Məhkəmə qərarları › İş №e-2(066)-77/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-77/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-77/2025 22.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi və iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********08345 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, 2 ƏDƏD VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER üçün 716.39 (yeddi yüz on altı manat otuz doqquz qəp) manat ödənilməmiş hissə, 71.61 (yetmiş bir manat altmış bir qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********34750 SAMSUNG GALAXY A23 MARKALİ TELEFON, VİNİL ŞƏFFAF üçün 180.12 (yüz səksən manat on iki qəp) manat ödənilməmiş hissə, 18.88 (on səkkiz manat səksən səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, JBL qulaqlıq üçün, 128.04 (yüz iyirmi səkkiz manat dörd qəp) manat ödənilməmiş hissə, 12.96 (on iki manat doxsan altı qəp) manat cərimə, ümumilikdə 1029 manat borc, 30.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və tel:25.07.2023xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İMEİ kod **********08345 Samsung Galaxy A24 markalı telefon, 2 ədəd vinil şəffaf, Samsung Charger, İmei kod **********34750 Samsung Galaxy A23 markalı telefon, Vinil şəffaf, JBL qulaqlıq almış və nəticədə 1029 (bir min iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə tel:12.07.2023xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 885.06 (səkkiz yüz səksən beş manat altı qəpik) manat (18 ay x 49.17 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********08345 Samsug Galaxy A24 markalı telefon, 2 ədəd vinil şəffaf, Samsung Charger üçün ümumilikdə, 788 (yeddi yüz səksən səkkiz) manat olmaqla ondan, 716.39 (yeddi yüz on altı manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 71.61 (yetmiş bir manat altmış bir qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 893.52 (səkkiz yüz doxsan üç manat əlli iki qəpik) manat (18 ay x 49.64 manat+0 manat ilkin ödəniş) İmei kod **********34750 Samsung Galaxy A23 markalı telefon, vinil şəffaf üçün ümumilikdə, 199 (yüz doxsan doqquz) manat olmaqla ondan, 38.64 (otuz səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 3.36 (üç manat otuz altı qəpik) manat cərimə borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 128.05 (yüz iyirmi səkkiz manat beş qəpik) manat (18 ay x 49.64 manat+0 manat ilkin ödəniş) JBL qulaqlıq üçün ümumilikdə,199 (yüz doxsan doqquz) manat olmaqla ondan,128.04 (yüz iyirmi səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.96 (on iki manat doxsan altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 971.48 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış tel:12.07.2023xx.xx.2023-cü il, xx.xx.2022-ci il və tel:25.07.2023xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri tel:04.04.2024xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazıminca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. "xxxx" MMC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərilmişdir ki, Cavabdeh qarşı iddiaları üzrə başlamış iş məhkəmənin icraatındadır. Ərizələrində “Xahiş edirəm” hissəsində xx.xx.2023-cü il tarixli müqavilə üzrə texniki səhv nəticəsində 128.04 manat ödənilməmiş hissəsində, 12.96 manat cərimə qeyd olunmuşdur. Bu səbəbdən iddialarının dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Odur ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********08345 olan Samsung Galaxy A24 markalı telefon, 2 ədəd vinil şəffaf, Samsung Charger üçün 716.39 manat ödənilməmiş hissə, 71.61 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********34750 olan Samsung Galaxy A23 markalı telefon, vinil şəffaf üçün 180.12 manat ödənilməmiş hissə, 18.88 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, JBL qulaqlıq üçün, 38.64 manat ödənilməmiş hissə, 3.36 manat cərimə pulu, ümumilikdə 1029 manat borc və 30.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə iddiaçının iddianın dəqiqləşdirilməsinə dair ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02865076 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 885.06 (səkkiz yüz səksən beş manat altı qəpik) manat olan İMEİ kod **********08345 Samsung Galaxy A24 markalı telefon, 2 ədəd vinil şəffaf, Samsung Chargerin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kod **********08345 Samsung Galaxy A24 markalı telefon, 2 ədəd vinil şəffaf, Samsung Charger üçün hər ay 49.17 (qırx doqquz manat on yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. ABC Telecom” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03952973 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 893.52 (səkkiz yüz doxsan üç manat əlli iki qəpik) manat olan İMEİ kod **********34750 Samsung Galaxy A23 markalı telefon, vinil şəffaf-ın dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kod **********34750 Samsung Galaxy A23 markalı telefon, vinil şəffaf üçün hər ay 49.64 (qırx doqquz manat altmış dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. ABC Telecom” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03915362 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 128.05 (yüz iyirmi səkkiz manat beş qəpik) manat olan JBL qulaqlığ-ın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar JBL qulaqlıq üçün hər ay 9.85 (doqquz manat səksən beş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kod **********08345 Samsung Galaxy A24 markalı telefon, 2 ədəd vinil şəffaf, Samsung Charger üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 885.06 (səkkiz yüz səksən beş manat altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 716.39 (yeddi yüz on altı manat otuz doqquz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 71.61 (yetmiş bir manat altmış bir qəpik) manat cərimə hesablanmış, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********34750 Samsung Galaxy A23 markalı telefon, vinil şəffaf üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 893.52 (səkkiz yüz doxsan üç manat əlli iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 38.64 (otuz səkkiz manat altmış dörd qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 3.36 (üç manat otuz altı qəpik) manat cərimə hesablanmış və həmçinin həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən JBL qulaqlıq üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 128.05 (bir yüz iyirmi səkkiz manat beş qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 128.05 (bir yüz iyirmi səkkiz manat beş qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 12.96 (on iki manat doxsan altı qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Azərbaycan, Xanlar rayonu, Qızılca kəndində doğulmuş və Göygöl rayonunun Qızılca kəndində qeydiyyatdadır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********08345 Samsung alaxy A24 markalı telefon, 2 ədəd vinil şəffaf, Samsung Charger üçün 716.39 (yeddi yüz on altı manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 71.61 (yetmiş bir manat altmış bir qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********34750 Samsung Galaxy A23 markalı telefon, vinil şəffaf üçün 180.12 (bir yüz səksən manat on iki qəp) manat ödənilməmiş hissə, 18.88 (on səkkiz manat səksən səkkiz qəp) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən JBL qulaqlıq üçün 38.64 (otuz səkkiz manat altmış dörd) manat ödənilməmiş hissə, 3.36 (üç manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1029 (bir min iyirmi doqquz) manat borc və 30.29 (otuz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30.29 (otuz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 30.29 (otuz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 935,15 manat əsas borcdan ödənilməmiş hissə, 93,85 manat cərimə borcu olmaqla, ümumilikdə 1029 (bir min iyirmi doqquz) manat borc məbləği və məhkəmə xərci olaraq 30,29 (otuz manat iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar