Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-835/2025 21.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, tel:03.05.2024xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 1 İL xidməti, PALTARYUYAN SAMSUNG üçün 410.45 (dörd yüz on manat, 45 qəpik) manat ödənilməmiş hissə, 41.05 (qırx bir manat, 05 qəpik) manat cərimə, tel:05.05.2024xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 1 İL xidməti, TOSHİBA TV üçün 263.86 (iki yüz altmış üç manat, 86 qəpik) manat ödənilməmiş hissə, 26.39 (iyirmi altı mant, 39 qəpik) manat cərimə, ümumilikdə 741.74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, tel:05.05.2024xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən ZƏMANƏT + 1 İL xidməti, PALTARYUYAN SAMSUNG, ZƏMANƏT + 1 İL xidməti, TOSHİBA TV almış və nəticədə 741.74 (yeddi yüz qırx bir manat, 74 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə tel:03.05.2024xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 872 (səkkiz yüz yetmiş iki) manat (6 ay x 138 manat + 44 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 İL xidməti, PALTARYUYAN SAMSUNG üçün ümumilikdə, 451.50 (dörd yüz əlli bir manat, 50 qəpik) manat olmaqla ondan, 410.45 (dörd yüz on manat, 45 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41.05 (qırx bir manat, 05 qəpik) manat cərimə, tel:05.05.2024xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588.28 (beş yüz səksən səkkiz manat, 28 qəpik) manat (6 ay x 93.63 manat + 26.50 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 İL xidməti, TOSHİBA TV üçün ümumilikdə, 290.25 (iki yüz doxsan manat, 25 qəpik) manat olmaqla ondan, 263.86 (iki yüz altmış üç manat, 86 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 26.39 (iyirmi altı manat, 39 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 785.97 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02007385 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 872 (səkkiz yüz yetmiş iki) manat olan Zəmanət + 1 İL xidməti, Paltaryuyan Samsungun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1 %-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Zəmanət + 1 İL xidməti, Paltaryuyan Samsung üçün ilkin ödəniş 44 (qırx dörd) manat ödəməklə hər ay 138 (bir yüz otuz səkkiz) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09415448 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 588.28 (beş yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat olan Zəmanət + 1 İL xidməti, Toshıba TV-nin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1 %-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Zəmanət + 1 İL xidməti, Toshıba TV üçün ilkin ödəniş 26.50 (iyirmi altı manat əlli qəpik) manat ödəməklə hər ay 93.63 (doxsan üç manat altmış üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Zəmanət + 1 İL xidməti, Paltaryuyan Samsung 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 872 (səkkiz yüz yetmiş iki) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 410.45 (dörd yüz on manat qırx beş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41.05 (qırx bir manat sıfır beş qəpik) manat cərimə hesablanmışdır, eyni tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Zəmanət + 1 İL xidməti, Toshıba TV üçün 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 588.28 (beş yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 263.86 (iki yüz altmış üç manat səksən altı qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 26.39 (iyirmi altı manat otuz doqquz qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə anadan olmuşdur. Göygöl RİHB-nin Yeni Qızılca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 may 2025-ci il tarixli məktubundan görünür ki, məhkəmə tərəfindən Cavabdeh ünvanlanmış məktubun Cavabdeh çatdırılması təmin olunmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 02007385 saylı müqavilə üzrə 410.45 (dörd yüz on manat qırx beş qəpik) manat ödənilməmiş hissə, 41.05 (qırx bir manat sıfır beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli, 09415448 saylı müqavilə üzrə 263.86 (iki yüz altmış üç manat səksən altı qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 26.39 (iyirmi altı manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 741.74 (yeddi yüz qırx bir manat yetmiş dörd qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 02007385 saylı müqavilə üzrə 410.45 manat əsas borcdan ödənilməmiş hissə, 41.05 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 09415448 saylı müqavilə üzrə 263.86 manat əsas borcdan ödənilməmiş hissə, 26.39 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 741.74 (yeddi yüz qırx bir manat yetmiş dörd qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-835/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:40-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:50-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-835/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-835/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver