Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-665/2025 19.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyənetdi: İddiaçı «Cərəyan” MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 397,08 manat əsas borc və 39,61 manat cərimə borcu olmaqla ümumilikdə 436,69 (Dörd yüz otuz altı manat 69 qəpik) manat borcun və 30 (Otuz manat 00 qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-ə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 437,08 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Starry Blue və 1 (Bir) ədəd X1 (12 ay) model məhsul almışdır. Cavabdeh borclu olduğu 437,08 manat məbləğdən 40,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 397,08 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixə kimi hər ay 34,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC-dən 437,08 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Starry Blue və 1 (Bir) ədəd X1 (12 ay) model məhsulu alarkən İddiaçı MMC ilə Zamin arasında xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin”, 1.2 bənddə göstərilən müqavilə üzrə Cavabdeh “Satıcı” qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Alıcı” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhviltəslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 40 manat təşkil edir. Cavabdehlər sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. Nisyə alqısatqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdehlər Cavabdeh və Zamin xx.xx.2025-cü il tarixinə İddiaçı MMC-ə xx.xx.2024-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 397,08 manat əsas borcu və 39,61 manat cərimə borcu olmaqla ümumilikdə 436,69 manat borcu vardır. Cavabdehlərə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsək də, cavabdehlər müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh "Cərəyan MMC-dən 437,08 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Starry Blue və 1 (Bir) ədəd X1 (12 ay) model məhsul almış, cavabdeh borclu olduğu 437,08 manat məbləğdən 40 manat ilkin ödəniş etmiş və onun xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 397,08 manat əsas borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, ********** nomrəli Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən cavabdeh tel:23.12.2023xx.xx.2024-cü il tarixdən tel:23.11.2024xx.xx.2025-ci il tarixə kimi hər ay 34 manat, sonuncu ay 23.08 manat olmaqla "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktına əsasən cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 0.5%-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Cavabdeh tel:07.06.2024xx.xx.2025-ci il tarixə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 397,08 (üç yüz doxsan yeddi manat səkkiz qəpik) manat əsas borc və 39.61 (otuz doqquz manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 436,69 (dörd yüz otuz altı manat altmış doqquz qəpik) manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsələr də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə satış müqaviləsindən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, cavabdeh 437,08 manat dəyərində 40 manat ilkin ödəniş etməklə 1 (Bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Starry Blue və 1 (Bir) ədəd X1 (12 ay) model məhsul almış, nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 34 manat, sonuncu ay 23.08 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Zamin arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli, ********** müqavilə üzrə Cavabdeh satıcı qarşısında götürdüyü öhdəliyi icra etmədikdə alıcı ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. «Cərəyan” MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cərəyan MMC-yə xx.xx.2025-ci il tarixə 397,08 (üç yüz doxsan yeddi manat səkkiz qəpik) manat əsas borc və 39.61 (otuz doqquz manat altmış bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 436,69 (dörd yüz otuz altı manat altmış doqquz qəpik) manat borcu vardır. xx.xx.2025-ci il tarixli gecikdirilmiş borcun ödənilməsi haqqında pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə üzrə yaranmış borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamin xx.xx.1984-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyin icrasını gecikdirdiyindən iddiaçının cərimə (dəbbə pulu) tələbi də əsaslıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmış, həmin müqavilə ilə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq, ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 397,08 manat əsas, 39.61 manat cərimə borcu olmaqla ümumilikdə 436,69 (dörd yüz otuz altı manat altmış doqquz qəpik) manat borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 397,08 manat əsas, 39.61 manat cərimə borcu olmaqla ümumilikdə 436,69 (dörd yüz otuz altı manat altmış doqquz qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-665/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:50-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:55-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-665/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-665/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver