Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-818/2025 13.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KDOU **********08483 SAMSUNG GALAXY A06 markalı telefon üçün 476.96 (dörd yüz yetmiş altı manat, 96 qəpik) manat ödənilməmiş hissə, 47.70 (qırx yeddi manat,70 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İMEİ KODU **********05661 SAMSUNG GALAXY A06 markalı telefon üçnü, 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43.20 (qırx üç manat, 20 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********26322 XİAOMİ REDMİ A3 markalı telefonüçün 203.17 (iki yüz üç manat, 17 qəpik) manat ödənilməmiş hissə, 20.32 (iyirmi manat, 32 qəpik) manat cərimə ümumilikdə 1223.34 manat borc, 32.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KDOU**********08483 SAMSUNG GALAXY A06 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İMEİ KODU **********05661 SAMSUNG GALAXY A06 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, İMEİ KODU **********26322 XİAOMİ REDMİA3 markalı telefon almış və nəticədə 1223.34 (min iki yüz iyirmi üç manat, 34 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 477.96 (dörd yüz yetmiş yeddi manat, 96 qəpik) manat (12 ay x 39.83 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********08483 SAMSUNG GALAXY A06 markalı telefon üçün ümumilikdə, 524.66 (beş yüz iyirmi dörd manat, 66 qəpik) manat olmaqla ondan, 476.96 (dörd yüz yetmiş altı manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.70 (qırx yeddi manat,70 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (15 ay x 28.80 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********05661 SAMSUNG GALAXYA06 markalı telefon üçün ümumilikdə, 475.20 (dörd yüz yetmiş beş manat, 20 qəpik) manat olmaqla ondan, 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.20 (qırx üç manat, 20 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 264.45 (iki yüz altmış dörd manat,45 qəpik) manat (15 ay x 17.63 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********26322 XİAOMİ REDMİ A3 markalı telefon üçün ümumilikdə, 223.49 (iki yüz iyirmi üç manat, 49 qəpik) manat olmaqla ondan, 203.17 (iki yüz üç manat, 17 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.32 (iyirmi manat,32 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 62.28 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02628703 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 477,99 (dörd yüz yetmiş yeddi manat doxsan doqquz qəpik) manat dəyərində SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KDOU **********08483 SAMSUNG GALAXY A06 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KDOU **********08483 SAMSUNG GALAXY A06 markalı telefon üçün hər ay 39.83 (otuz doqquz manat, səksən üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02139889 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 432 (dörd yüz otuz iki) manat dəyərində QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********05661 SAMSUNG GALAXY A06 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********05661 SAMSUNG GALAXYA06 markalı telefon üçün hər ay 28.80 (iyirmi səkkiz manat, səksən qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02139888 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 264.45 (iki yüz altmış dörd manat, qırx beş qəpik) manat dəyərində QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********26322 XİAOMİ REDMİ A3 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********26322 XİAOMİ REDMİ A3 markalı telefon üçün hər ay 17.63 (on yeddi manat, altmış üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, müqaviləyə əsasən "xxxx" MMC-dən SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KDOU **********08483 SAMSUNG GALAXY A06 markalı telefonu 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 477.96 (dörd yüz yetmiş yeddi manat doxsan altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 476.96 (dörd yüz yetmiş altı manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 47.70 (qırx yeddi manat, yetmiş qəpik) manat cərimə hesablanmış, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********05661 SAMSUNG GALAXY A06 markalı telefon üçün 15 ay müddətinə ödəmək şərti ilə dəyəri 432 (dörd yüz otuz iki) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 432 (dörd yüz otuz iki) manat borcunu ödəməmiş və həmin məbləğə 43.20 (qırx üç manat iyirmin qəpik) manat cərimə hesablanmışdır, eyni tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********26322 XİAOMİ REDMİ A3 markalı telefon üçün 15 ay müddətinə ödəmək şərti ilə dəyəri 264.45 (iki yüz altmış dörd manat, qırx beş qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 203.17 (iki yüz üç manat, on yeddi qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 20.32 (iyirmi manat, otuz iki qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə bildirşini şəxsən imza etməklə qəbul etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 02139889 nömrəli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KDOU **********08483 SAMSUNG GALAXY A06 markalı telefon üçün 476.96 (dörd yüz yetmiş altı manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 47.70 (qırx yeddi manat, yetmiş qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli, 02139889 nömrəli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********05661 SAMSUNG GALAXY A06 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43.20 (qırx üç manat iyirmin qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli, 02139888 nömrəli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********26322 XİAOMİ REDMİ A3 markalı telefon üçün 203.17 (iki yüz üç manat, on yeddi qəpik) manat ödənilməmiş hissə, 20.32 (iyirmi manat, otuz iki qəpik) manat cərimə olmaqla hər üç müqavilə üzrə ümumilikdə 1223,34 (bir min iki yüz iyirmi üç manat, otuz dörd qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 32,24 (otuz iki manat, iyirmi dörd qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 02139889 nömrəli müqavilə üzrə 476.96 (dörd yüz yetmiş altı manat, doxsan altı qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 47.70 (qırx yeddi manat, yetmiş qəpik) manat cərimə borcu; xx.xx.2024-cü il tarixli, 02139889 nömrəli müqavilə üzrə 432 (dörd yüz otuz iki) manat əsas borcdan ödənilməmiş hissə, 43.20 (qırx üç manat iyirmin qəpik) manat cərimə borcu; xx.xx.2024-cü il tarixli, 02139888 nömrəli müqavilə üzrə 203.17 (iki yüz üç manat, on yeddi qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 20.32 (iyirmi manat, otuz iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1223,34 (bir min iki yüz iyirmi üç manat, otuz dörd qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 32,24 (otuz iki manat, iyirmi dörd qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-818/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri GöygölRayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-818/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-818/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver