Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-79/2025 25.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2024-cü il tarixə 761.71 manat gecikdirilmiş əsas, 675.33 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 547,29 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8738.80 manat, cəmi 10723.13 manat borc və ödənilmiş 122.17 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 33829 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 33829 manatın 23750 manatı əsas məbləğ təşkil edir. 06 iyul 2023-cü il tarixdə X6, X11 və İddiaçı MMC arasında FAT-379 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 12 avqust 2023-cü il tarixdə X11, X5 və İddiaçı MMC arasında FAT-379 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 28 fevral 2024-cü il tarixdə X5, X12 və İddiaçı MMC arasında FAT- 379 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 11 mart 2024-cü il tarixdə üseynov Namik Nafik oğlu, Cavabdeh Fəxrəddin oğlu və İddiaçı MMC arasında FAT-379 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh Fəxrəddin oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh Fəxrəddin oğlunun müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 avqust 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 8738.80 manat təşkil edir. Eyni zamanda Cavabdeh Fəxrəddin oğlunun 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2024-cü il tarixə ümumilikdə 1984.33 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli” nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı nümayəndəsi X13 məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə göndərərək təyin olunmuş məhkəmə iclasına "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxıb idianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh Fəxrəddin oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməmələrinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Mülki iş materiallarına əlavə edilmiş: 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsindən və Əlavə №1-dən görünür ki, 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı qara metalik rəngli avtomobil X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinqmüqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 23750 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli FAT-379 saylı “Öhdəliklərin Ötürülməsi” müqaviləsindən görünür ki, X6 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə "xxxx" MMC qarşısında götürüyü bütün öhdəlikləri X9 ötürür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, X2 istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən X9 təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli FAT-379 saylı “Öhdəliklərin Ötürülməsi” müqaviləsindən görünür ki, X11 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə "xxxx" MMC qarşısında götürüyü bütün öhdəlikləri X3 ötürür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, X7 istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 tərəfindən X3 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli FAT-379 saylı “Öhdəliklərin Ötürülməsi” müqaviləsindən görünür ki, X5 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə "xxxx" MMC qarşısında götürüyü bütün öhdəlikləri X10 ötürür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən X10 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli FAT-379 saylı “Öhdəliklərin Ötürülməsi” müqaviləsindən görünür ki, X12 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə "xxxx" MMC qarşısında götürüyü bütün öhdəlikləri Cavabdeh ötürür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, X8 istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 tərəfindən Cavabdeh təhvil verilmişdir. FAT-379 saylı “Daxili lizin qmüqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan Cavabdeh Fəxrəddin oğlu illik 18% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 23750 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli qüsur aktıdan görünür ki, “Chevrolet Ravon” ağ rəngli minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün təmir xərci 8738.80 manat təşkil edir. xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən verilmiş Avtonəqliyyat vasitələrinin saxlanca qəbulu ilə bağlı aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC şirkətinə məxsus “Chevrolet Cobalt” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış, sol arxa təkəri qırılmış (başlanan yerindən), sol qabaq qapı, arxa qapı və padnoşka əzik olması, qabaq buferin təmirə ehtiyyacı olması və avtomobilin qəzalı vəziyyətdə olması, nəqliyyat vasitəsinin evakuatorla duracağa gətirilməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixli 437 nömrəli maliyyə arayışından görünür ki, 19 yanvar 2023cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh Fəxrəddin oğlunun xx.xx.2024-cü il tarixinə yaranmış əsas borcu 761.71 manat, 675.33 manat, cərimə borcu 547.29 manat olmaqla cəmi borcu 1984.33 manat məbləğində olmuşdur. xx.xx.2024-cü il tarixli, 398 nömrəli xəbərdarlıq bildirişin surətindən görünür ki, Cavabdeh Fəxrəddin oğlu kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehdən öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh Fəxrəddin oğlu xx.xx.1985-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli İddiaçı MMC tərəfindən göndərilmiş məktubda göstərilmişdir ki, İddiaçı MMC Cavabdeh Fəxrəddin oğluna qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi, tələbinə dair iddiası üzrə İddiaçı MMC-nə ünvanlanmış və 04 fevral 2025-ci il tarixdə poçt vastəsilə daxil olmuş e-2(066)-79/2025 saylı sorğunuza cavab olaraq bildiririk ki, lizinq alan Cavabdeh Fəxrəddin oğlunun müvəqqəti istifadə və sahibliyinə verilmiş “Chevrolet Cobalt” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız vəziyətə düşmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 4.4.4 maddəsinə əsasən lizinq obyekti, lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, öz vəsaiti hesabına, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari söğortalamaq lizinq alanın vəzifəsidr. Həmçinin (Daxili Lizinq müqaviləsinin 5-ci maddəsi risklər və 6-cı maddəsi sığorta) lizinq alan lizinq obyektini öz vəsaiti hesabına zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilə başa çatanadək sığortamalıdır. Yuxarda göstərilənlərə əsasən qeyd etmək istəyirik ki İddiaçı MMC avtomobilərin sığorta olunması ilə bağlı üzərinə heç bir öhdəlik götürməmişdir. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 6-1-21/3-992/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, qanunvericiliyə əsasən hüquqi və fiziki şəxslərə Mərkəzi Bank tərəfindən xidmət göstərilmir və onların sığorta müqavilələri barədə məlumatlar Mərkəzi Bankda toplanmır. İşdə olan "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, G-01-D-0589- 2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-xx.xx.2025-ci il tarixində Cəmiyyətlərində yalnız “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalı olmuşdur. İşdə olan “AtəşgahSığorta” tərəfindəb göndərilmiş xx.xx.2025-ci il tarixli, O-A-2025- 0122 nörməli sorğuya cavab məktubundan görünür ki, sorğuda göstərilmiş nəqliyyat vasitəsinin “Atəşgah” Sığorta şirkətində sığortalanması barədə informasiya sistemində heç bir məlumat aşkar olunmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, HD/HTŞ-216 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cəmiyyətlərində heç bir sığorta müqaviləsi mövcud deyildir. İşdə olan "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, AS-25/265 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 yanvar 2023-cü il tarixdən 12 avqust 2024-cü il tarixədək cəmiyyətlərində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası və kasko növü üzrə sığortalanmışdır. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 33829 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 33829 manatın 23750 manatı əsas məbləğ təşkil edir. 06 iyul 2023-cü il tarixdə X6, X11 və İddiaçı MMC arasında FAT-379 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 12 avqust 2023-cü il tarixdə X11, X5 və İddiaçı MMC arasında FAT-379 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 28 fevral 2024-cü il tarixdə X5, X12 və İddiaçı MMC arasında FAT- 379 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 11 mart 2024-cü il tarixdə üseynov Namik Nafik oğlu, Cavabdeh Fəxrəddin oğlu və İddiaçı MMC arasında FAT-379 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh Fəxrəddin oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh Fəxrəddin oğlunun müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 avqust 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 8738.80 manat təşkil edir. Eyni zamanda Cavabdeh Fəxrəddin oğlunun 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2024-cü il tarixə ümumilikdə 1984.33 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli” nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2024-cü il tarixə 761.71 manat gecikdirilmiş əsas, 675.33 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 547,29 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8738.80 manat, cəmi 10723.13 manat borc və ödənilmiş 122.17 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 19 yanvar 2023cü il tarixli FAT-379 saylı “Daxili lizinq” müqaviləsi üzrə cavabdehdən İddiaçı xeyrinə 761.71 manat əsas, 675.33 manat gecikdirilmiş mükafat borcunun tutulması tələbinə dair hissələri tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, kredit müqaviləsi üzrə 547,29 manat cərimə (dəbbə) məbləği işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Tərəflərin maddi maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 547,29 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən əsas borca münasibətdə 67 manat həddində təmin edilməlidir. Məhəkəmə iddianın avtomobilə dəymiş zərərə görə cavabdehdən 8738,80 manat pul tələbinə aid hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddianın zərərə aid hissəsi ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 122,17 manat dövlət rüsumunun 120,73 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “daxili lizinq” müqaviləsinə əsasən 761,71 manat gecikdirilmiş əsas; 675,33 manat gecikdirilmiş mükafat; 67 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8738,80 manat olmaqla, cəmi 10242,84 (on min iki yüz qırx iki manat səksən dörd qəpik) manat borc və məhkəmə xərci qismində 120,73 (bir yüz iyirmi manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 yanvar 2023-cü il tarixli FAT-379 saylı “daxili lizinq” müqaviləsinə əsasən 761,71 manat gecikdirilmiş əsas; 675,33 manat gecikdirilmiş mükafat; 67 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8738,80 manat olmaqla, cəmi 10242,84 (on min iki yüz qırx iki manat səksən dörd qəpik) manat borc və məhkəmə xərci qismində 120,73 (bir yüz iyirmi manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-79/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-79/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver