Məhkəmə qərarları › İş №e-2(066)-876/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-876/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-876/2025 25.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənişin təminatı xidməti, X1 2 il xidməti, imel kodu **********76731 HONOR X9B markalı telefon üçün 967.13 (doqquz yüz altmış yeddi manat on üç qəpik) manat ödənilməmiş hissə, 96.71 (doxsan altı manat yetmiş bir qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, BOROFONE BO22 qulaqlıq üçün 35,80 (otuz beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 3.58 (üç manat əlli səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 1103.22 (bir min yüz üç manat iyirmi iki qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 31.04 (otuz bir manat dörd qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Ödənişin Təminatı Xidməti, X1 2 İL Xidməti, İMEİ KODU **********76731 HONOR X9B markalı telefon və BOROFONE BO22 qulaqlıq almış və nəticədə 1103.22 (min yüz üç manat iyirmi iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1024.02 (min iyirmi dörd manat iki qəpik) olan (yəni 18 ay x 56.89 manat + 0 manat ilkin ödəniş şərti ilə) Ödənişin Təminatı Xidməti, X1 2 İL Xidməti, İMEİ kod **********76731 HONOR X9B markalı telefon üçün ümumilikdə 1063.84 (min altmış üç manat səksən dörd qəpik) manat olmaqla ondan 967.13 (doqquz yüz altmış yeddi manat on üç qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 96.71 (doxsan altı manat yetmiş bir qəpik) cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 42.96 (qırx iki manat doxsan altı qəpik) manat olan (yəni 6 ay x 7.16 manat + 0 manat ilkin ödəniş şərti ilə) BOROFONE BO22 qulaqlıq üçün ümumilikdə 39.38 (otuz doqquz manat otuz səkkiz qəpik) manat olmaqla ondan, 35.80 (otuz beş manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.58 (üç manat əlli səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə 1103.22 (min yüz üç manat iyirmi iki qəpik) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 64.05 (altmış dörd manat beş qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. İddiaçı tələbinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər kimi: tərəflər arasında bağlanılmış müqaviləni, ona edilmiş əlavəni, bildirişi, əşyaların təhvil-təslim aktını və ödəniş cədvəlini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuş, lakin cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09352059 və xx.xx.2024-cü il tarixli 16405285 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1024.02 (min iyirmi dörd manat iki qəpik) olan Ödənişin Təminatı Xidməti,X1 2 İL Xidməti,İMEİ kod **********76731 HONOR X9B markalı telefon və dəyəri 42.96 (qırx iki manat doxsan altı qəpik) manat BOROFONE BO22 qulaqlıq dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malların dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə olan Ödənişin Təminatı Xidməti,X1 2 İL Xidməti,İMEİ kod **********76731 HONOR X9B markalı telefon üçün ilkin ödəniş 0 manat olmaqla hər ay 56.89 (əlli altı manat səksən doqquz qəpik) manat və BOROFONE BO22 qulaqlıq üçün ilkin ödəniş 0 manat olmaqla hər ay 7.16 (yeddi manat on altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.20245-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1024.02 (min iyirmi dörd manat iki qəpik) olan Ödənişin Təminatı Xidməti, X1 2 İL Xidməti, İMEİ kod **********76731 HONOR X9B markalı telefon və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş olmaqla 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 42.96 (qırx iki manat doxsan altı qəpik) manat olan BOROFONE BO22 qulaqlıq almış, lakin borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc məbləğindən 967.13 (doqquz yüz altmış yeddi manat on üç qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 96.71 (doxsan altı manat yetmiş bir qəpik) cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc məbləğindən 35.80 (otuz beş manat səksən qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 3.58 (üç manat əlli səkkiz qəpik) cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2004-cü ildə doğulmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Ödənişin Təminatı Xidməti, X1 2 İL Xidməti, İMEİ kod **********76731 HONOR X9B markalı telefon üçün 967.13 (doqquz yüz altmış yeddi manat on üç qəpik) manat ödənilməmiş hissə, 96.71 (doxsan altı manat yetmiş bir qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, BOROFONE BO22 qulaqlıq üçün 35,80 (otuz beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 3.58 (üç manat əlli səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 1103.22 (min yüz üç manat iyirmi iki qəpik) manat borc məbləği tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 31.04 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 967.13 manat əsas borcdan ödənilməmiş hissə, 96.71 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 35,80 manat əsas borcdan ödənilməmiş hissə, 3.58 manat cərimə borcu olmaqla ümumilikdə 1103.22 (bir min yüz üç manat iyirmi iki qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 31.04 (otuz bir manat dörd qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar