Məhkəmə qərarları › İş №e-2(066)-80/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-80/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-80/2024 25.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X11 Mustafa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqının Cavabdeh qarşı “suborqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdim: İddiaçı «İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqı cavabdeh X5 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdeh X1 4999 manat və ödənilmiş dövlət rüsumuna görə 69.99 manat, ümumilikdə 5 068,99 (beş min altmış səkkiz manat doxsan doqquz qəpik) manat pulun «İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahibləriunin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X6 adına sığortalanmış KAMAZ 55111 markalı, 20DV450 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 19 sentyabr 2020-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolu 262 km cavabdeh X10 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 və X3 əmlaklarına maddi zərər vurulmuşdur. Beləliklə cavabdeh X10 tərəfindən vurulmuş zərərə görə X9 2 274.48 manat və X8 2 725.16 sığorta ödənilmişdir. Cavabdeh X4 yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar DİN Baş İstintaq və təhqiqat İdarəsinin YNH şöbəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2020-ci il tarixli ”cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh KAMAZ 55111 markalı, 20DV450 dövlət qetdiyyat nişanlı avtonəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan istismar etdiyindən onun barəsində AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində «İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqı tərəfindən ödənilmiş 4999 manat və «İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqı dövlət rüsumuna görə 69.99 manat, ümumilikdə 5 068,99 (beş min altmış səkkiz manat doxsan doqquz qəpik) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı «İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqı məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, 19 sentyabr 2020-ci il tarixdə idarə etdiyi KAMAZ 55111 markalı, 20DV450 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı-Qazax-Gürcüstan yolunda yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində KAMAZ 55111 markalı, 20DV450 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə və “OKB8350” markalı qoşquya ziyan dəymişdir. Həmin vaxt «İcbari Sığorta Bürosu” sənədləşmə işlərini qaydasına salıb zərəri ödəməyi üzərinə götürmüşdür. Hadisədən 4 il keçdikdən sonra ona qarşı iddia qaldıraraq təmir üçün ödənilmiş pulu tələb edir. Hadisə vaxtı «İcbari Sığorta Bürosu” ona sənədlərinin düzgün olmadığını, ziyanı ödəyə bilməyəcəklərini desəydi onun özü maşını və qoşqunu aşağı qiymətlə düzəltdirərdi. Həmin vaxt işləyirdi hazırda işləmir iddiaçının tələb etdiyi pulu ödəməyə maddi imkanı yoxdur. İddia tələbinin qismən təmin edilməsini xahiş etdi Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərasan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan əmlaka dair qiymətləndirmə aktindan görünür ki, hadisə nəticəsində KAMAZ 55111 markalı, 20DV450 dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa işlərinə görə 700 manat xidmət haqqı, 2535.00 manat ehtiyat hissələri olmaqla cəmi 3235.00 zərər hesablanmışdır. İşdə olan əmlaka dair qiymətləndirmə aktindan görünür ki, hadisə nəticəsində 1985ci il buraxılışlı “OKB8350” markalı qoşqunun dəyişilməli hissələrinə görə 2080,00 manat, təmir bərpa işlərinə görə 620,00 manat olmaqla cəmi 2700.00 manat zərər hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 9/82 saylı ekspertiza rəyindən görünür ki, 1.Nəzəri hesablama yolu ilə, iş materiallarında olan (cild i.v 68-69) “Əmlaka Dair Qiymətləndirmə Aktı”nda olan məlumatlara əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1989-cu il buraxılışlı “Kamaz 55111” markalı yük avtomobilinin təmirbərpa xərci təxminən 2655,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti-1955,00 manat, təmir bərpa işlərinin qiyməti- 700,00 manat; 2. 1.Nəzəri hesablama yolu ilə, iş materiallarında olan (cild i.v 111-112) “Əmlaka Dair Qiymətləndirmə Aktı”nda olan məlumatlara əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1985-ci il buraxılışlı “OKB8350” markalı qoşqunun təmir-bərpa xərci təxminən 2250,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti- 1630,00 manat, təmir bərpa işlərinin qiyməti- 620,00 manat hesablandığı göstərilmişdir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X6 adına sığortalanmış KAMAZ 55111 markalı, 20DV450 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 19 sentyabr 2020-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolu 262 km cavabdeh X10 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 və X3 əmlaklarına maddi zərər vurulmuşdur. Cavabdeh X10 tərəfindən vurulmuş zərərə görə X9 2 274.48 manat və X8 2 725.16 sığorta ödənilmişdir. Cavabdeh X4 yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. 29 sentyabr 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh KAMAZ 55111 markalı, 20DV450 dövlət qetdiyyat nişanlı avtonəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan istismar etdiyindən onun barəsində AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İcbari sığorta haqqında qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi ekspertiza rəyi ilə Cavabdeh törətdiyi hadisə nəticəsində KAMAZ 55111 markalı, 20DV450 dövlət qeydiyyat nişanlı yük avtomobilinə və 1985-ci il buraxılışlı “OKB8350” markalı qoşquya cəmi 4905 (dörd min doqquz yüz beş manat zərər hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia ekspertiza rəyində göstərildiyi məbləğdə (4905 manat) təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cimaddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 69,99 (altmış doqquz manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi 69 (altmış doqquz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4905 (dörd min doqquz yüz beş manat) manat əsas borc və məhkəmə xərci qismində 69 (altmış doqquz) manat dövlət rüsumu tutularaq “İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqının hesabına ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar