Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-690/2025 19.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 264,9 AZN əsas 39,7 AZN cərimə cəmi 304,6 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 299,9 AZN əsas 44,9 AZN cərimə cəmi 344,8 AZN borc, xx.xx.2024ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 182,2 AZN əsas, 27,3 AZN cərimə, cəmi 209,5 AZN borc ümumilikdə üç müqavilə üzrə 747 AZN əsas, 111,9 AZN cərimə, 858,9 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun cavabdeh BayramovQurban Dilcan oğlundan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “XİAOMİ” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 344,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 20 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 264.90 manat əsas və 397 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 39,70 manat və tutulmalı olan cəmi borc məbləği 304,60 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “XİAOMİ” markalı telefon, aksesuar və qulaqcıqlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 1044,10 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 36,20 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 299,90 manat əsas və 449,00 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 44,90 manat və tutulmalı olan cəmi borc məbləği 344,80 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “XİAOMİ” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla cəmi 344,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 17,70 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 182,20 manat əsas və 273 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 27,30 manat və tutulmalı olan cəmi borc məbləği 209,50 manat təşkil edir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «XİAOMİ REDMİ 13C” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 20 (iyirmi) manat, sonuncu ay isə 4,99 (dörd manat doxsan qoqquz qəpik) manat olmaqla cəmi 344,99 (üç yüz qırx dörd manat doxsan doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 20 manat olmuşdur. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 39 manat və tutulmalı olan əsas borc məbləği 264.90 manat olmaqla cəmi borc məbləği 304,60 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “XİAOMİ POCO X5 Pro” markalı telefon, aksesuar və qulaqcıqlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat, sonuncu ay isə 41,16 (qırx bir manat on altı qəpik) manat olmaqla cəmi 1044,16 (min qırx dörd manat on altı qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 36,20 manat olmuşdur. Tərəflər arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 44,90 manat və tutulmalı olan əsas borc məbləği 299.90 manat olmaqla cəmi borc məbləği 344,80 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “XİAOMİ REDMİ 13C” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 29 (iyirmi doqquz) manat, sonuncu ay isə 25,99 (iyirmi beş manat doxsan qoqquz qəpik) manat olmaqla cəmi 344,99 (üç yüz qırx dörd manat doxsan doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 17.7 manat olmuşdur. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 27,30 manat və tutulmalı olan əsas borc məbləği 182,20 manat olmaqla cəmi borc məbləği 209,50 manat təşkil edir. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Müddətli (nisyə) alqı-satqı müqavilələri, müddətli (nisyə) alqı-satqı müqaviləlarinin 1 (bir) saylı əlavələri, ödəniş cədvəlləri, müştəri müraciəti üzrə ərizə-anketlər və maliyyə arayışları iddia tələblərinin əsaslılığı məqsədi ilə sübut kimi təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 06 aprel 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “XİAOMİ REDMİ 13C” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 20 (iyirmi) manat, sonuncu ay isə 4,99 (dörd manat doxsan doqquz qəpik) manat olmaqla cəmi 344,99 (üç yüz qırx dörd manat doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18 avqust 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “XİAOMİ POCO X5 Pro” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 (əlli doqquz) manat, sonuncu ay isə 41,16 (qırx bir manat on altı qəpik) manat olmaqla cəmi 1044,16 (min qırx dörd manat on altı qəpik) manat pulu "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 02 iyun 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “XİAOMİ REDMİ 13C” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 29 (iyirmi doqquz) manat, sonuncu ay isə 25,99 (iyirmi beş manat doxsan doqquz qəpik) manat olmaqla cəmi 344,99 (üç yüz qırx dörd manat doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 264,9 (iki yüz altmış dörd manat doxsan qəpik) manat əsas, 186 gün gecikdirilən günlərin sayına görə 397 (üç yüz doxsan yeddi) manat cərimə, cəmi borc 661.90 (altı yüz altmış bir manat doxsan qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 299,9 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas, 174 gün gecikdirilən günlərin sayına görə 449 (dörd yüz qırx doqquz) manat cərimə, cəmi borc 748.90 (yeddi yüz qırx səkkiz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 182,2 (yüz səksən iki manat iyirmi qəpik) manat əsas, 95 gün gecikdirilən günlərin sayına görə 273 (iki yüz yetmiş üç) manat cərimə, cəmi borc 455.20 (dörd yüz əlli beş manat iyirmi qəpik) manat təşkil edir. İşdə olan 13 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1997-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, vətəndaş Cavabdeh Göygöl rayonu Tülallar kəndində qeydiyyatdadır. Göygöl RİHB-nin Tülallar kənd İƏD-si üzrə nümayəndəliyinin 24 aprel 2025-ci il tarixli, 5-47-19/2-xx-xx/2024 nömrəli məktubunda məhkəmə bildirişinin vətəndaş Cavabdeh qardaşı X1 təqdim olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 264,9 (iki yüz altmış dörd manat doxsan qəpik) manat əsas, 39,70 (otuz doqquz manat yetmiş qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas, 44,90 (qırx dörd manat doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 182,20 (yüz səksən iki manat iyirmi qəpik) manat əsas, 27,30 (iyirmi yeddi manat otuz qəpik) cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 858,9 (səkkiz yüz əlli səkkiz manat doxsan qəpik) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 264,9 (iki yüz altmış dörd manat doxsan qəpik) manat əsas, 39,70 (otuz doqquz manat yetmiş qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas, 44,90 (qırx dörd manat doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 182,20 (yüz səksən iki manat iyirmi qəpik) manat əsas, 27,30 (iyirmi yeddi manat otuz qəpik) cərimə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 858,9 (səkkiz yüz əlli səkkiz manat doxsan qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-690/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 19 may 2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 12:05-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:15-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-690/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-690/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver