Məhkəmə qərarları › İş №e-2(066)-680/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-680/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-680/2025 19.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********99284 SAMSUNG GALAXY A15 üçün , 72.5 (yetmiş iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, 7.25 (yeddi manat 25 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün, 135.4 (yüz otuz beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, 13.54 (on üç manat, 54 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********61297 SAMSUNG GALAXY A25, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün 532.8 (beş yüz otuz iki manat, 80 qəpik) manat ödənilməmiş hissə, 53.28 (əlli üç manat, 28 qəpik) manat cərimə ümumilikdə 814.77 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********99284 SAMSUNG GALAXY A15, SOYUDUCU SAMSUNG, İmei kod **********61297 SAMSUNG GALAXY A25, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti almış və nəticədə 814.77 (səkkiz yüz on dörd manat, 77 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 450.02 (dörd yüz əlli manat, 2 qəpik) manat (6 ay x 74.17 manat + 5 manat ilkin ödəniş) olan İmei kod **********99284 SAMSUNG GALAXY A15 üçün ümumilikdə, 79.75 (yetmiş doqquz manat, 75 qəpik ) manat olmaqla ondan, 72.5 (yetmiş iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.25 (yeddi manat 25 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1165.98 (bir min yüz altmış beş manat, 98 qəpik) manat (6 ay x 183.33 manat + 66 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNG üçün ümumilikdə, 148.94 (yüz qırx səkkiz manat, 94 qəpik) olmaqla ondan, 135.4 (yüz otuz beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.54 (on üç manat, 54 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 653.4 (altı yüz əlli üç manat, 40 qəpik) manat (12 ay x 49.95 manat + 54 manat ilkin ödəniş) olan İmei kod **********61297 SAMSUNG GALAXY A25, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün ümumilikdə, 586.08 (beş yüz səksən altı manat, 8 qəpik) manat olmaqla ondan, 532.8 (beş yüz otuz iki manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.28 (əlli üç manat, 28 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1528.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03488882 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 653.4 (altı yüz əlli üç manat dörd qəpik) manat dəyərində İmei kod **********61297 SAMSUNG GALAXY A25, QİZİL ZƏMANƏT ULTRA 1-in dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 54 manat ilkin ödəniş olmaqla sonrakı aylar İmei kod **********61297 SAMSUNG GALAXY A25, QİZİL ZƏMANƏT ULTRA 1 üçün hər ay 49.95 (qırx doqquz manat doxsan beş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14345410 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1165,99 (min yüz altmış beş manat doxsan qoqquz qəpik) manat dəyərində SOYUDUCU SAMSUNG-un dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 66 manat ilkin ödəniş olmaqla sonrakı aylar SOYUDUCU SAMSUNG üçün hər ay 183.33 (yüz səksən üç manat otuz üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10748736 saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 450.02 (dörd yüz əlli manat iki qəpik) manat olan İmei kod **********99284 SAMSUNG GALAXY A15-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 5 manat ilkin ödəniş olmaqla sonrakı aylar İmei kod **********99284 SAMSUNG GALAXY A15 üçün ilkin hər ay 74.17 (yetmiş dörd manat on yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********99284 SAMSUNG GALAXY A15 markalı telefonu 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 450.02 (dörd yüz əlli manat iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 72.5 (yetmiş iki manat əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.25 (yeddi manat iyirmi beş qəpik) manat cərimə hesablanmış, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən SOYUDUCU SAMSUNG üçün 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 1165.98 (bir min yüz altmış beş manat doxsan səkkiz qəpik) manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 135.4 (yüz otuz beş manat qırx qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 13.54 (on üç manat əlli dörd qəpik) manat cərimə hesablanmışdır, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********61297 SAMSUNG GALAXY A25, QİZİL ZƏMANƏT ULTRA 1 üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 653.4 (altı yüz əlli üç manat qırx qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 532.8 (beş yüz otuz iki manat səksən qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 53.28 (əlli üç manat iyirmi səkkiz qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1997-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nin Yeni Qızılca kənd İƏD-si üzrə nümayəndəliyinin 21 aprel 2025-ci il tarixli, 5-47-33/3-2-26 nömrəli məktubundan görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişinin qardaşı X1 çatdırıldığı qeyd olunmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********99284 SAMSUNG GALAXY A15 markalı telefon üçün 72.5 (yetmiş iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 7.25 (yeddi manat iyirmi beş qəpik) manat cərimənin; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün üçün 135.4 (yüz otuz beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 13.54 (on üç manat əlli dörd qəpik) manat cərimənin və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********61297 SAMSUNG GALAXY A25, QİZİL ZƏMANƏT ULTRA 1 üçün 532.8 (beş yüz otuz iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 53.28 (əlli üç manat iyirmi səkkiz qəpik) manat cərimə olmaqla hər üç müqavilə üzrə ümumilikdə 814,77 (səkkiz yüz on dörd manat yetmiş yeddi qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 72.5 (yetmiş iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 7.25 (yeddi manat iyirmi beş qəpik) manat cərimə, xx.xx.2024cü il tarixli müqavilə üzrə 135.4 (yüz otuz beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 13.54 (on üç manat əlli dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 532.8 (beş yüz otuz iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 53.28 (əlli üç manat iyirmi səkkiz qəpik) cərimə olmaqla ümumilikdə 814,77 (səkkiz yüz on dörd manat yetmiş yeddi qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-680/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri GöygölRayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar