Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-784/2024 30.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyənetdi: İddiaçı «Cərəyan” MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 383 manat əsas borc, 614.94 manat cərimə borcu olmaqla ümumilikdə 997.94 (doqquz yüz doxsan yeddi manat, doxsan dörd qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış tel:23.11.2023xx.xx.2022-cü il tarixli, tel:0000071807********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh "Cərəyan MMC-dən 512 manat dəyərində olan 1 (bir) ədəd Samsung Galaxy J6 plus 32GB Black model məhsul almışdır. Cavabdeh borclu olduğu 512 manat məbləğdən 0 manat ilkin ödəniş etmiş və onun tel:23.11.2023xx.xx.2022-cü il tarixli, tel:0000071807********** nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 997.94 manat borcu qalmışdır. tel:23.11.2023xx.xx.2022-cü il tarixli, tel:0000071807********** nomrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh tel:23.12.2023xx.xx.2022-ci il tarixdən tel:23.11.2024xx.xx.2023-cü il tarixə kimi hər ay 29 manat olmaqla "xxxx" MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin tel:23.11.2023xx.xx.2022-cü il tarixli, tel:0000071807********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 129 manat təşkil edir. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh tel:07.06.2024xx.xx.2024-cü il tarixə "xxxx" MMC-yə tel:23.11.2023xx.xx.2022-cü il tarixli tel:0000071807********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə 383 manat əsas borcu və 614.94 manat cərimə borcu olmaqla, ümumilikdə 997.94 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsələr də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış tel:23.11.2023xx.xx.2022-cü il tarixli, tel:0000071807********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh "Cərəyan” MMC-dən 512 manat dəyərində olan 1 (bir) ədəd Samsung galaxy J6 PLUS 32GB Black model məhsul almış, cavabdeh borclu olduğu 512 manat məbləğdən 0 manat ilkin ödəniş etmiş və onun tel:23.11.2023xx.xx.2022-cü il tarixli, tel:0000071807********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 997.94 manat borcu qalmışdır. tel:23.11.2023xx.xx.2022-cü il tarixli, tel:0000071807********** nomrəli Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən cavabdeh tel:23.12.2023xx.xx.2022-ci il tarixdən tel:23.11.2024xx.xx.2023-cü il tarixə kimi hər ay 29 manat, sonuncu ay isə 19 manat olmaqla "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktına əsasən cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin tel:23.11.2023xx.xx.2022-cü il tarixli, tel:0000071807********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 129 manat təşkil edir. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh tel:07.06.2024xx.xx.2024-cü il tarixə "xxxx" MMC-yə tel:23.11.2023xx.xx.2022-cü il tarixli tel:0000071807********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə 383 (üç yüz səksən üç) manat əsas borc və 614.94(altı yüz on dörd manat, doxsan dörd qəpik ) manat cərimə borcu olmaqla, ümumilikdə 997.94 (doqquz yüz doxsan yeddi manat, doxsan dörd qəpik) manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsələr də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. İş materiallarına əlavə edilmiş: tel:23.11.2023xx.xx.2022-cü il tarixli tel:0000071807********** nömrəli Nisyə satış müqaviləsindən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, cavabdeh 512 manat dəyərində 0 manat ilkin ödəniş etməklə 1 ədəd Samsung galaxy J6 PLUS 32GB Black model məhsul almış, nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 29 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. «Cərəyan” MMC-nin M071807 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cərəyan MMCyə xx.xx.2024-cü il tarixinə 383 (üç yüz səksən üç) manat əsas borc və 614.94 (altı yüz on dörd manat, doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 997.94 (doqquz yüz doxsan yeddi manat, doxsan dörd qəpik) manat borcu vardır. xx.xx.2022-ci il tarixli gecikdirilmiş borcun ödənilməsi haqqında pretenziya məktubundan görünür ki, Cavabdeh ********** saylı, xx.xx.2022-cü il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyin icrasını gecikdirdiyindən iddiaçının cərimə (dəbbə pulu) tələbi də əsaslıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 383 (üç yüz səksən üç) manat əsas borc, 614.94 (altı yüz on dörd manat , doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 997.94 (doqquz yüz doxsan yeddi manat, doxsan dörd qəpik) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 383 (üç yüz səksən üç) manat əsas borc, 614.94 (altı yüz on dörd manat , doxsan dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 997.94 (doqquz yüz doxsan yeddi manat, doxsan dörd qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov İş № 2(066)-784/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu tərəfindən iddiaçı «Cərəyan” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:50-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:55-də başa çatdırdım. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(066)-784/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-784/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver