Məhkəmə qərarları › İş №e-2(066)-847/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-847/2025

09.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-847/2025 09.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (qardaşı) cavabdeh Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Nümayəndə2 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Nümayəndə2 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri, Abdulla Şaiq küçəsi, ev 56-a 8/5 hissə payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X15 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Ondan Göygöl şəhəri, Abdulla Şaiq küçəsi, ev 56 miras olaraq qalmışdır. Həmin miras əmlak kütləsinə daxil olan fərdi yaşayış evi onların birgə nikah dövründə əldə etdikləri əmlakdır. Belə ki, mərhum X15 ilə xx.xx.1999-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. xx.xx.2017-ci il tarixdə ünvan 1 fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmişdir. Miras qoyan X11 ondan başqa birinci ailəsindən 4 nəfər övladı vardır. Onlardan bir nəfəri X17 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Digər sağ qalan vərəsələr miras əmlakın qəbulu ilə bağlı ərizə vermirlər. Səbəb isə odur ki, onun uşağı yoxdur. Ev atalarının adında qalsın. Bu isə qərəzli şəkildə mübahisə yaratmaqdır. 1 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi xx.xx.2025-ci il tarixli, №1298 nömrəli məktubunda mübahisənin olduğu təsdiq edilmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun çıxış edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı X1 arvadıdır. İddiaçı həyat yoldaşı X15 ilə xx.xx.1999-cu il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirmişlər. X15 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Cavabdehlər razılıq vermədiyindən mirası adına rəsmiləşdirə bilmir. Cavabdehlərində mirasda payları olduğuna görə mirasdan İddiaçı 5/8 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər miras əmlakı qəbul etməsələr də, Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq cavabdehlərin də payları olduğundan onlarda həmin qərara uyğun olaraq 5/8 hissədə paylarının müəyyən edilməsini istəyirlər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, vəkilinin çıxışı ilə razı olmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (qardaşı) cavabdeh Nümayəndə2 iddianı qismən qəbul edərək göstərdi ki, onlar miras əmlak olan evi tərk etməmişlər, cavabdehlərin hər biri ailə qurmuş və köçsələrdə miras əmlak olan evə daim gəliş-gedişləri olmuşdur. Atalarının ölümünün 3-cü günü iddiaçı onları tanımadığını bildirmişdir. Notariat kontoruna getməmələrinin səbəbi isə onların miras əmlak olan evə gedən zaman iddiaçı tərəfindən təhqir edilərək qovulmaları olmuşdur. Əlavə olaraq bildirdi ki, ataları ilə anaları təxminən 30 ildir ki ayrılmışlar. Miras əmlak olan ev alınarkən ataları ilə bir yerdə yaşamamışlar. Onlar dörd uşaq olmuşlar. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Anası ilə atası ayrıldıqdan sonra mərhum ataları torpaq sahəsi almış, evin inşasında anasının və onların rolu olmamış, mərhum atası və iddiaçının rolu olmuş və həmin evi onlar inşa etmişlər. Miras əmlakdan o və digər cavabdehlər paylarının müəyyən edilməsini istəyirlər. Onlar miras əmlaka olan maraqlarını itirməmişlər və həmin mirasdan pay istəyirlər. Atasının iddiaçı ilə nikahından övladı yoxdur. İddiaçının varisi olsa idi onlar miras əmlakdan imtina edə bilərdilər, lakin onun varisi olmadığından onlar atalarından qalmış miras əmlakdan pay istəyirlər. Atasının atası və ya anası sağ deyil. Qardaşı Raqif mədəsində və ciyarında olan problem səbəbindən rəhmətə getmişdir. Məhkəmədən qanuni onlara düşən paylarını tələb edirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.1999-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 28 aprel 1999-cu ildə nikahlarını rəsmiləşdirmişlər, nikah bağlandıqdan sonra ərə Xudiyev, arvada Xudiyeva soyadı verilmişdir. xx.xx.2025-ci il tarixli, AZ-İİ 464459 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 335 saylı arayışın surətindən görünür ki, X17 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X4, anası isə X7r. xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0,06 ha yaşayış məntəqəsi torpaq sahəsi və üzərində yerləşən 50 kv.m fərdi yaşayış evi X11 adına Daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 06 may 2025-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, miras qoyan X11 digər vərəsələri ilə miras əmlaka dair aralarında mübahisə olduğundan mabahisənin həlli edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur və ünvan 3 ünvanda qeydiyyatdadır. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/09İS/059388-25 nömrəli arayışında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatılaşdırılmış qeydiyyat informasiya sistemində X12 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. X11 (xx.xx.1942-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulub), (xx.xx.2025-ci il tarixdə ölüb), atası X8 (xx.xx.1900 doğulmuş), anası X13 (xx.xx.1900 doğulmuş), (xx.xx.1976-cı ildə ölüb), arvadı İddiaçı (xx.xx.1958 ci ildə doğulub), qızı Cavabdeh1 (xx.xx.1971-ci ildə doğulub), qızı Cavabdeh3 (xx.xx.1974-cü ildə doğulub), oğlu X17 (xx.xx.1977-ci ildə doğulub), (xx.xx.2024-cü ildə ölüb), oğlu Nümayəndə2 (xx.xx.1986-cı ildə doğulub) Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, miras qoyan X15 ilə İddiaçı birgə nikahlarından uşaqları yoxdur. X1 əvvəlki nikahından Cavabdeh1, Cavabdeh3, X17 və Nümayəndə2 adlı 4 uşağı olmuş, onlardan oğlu X17 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə mübahisəli mülk ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evi İddiaçı ilə X11 birgə nikah dövründə əldə etdikləri əmlak olmuşdur. X11 xx.xx.2025-ci il tarixdə ölümündən sonra həmin evin ½ hissəsi miras qalmışdır. Hazırki iş üzrə İddiaçı onun arvadı, Cavabdeh1, Cavabdeh3, X17 və Nümayəndə2 X11 övladları olmaqla onun 1-ci növbə vərəsələridirlər. Məhkəmə iclasında müəyyən edildi ki, vərəsələr arasında X9 miras qalmış payların onlardan İddiaçı çatacaq 5/8 hissədə və Cavabdeh1, Cavabdeh3 və Nümayəndə2 hər birinə çatacaq 1/8 hissədə vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi ilə bağlı heç bir narazılıq yoxdur. Tərəflər hər biri ayrı-ayrılıqda mirası qəbul edirlər, onların hər birinə çatacaq miras payın müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, mülki iş üzrə iddiaçının X11 vərəsəsi olması nəzərə alınmaqla hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin1146-cı maddəsinə əsasənmiras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasənəgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələbinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki,Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı miras qoyanın ölümündən öncə qəbul edildiyindən qeyd olunan iddia tələbi üzrə mübahisəyə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1301-ci maddəsinin tələbinə görə Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilərlər. Bu zaman yerində olmayan vərəsənin payı ayrılmalıdır. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1, Cavabdeh3 və Nümayəndə2 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbi əsaslı olduğundan təmin edilməli, X9 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi 1043430, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********51-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl şəhəri, A.Şaiq küçəsi, 56 ünvanında yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaq sahəsinin və üzərində yerləşən 50 kv.m fərdi yaşayış evinin ½ hissəsindən ibarət miras əmlak üzərində birinci növbə vərəsələr arvadı İddiaçı 5/8 (səkkizdə beş) hissədə, Cavabdeh1 1/8 (səkkizdə bir) hissədə, Cavabdeh3 1/8 (səkkizdə bir) hissədə və Nümayəndə2 1/8 (səkkizdə bir) hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı X2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X9 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********51-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 5 ünvanında yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaq sahəsinin və üzərində yerləşən 50 kv.m fərdi yaşayış evindən ibarət miras əmlak üzərində birinci növbə vərəsələr İddiaçı 5/8 (səkkizdə beş) hissədə, Cavabdeh1 1/8 (səkkizdə bir) hissədə, Cavabdeh3 1/8 (səkkizdə bir) hissədə və Nümayəndə2 1/8 (səkkizdə bir) hissədə payları müəyyən edilsin. Məhkəmə xərci ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar