Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-695/2024 27.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən iddiaçı "xxxx" MMC məhkəməyə ərizə təqdim edərək, Cavabdeh borc müqaviləsi üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün işin baxılmamış saxlanılaraq, iddia ərizəsini, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun baxılmadan geri qaytarılması xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İş üzrə hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli, mədaxil qəbzin nömrəsi **********, büdcə təsnifat kodu 142211, xidmət kodu 14221102, VÖEN:**********, Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən "xxxx" MMC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borc” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli, mədaxil qəbzin nömrəsi **********, büdcə təsnifat kodu 142211, xidmət kodu 14221102, VÖEN:**********, Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-695/2024 xx.xx.2024-cü il "xxxx" MMC Bakı şəh, Yasamal ray, Moskva pr, 73 A X2 Göygöl rayonu, Hacıməlik qəsəbəsi Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)–695/2024 nömrəli qərardadın surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərardadın surəti “ “ vərəqə-hər ünvana Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-695/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-695/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver