Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-84/2025 08.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 318.60 (üç yüz on səkkiz manat altmış qəpik) manat xidmət haqqının, cəmi 349 (üç yüz qırx doqquz) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən məhkəməyə ərizə təqdim edilmildir. Həmin ərizədə göstərmişdir ki, "xxxx" ASC-nin (bundan sonra - Cəmiyyət) Cavabdeh qarşı" subroqasiya qaydasında borcunun ödənilməsi" tələbinə dair mülki iş məhkəmənin icraatına daxil olmuşdur. Bildirilir ki, Cəmiyyətə təqdim olunan tel:30.03.2023xx.xx.2023-cü il tarixli "X5 iş üzrə qərarın ləğv olunaraq icraata xitam verilməsi barədə qərar"-dan görünür ki, cavabdeh qismində olan Cavabdeh barəsində tərtib olunmuş İXP4958395 nömrəli X5 protokol ləğv olunaraq icraata xitam verilmişdir. Bu səbəbdən Cəmiyyət tərəfindən Cavabdeh qarşı subroqasiya qaydasında borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cəmiyyətin hesabına qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddiaçı "xxxx" ASCnin ona qarşı qaldırmış olduğu iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə www.e-pul.az internet saytı vasitəsi ilə xx.xx.2024-cü il tarixli, qəbzin nömrəsi 67481579, Mədaxil qəbzin nömrəsi **********, məhkəmənin hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən iddiaçı "xxxx" ASC-nin hesabına hesabına (bankın kodu: 505141, VÖEN **********, Hesab nömrəsi AZ02PAHA35090AZNHC********** Bank "xxxx" ASC, SWİFT PAHAAZ22, Bankın VÖEN **********, Bankın kodu 505141, Müxbür hesab AZ82NABZ******************** ) geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-84/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-84/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver