doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********80700 İPHONE 15 PRO MAX, APPLE Adapter, Paket XXXL xidməti üçün 2918,34 (iki min doqquz yüz on səkkiz manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 291,83 (iki yüz doxsan bir manat səksən üç qəpik) manat cərimə olmaqla ümumilikdə 6752,11 manat borc, 87,53 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən İmei kod **********30899 İPHONE 15 PRO MAX, Paket XXXL xidməti, Zəmanət+ 2 il xidməti, İmei kod **********80700 İphone 15 PRO MAX, APPLE Adapter, Paket XXXL xidməti almış və nəticədə 6752,11 (altı min yeddi yüz əlli iki manat on bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4304,94 (dörd min üç yüz dörd manat doxsan dörd qəpik) manat (18 ay x 198,33 manat + 735 manat ilkin ödəniş) olan İmei kod **********30899 İPHONE 15 PRO MAX, Paket XXXL xidməti, zəmanət+2 il xidməti üçün ümumilikdə, 3541,93 (üç min beş yüz qırx bir manat doxsan üç qəpik) manat olmaqla ondan, 3219,94 (üç min iki yüz on doqquz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 321,99 (üç yüz iyirmi bir manat doxsan doqquz qəpik) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4018,34 (dörd min on səkkiz manat otuz dörd qəpik) manat (18 ay x 162,13 manat + 1100 manat ilkin ödəniş) olan İMEİ KODU **********80700 İPHONE 15 PRO MAX, APPLE Adapter, Paket XXXL xidməti üçün ümumilikdə, 3210,17 (üç min iki yüz on manat on yeddi qəpik) manat olmaqla ondan, 2918,34 (iki min doqquz yüz on səkkiz manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 291,83 (iki yüz doxsan bir manat səksən üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən,xx.xx.2024-cü il tarixində Zəmanət+2 İL xidmətindən imtina etmiş və məhsul 350 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 735 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 350 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1100 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ödənişlırdən qəsdən yayınaraq "xxxx" MMC-yə ziyan vurmuşdur. Cavabdeh qızıl zəmanət götürmüş və bir gün sonra geri qaytarmışdır. Həmin məbləğdə borcdan çıxılmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 15951963 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 4304,94 (dörd min üç yüz dörd manat doxsan dörd qəpik) manat olan , İMEİ KODU **********30899 İPHONE 15 PRO MAX, Paket XXXL xidməti, zəmanət+2 il xidməti dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ KODU **********30899 İPHONE 15 PRO MAX, Paket XXXL xidməti, zəmanət+2 il xidməti üçün 198,33 (bir yüz doxsan səkkiz manat otuz üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02698423 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 4018,39 (dörd min on səkkiz manat otuz doqquz) manat olan İMEİ KODU İMEİ KODU **********80700 İPHONE 15 PRO MAX, APPLE Adapter, paket XXXL xidmətin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ KODU **********80700 İPHONE 15 PRO MAX, APPLE Adapter, Paket XXXL xidməti üçün 162,13 (yüz altmış iki manat on üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ KODU **********30899 İPHONE 15 PRO MAX, Paket XXXL xidməti, zəmanət+2 il xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 4304,94 (dörd min üç yüz dörd manat doxsan dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 3219,94 (üç min iki yüz on doqquz manat doxsan dörd qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 321,99 (üç yüz iyirmi bir manat doxsan doqquz qəpik) manat cərimə hesablanmışdır. Həmçinin eyni tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ KODU **********80700 İPHONE 15 PRO MAX, APPLE Adapter,paket XXXL xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 4018,34 (dörd min on səkkiz manat otuz dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 2918,34 (iki min doqquz yüz on səkkiz manat otuz dörd qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 291,83 (iki yüz doxsan bir manat səksən üç qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 15951963 saylı müqaviləyə əsasən, İMEİ KODU **********30899 İPHONE 15 PRO MAX, Paket XXXL xidməti, zəmanət+2 il xidməti üçün 3219,94 (üç min iki yüz on doqquz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 321,99 (üç yüz iyirmi bir manat doxsan doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli, 02698423 saylı müqaviləyə əsasən, İMEİ KODU **********80700 İPHONE 15 PRO MAX, APPLE Adapter, paket XXXL xidməti üçün 2918,34 (iki min doqquz yüz on səkkiz manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 291,83 (iki yüz doxsan bir manat otuz dörd qəpik) manat cərimə olmaqla ümumilikdə 6752,11 manat borc manat borc məbləği alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 87,53 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3219.94 (üç min iki yüz on doqquz manat, doxsan dörd qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 321.99 (üç yüz iyirmi bir manat, doxsan doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2918.34 (iki min doqquz yüz on səkkiz manat, otuz dörd qəpik) manat əsas məbləğdən ödənilməmiş hissə, 291.83 (iki yüz doxsan bir manat, səksən üç qəpik) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 6752.11 (altı min yeddi yüz əlli iki manat, on bir qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 87.53 (səksən yeddi manat, əlli üç qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-659/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-659/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver