Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-702/2025 23.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83807 SAMSUNG GALAXY A24 markalı telefon üçün, 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat cərimə; xx.xx.2023-ci il, tarixli müqaviləyə əsasən, İmei kod **********70901 SAMSUNG GALAXY A14 markalı telefon üçün 266.7 (iki yüz altmış altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, 80.01 (səksən manat, 1 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEBUDS qulaqlıq üçün 166 (yüz altmış altı) manat ödənilməmiş hissə, 49.8 (qırx doqquz manat, 80 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1004.51 manat borc məbləği, 30.05 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********83807 SAMSUNG GALAXY A24 markalı telefon, İmei kod **********70901 SAMSUNG GALAXY A14 markalı telefon, HUAWEİ FREEBUDS qulaqlıq almış və nəticədə 1004.51 (bir min dörd manat, 81 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 560 (beş yüz altmış) manat (12 ay x 42.5 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********83807 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 442 (dörd yüz qırx iki) manat olmaqla ondan, 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102 (yüz iki) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 640.08 (altı yüz qırx manat, 8 qəpik) manat (12 ay x 53.34 manat + 0 manat ilkin ödəniş) olan üçün ümumilikdə 346.71 (üç yüz qırx altı manat, 71 qəpik) manat olmaqla ondan, 266.7 (iki yüz altmış altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80.01 (səksən manat, 1 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 201.6 (iki yüz bir manat, 60 qəpik) manat (18 ay x 11.2 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS qulaqlıq üçün ümumilikdə, 215.8 (iki yüz on beş manat, 80 qəpik) manat olmaqla ondan, 166 (yüz altmış altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49.8 (qırx doqquz manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 628.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02715705 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 640.03 (altı yüz qırx manat üç qəpik) manat dəyərində İmei kod **********70901 SAMSUNG GALAXY A14 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla sonrakı aylar İmei kod **********70901 SAMSUNG GALAXY A14 markalı telefon üçün hər ay 53.34 (əlli üç manat otuz dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04077423 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 559.99 (beş yüz əlli doqquz manat doxsan doqquz qəpik) manat dəyərində İmei kod **********83807 SAMSUNG GALAXY A24 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla sonrakı aylar İmei kod **********83807 SAMSUNG GALAXY A24 markalı telefon üçün hər ay 42.5 (qırx iki manat əlli qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 08651135 saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 201.6 (iki yüz bir manat altmış qəpik) manat olan HUAWEİ FREEBUDS qulaqlığın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar HUAWEİ FREEBUDS qulaqlıq üçün ilkin ödənişsiz 18 ay müddətinə hər ay 11.2 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********70901 SAMSUNG GALAXY A14 markalı telefonu 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 640.08 (altı yüz qırx manat səkkiz qəpik) manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 266.7 (iki yüz altmış altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 80.01 (səksən manat bir qəpik) manat cərimə hesablanmış, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********83807 SAMSUNG GALAXY A24 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 560 (beş yüz altmış) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 340 (üç yüz qırx) manat borcunu ödəməmiş və həmin məbləğə 102 (yüz iki) manat cərimə hesablanmışdır, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən HUAWEİ FREEBUDS qulaqlıq üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 201.6 (iki yüz bir manat altmış qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 166 (yüz altmış altı) manat borcunu ödəməmiş və həmin məbləğə 49.8 (qırx doqquz manat səksən qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-cı ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb etdiyi 80.01 (səksən manat bir qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılaraq 26 manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb etdiyi 102 (yüz iki) manat (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılaraq 34 manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb etdiyi 49.8 (qırx doqquz manat səksən qəpik) manat (cərimə) pulu həmçinin tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılaraq 16 (on altı) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********70901 SAMSUNG GALAXY A14 markalı telefon üçün 266.7 (iki yüz altmış altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83807 SAMSUNG GALAXY A24 markalı telefon üçün 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, 34 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən HUAWEİ FREEBUDS qulaqlıq üçün 166 (yüz altmış altı) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə olmaqla hər üç müqavilə üzrə ümumilikdə 848,7 (səkkiz yüz qırx səkkiz manat yetmiş qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30.29 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 266.7 (iki yüz altmış altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 26 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, 34 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 166 (yüz altmış altı) manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 848,7 (səkkiz yüz qırx səkkiz manat yetmiş qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-702/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri GöygölRayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-702/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-702/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver