Məhkəmə qərarları › İş №e-2(066)-696/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-696/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-696/2025 23.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 206,9 AZN əsas, 31 AZN cərimə cəmi 237,9 AZN borc, xx.xx.2024-ci il tarixli № 01172161 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 594,3 AZN əsas 89,1 AZN cərimə cəmi 683,4 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 165,9 AZN əsas, 24,8 AZN cərimə, cəmi 190,7 AZN borc ümumilikdə üç müqavilə üzrə 967,1 AZN əsas, 144,9 AZN cərimə, 1112 AZN cəmi borcun və 31.12 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı tozsoran, kronşteynə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 16 manat olmaqla cəmi 286,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 16 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 206.90 manat əsas və 310 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 31 manat və tutulmalı olan cəmi borc məbləği 237,90 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01172161 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “TCL” markalı televizor, tok çaydanına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla cəmi 829,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025ci il tarixdə 47 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 594.30 manat əsas və 891 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 89,10 manat və tutulmalı olan cəmi borc məbləği 683,40 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı tozsoran, qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 249,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 14 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 165,90 manat əsas və 248 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 24,80 manat və tutulmalı olan cəmi borc məbləği 190,70 manat təşkil edir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı tozsoran, kronşteynə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 16 (on altı) manat, sonuncu ay isə 14,98 (on dörd manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 286,98 (iki yüz səksən altı manat doxsan səkkiz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 31 manat və tutulmalı olan əsas borc məbləği 206.90 manat olmaqla cəmi borc məbləği 237,90 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01172161 saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən sonuncu aldığı “TCL” markalı televizor, tok çaydanına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla cəmi 829,98 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 89,10 manat və tutulmalı olan əsas borc məbləği 594.30 manat olmaqla cəmi borc məbləği 683,40 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı tozsoran, qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 249,98 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 24,80 manat və tutulmalı olan əsas borc məbləği 165,90 manat olmaqla cəmi borc məbləği 190,70 manat təşkil edir. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Müddətli (nisyə) alqı-satqı müqavilələri, müddətli (nisyə) alqı-satqı müqavilələrinin 1 (bir) saylı əlavələri, ödəniş cədvəlləri, müştəri müraciəti üzrə ərizə-anketlər və maliyyə arayışları iddia tələblərinin əsaslılığı məqsədi ilə sübut kimi təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 13 mart 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung” markalı tozsoran, kronşteynə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 16 (on altı) manat, sonuncu ay isə 14,98 (on dörd manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 286,98 (iki yüz səksən altı manat doxsan səkkiz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13 mart 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “TCL” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 47 (qırx yeddi) manat, sonuncu ay isə 30.98 (otuz manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 829,98 (səkkiz yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 29 fevral 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung” markalı tozsoran, qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 (on dörd) manat, sonuncu ay isə 11.98 (on bir manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 249,98 (iki yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 206,9 manat əsas, 179 gün gecikdirilən günlərin sayına görə 310 manat cərimə olmaqla, cəmi borc məbləği 516.90 (beş yüz on altı manat doxsan qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 594.3 manat əsas, 179 gün gecikdirilən günlərin sayına görə 891 manat cərimə olmaqla, cəmi borc məbləği 1485.30 (min dörd yüz səksən beş manat otuz qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2025-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 165.9 manat əsas, 163 gün gecikdirilən günlərin sayına görə 248 manat cərimə olmaqla, cəmi borc məbləği 413.90 (dörd yüz on üç manat doxsan qəpik) manat təşkil edir. İşdə olan 17 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Xanlar şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, vətəndaş Cavabdeh Göygöl rayonu Gəncə qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə tələb etdiyi 31 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılaraq 20 manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli 01172161 saylı müqavilə üzrə tələb etdiyi 89.1 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılaraq 59 manat məbləğində müəyyən edilməli, həmçinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb etdiyi 24.8 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılaraq 16 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 206,9 manat əsas, 20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 01172161 saylı müqavilə üzrə 594.3 manat əsas, 59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 165.9 manat əsas, 16 manat cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 1062,1 (bir min altmış iki manat on qəpik) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 31.12 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30.62 (otuz manat altmış iki qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 206,9 manat əsas, 20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 01172161 saylı müqavilə üzrə 594.3 manat əsas, 59 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 165.9 manat əsas, 16 manat cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 1062,1 (bir min altmış iki manat on qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30.62 (otuz manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-696/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 23 may 2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 12:05-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:15-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar