Məhkəmə qərarları › İş №e-2(066)-757/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-757/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-757/2025 30.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu, ZƏMANƏT + 3 İL xidməti üçün 1771.5 (bir min yeddi yüz yetmiş bir manat, 50 qəpik) manat ödənilməmiş hissə, 177.15 (yüz yetmiş yeddi manat, 15 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********65743 XİAOMİ REDMİ NOTE 12S, PAKET XL xidməti üçün 619.9 (altı yüz on doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 61.99 (altmış bir manat, 99 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********03305 HUAWEİ NOVA10 SE , PAKET XXL xidməti, HUAWEİ BAND 7 qol saatı, ÜTÜ MASASİ MAGNA üçün 541.4 (beş yüz qırx bir manat, 40 qəpik) manat ödənilməmiş hissə, 54.14 (əlli dörd manat, 14 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN GORENJE, ÜTÜ BRAUN, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 460.9 (dörd yüz altmış manat, 90 qəpik) manat ödənilməmiş hissə, 46.09 (qırx altı manat, 9 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********47002 XİAOMİ REDMİ A2+, CASİO qol saatı, PAKET L xidməti üçün 315.8 (üç yüz on beş manat, 80 qəpik) manat ödənilməmiş hissə, 31.58 (otuz bir manat 58 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, BOROFONE qulaqlıq üçün 30.9 (otuz manat 80 qəpik) manat ödənilməmiş hissə, 3.09 (üç manat 9 qəpik) manat cərimə, ümumilikdə 4114.44 manat borc və 61.15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu, ZƏMANƏT + 3 İL xidməti, İmei kod **********65743 XİAOMİ REDMİ NOTE 12S, 2 ədəd SEKSİYA HORUS, PAKET XL xidməti, İmei kod **********03305 HUAWEİ NOVA 10 SE , PAKET XXL xidməti, HUAWEİ BAND 7 qol saatı, ÜTÜ MASASİ MAGNA , TOZSORAN GORENJE, ÜTÜBRAUN , 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, İmei kod **********47002 XİAOMİ REDMİ A2+ , CASİO qol saatı, PAKET L xidməti, BOROFONE qulaqlıq almış və nəticədə 4114.44 (dörd min yüz on dörd manat, 44 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1892.88 (bir min səkkiz yüz doxsan iki manat, 88 ) manat (18 ay x 105.16 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS5 oyun pultu, ZƏMANƏT + 3 İL xidməti üçün 1948.65 (bir min doqquz yüz qırx səkkiz manat, 65 qəpik) manat olmaqla ondan, 1771.5 (bir min yeddi yüz yetmiş bir manat, 50 qəpik) manat ödənilməmiş hissə, 177.15 (yüz yetmiş yeddi manat, 15 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 954 (doqquz yüz əlli dörd) manat (18 ay x 53 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********65743 XİAOMİ REDMİ NOTE 12S, 2 ədəd SEKSİYAHORUS, PAKET XL xidməti üçün 681.89 (altı yüz səksən bir manat, 89 qəpik) manat olmaqla ondan 619.9 (altı yüz on doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 61.99 (altmış bir manat, 99 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1083 (bir min səksən üç) manat (12 ay x 90.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********03305 HUAWEİ NOVA 10 SE , PAKET XXL xidməti, HUAWEİ BAND 7 qol saatı, ÜTÜ MASASİ MAGNAüçün 595.54 (beş yüz doxsan beş manat 54 qəpik) manat olmaqla ondan 541.4 (beş yüz qırx bir manat, 40 qəpik) manat ödənilməmiş hissə, 54.14 (əlli dörd manat, 14 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 515.34 (beş yüz on beş manat, 34 qəpik) manat (18 ay x 28.63 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN GORENJE, ÜTÜ BRAUN , 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 506.99 (beş yüz altı manat, 99 qəpik) manat olmaqla ondan 460.9 (dörd yüz altmış manat, 90 qəpik) manat ödənilməmiş hissə, 46.09 (qırx altı manat, 9 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 381 (üç yüz səksən bir) manat (12 ay x 31.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********47002 XİAOMİ REDMİ A2+, CASİO qol saatı, PAKET L xidməti üçün 347.38 (üç yüz qırx yeddi manat, 38 qəpik) manat olmaqla ondan 315.8 (üç yüz on beş manat, 80 qəpik) manat ödənilməmiş hissə, 31.58 (otuz bir manat 58 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 63.96 (altmış üç manat 96 qəpik) manat (6 ay x 10.66 manat + 0 manat ilkin ödəniş) olan BOROFONE qulaqlıq üçün 33.99 (otuz üç manat 99 qəpik) manat olmaqla ondan 30.9 (otuz manat 80 qəpik) manat ödənilməmiş hissə, 3.09 (üç manat 9 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində 2 ədəd SEKSİYA HORUS-dan imtina etmişdir, 210,06 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 124.04 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 210.06 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 815.68 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03745441 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1892.94 (min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik) manat dəyərində PLAYSTATİON 5, PS5 oyun pultu, ZƏMANƏT + 3 İL xidmətinin dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə ilkin ödənişsiz, sonrakı aylar PLAYSTATİON 5, PS5 oyun pultu, ZƏMANƏT + 3 İL xidməti üçün hər ay 105.16 (yüz beş manat on altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03215497 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 954.07 (doqquz yüz əlli dörd manat yeddi qəpik) manat dəyərində İmei kod **********65743 XİAOMİ REDMİ NOTE 12S, PAKET XL-in dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə ilkin ödənişsiz, sonrakı aylar İmei kod **********65743 XİAOMİ REDMİ NOTE 12S, PAKET XL üçün hər ay 53 (əlli üç) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 12193007 saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1082.99 (min səksən iki manat doxsan doqquz qəpik) manat olan İmei kod **********03305 HUAWEİ NOVA10 SE , PAKET XXL xidməti, HUAWEİ BAND 7 qol saatı, ÜTÜ MASASİ MAGNA-nın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə ilkin ödənişsiz, sonrakı aylar İmei kod **********03305 HUAWEİ NOVA10 SE , PAKET XXL xidməti, HUAWEİ BAND 7 qol saatı, ÜTÜ MASASİ MAGNA üçün hər ay 90.25 (doxsan manat iyirmi beş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03926220 saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 515.28 (beş yüz on beş manat iyirmi səkkiz qəpik) manat olan TOZSORAN GORENJE, ÜTÜ BRAUN, 2 ədəd ZƏMANƏT + 3 İL xidmətinin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə ilkin ödənişsiz, sonrakı aylar TOZSORAN GORENJE, ÜTÜ BRAUN, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün hər ay 28.63 (iyirmi səkkiz manat altmış üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03926221 saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 380.99 (üç yüz səksən manat doxsan doqquz qəpik) manat olan İmei kod **********47002 XİAOMİ REDMİ A2+, CASİO qol saatı, PAKET L xidmətinin dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə ilkin ödənişsiz, sonrakı aylar İmei kod **********47002 XİAOMİ REDMİ A2+, CASİO qol saatı, PAKET L xidməti üçün hər ay 31.75 (otuz bir manat yetmiş beş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03513834 saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 63.96 (altmış üç manat doxsan altı qəpik) manat olan BOROFONE qulaqlığın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə ilkin ödənişsiz, sonrakı aylar BOROFONE qulaqlıq üçün hər ay 10.66 (on manat altmış altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, müqaviləyə əsasən "xxxx" MMC-dən PLAYSTATİON 5, PS5 oyun pultu, ZƏMANƏT + 3 İL xidmətini 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1892.88 (min səkkiz yüz doxsan iki manat səksən səkkiz qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1771.5 (min yeddi yüz yetmiş bir manat əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 177.15 (yüz yetmiş yeddi manat on beş qəpik) manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********65743 XİAOMİ REDMİ NOTE 12S, PAKET XL üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 954 (doqquz yüz əlli dörd) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 619.9 (altı yüz on doqquz manat doxsan qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 61.99 (altmış bir manat doxsan doqquz qəpik) manat cərimə hesablanmışdır, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********03305 HUAWEİ NOVA10 SE , PAKET XXL xidməti, HUAWEİ BAND 7 qol saatı, ÜTÜ MASASİ MAGNA üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1083 (min səksən üç qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 541.4 (beş yüz qırx bir manat qırx qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 54.14 (əlli dörd manat on dörd qəpik) manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən TOZSORAN GORENJE, ÜTÜ BRAUN, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 515.34 (beş yüz on beş manat otuz dörd qəpik) manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 460.9 (dörd yüz altmış manat doxsan qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 46.09 (qırx altmı manat doqquz qəpik) manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********47002 XİAOMİ REDMİ A2+, CASİO qol saatı, PAKET L xidməti üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 381 (üç yüz səksən bir) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 315.8 (üç yüz on beş manat səksən qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 31.58 (otuz bir manat əlli səkkiz qəpik) manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən BOROFONE qulaqlıq üçün 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 63.96 (altmış üç manat doxsan altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 33.06 (otuz üç manat altı qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 3.09 (üç manat doqquz qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci ildə Xanlar şəhərində anadan olmuşdur, İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, X1 ünvanlanmış məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə ailə üzvü Aynur adlı şəxs tərəfindən qəbul edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu, ZƏMANƏT + 3 İL xidməti üçün 1771.5 (min yeddi yüz yetmiş bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 177.15 (yüz yetmiş yeddi manat on beş qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********65743 XİAOMİ REDMİ NOTE 12S, PAKET XL üçün 619.9 (altı yüz on doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 61.99 (altmış bir manat doxsan doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********03305 HUAWEİ NOVA10 SE , PAKET XXL xidməti, HUAWEİ BAND 7 qol saatı, ÜTÜ MASASİ MAGNA üçün 541.4 (beş yüz qırx bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 54.14 (əlli dörd manat on dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOZSORAN GORENJE, ÜTÜ BRAUN, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 460.9 (dörd yüz altmış manat doxsan qəpik) manat ödənilməmiş hissə, 46.09 (qırx altmı manat doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47002 XİAOMİ REDMİ A2+, CASİO qol saatı, PAKET L xidməti üçün 315.8 (üç yüz on beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 31.58 (otuz bir manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən BOROFONE qulaqlıq üçün məbləğindən 33.06 (otuz üç manat altı qəpik) manat ödənilməmiş hissə, 3.09 (üç manat doqquz qəpik) manat cərimə olmaqla altı müqavilə üzrə ümumilikdə 4114.44 (dörd min yüz on dörd manat qırx dörd qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 61.15 (altmış bir manat on beş qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3740.4 manat əsas borcdan ödənilməmiş hissə, 374.04 manat cərimə borcu olmaqla ümumilikdə 4114.44 (dörd min bir yüz on dörd manat qırx dörd qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 61.15 (altmış bir manat on beş qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-757/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri GöygölRayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar