Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-881/2025 04.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Paket L xidməti, Qızıl zəmanət Ultra 2 İL xidməti, İmei kod **********23856 Samsung Galaxy A 73 markalı telefon üçün 197.48 (yüz doxsan yeddi manat, 48 qəpik) manat ödənilməmiş hissə, 19.75 (on doqquz manat, 75 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Qızıl zəmanət Ultra 2 İL (sığorta) xidməti, Paket S xidməti, İmei kod **********75807 Samsung Galaxy A 04E markalı telefon üçün 36.78 (otuz altı manat, 78 qəpik) manat ödənilməmiş hissə, 3.68 (üç manat, 68 qəpik) manat cərimə, ümumilikdə 257.69 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, сavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Paket L xidməti, Qızıl zəmanət Ultra 2 İL xidməti, İmei kod **********23856 Samsung Galaxy A 73 markalı telefon, Qızıl zəmanət Ultra 2 İL (sığorta) xidməti, Paket S xidməti, İmei kod **********75807 Samsung Galaxy A 04E markalı telefon almış və nəticədə 257.69 (iki yüz əlli yeddi manat, 69 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1808.10 (min səkkiz yüz səkkiz manat, 10 qəpik) manat (18 ay x 100.45 manat + 0 manat ilkin ödəniş) olan Paket L xidməti, Qızıl zəmanət Ultra 2 İL xidməti, İmei kod **********23856 Samsung Galaxy A 73 markalı telefon üçün ümumilikdə, 217.23 (iki yüz on yeddi manat, 23 qəpik) manat olmaqla ondan, 197.48 (yüz doxsan yeddi manat, 48 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.75 (on doqquz manat, 75 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 371.04 (üç yüz yetmiş bir manat, 04 qəpik ) manat (12 ay x 30.92 manat + 0 manat ilkin ödəniş) olan Qızıl zəmanət Ultra 2 İL (sığorta) xidməti, Paket S xidməti, İmei kod **********75807 Samsung Galaxy A 04E markalı telefon üçün ümumilikdə, 40.46 (qırx manat, 46 qəpik) manat olmaqla ondan, 36.78 (otuz altı manat, 78 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 3.68 (üç manat, 68 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1944.88 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10755999 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1808.1 (bir min səkkiz yüz səkkiz manat on qəpik) manat olan Paket L xidməti, Qızıl zəmanət Ultra 2 İL xidməti, İmei kod **********23856 Samsung Galaxy A 73 markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1 %-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Paket L xidməti, Qızıl zəmanət Ultra 2 İL xidməti, İmei kod **********23856 Samsung Galaxy A 73 markalı telefon üçün ilkin ödənişsiz hər ay 100.45 (bir yüz manat qırx beş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03505131 saylı müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 371.04 (üç yüz yetmiş bir manat dörd qəpik) manat olan Qızıl zəmanət Ultra 2 İL (sığorta) xidməti, Paket S xidməti, İmei kod **********75807 Samsung Galaxy A 04E markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə ilkin ödənişsiz olmaqla sonrakı aylar Qızıl zəmanət Ultra 2 İL (sığorta) xidməti, Paket S xidməti, İmei kod **********75807 Samsung Galaxy A 04E markalı telefon üçün hər ay 30.92 (otuz manat doxsan iki qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Paket L xidməti, Qızıl zəmanət Ultra 2 İL xidməti, İmei kod **********23856 Samsung Galaxy A 73 markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1808.1 (bir min səkkiz yüz səkkiz manat on qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 197.48 (bir yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 19.75 (on doqquz manat yetmiş beş qəpik) manat cərimə hesablanmışdır, eyni tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən Qızıl zəmanət Ultra 2 İL (sığorta) xidməti, Paket S xidməti, İmei kod **********75807 Samsung Galaxy A 04E markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 371.04 (üç yüz yetmiş bir manat dörd qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 36.78 (otuz altı manat yetmiş səkkiz qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 3.68 (üç manat altmış səkkiz qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1998-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Poçt xəbərnaməsindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə bildirişini imza etməklə qəbul etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 197.48 (yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 19.75 (on doqquz manat yetmiş beş qəpik) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 36.78 (otuz altı manat yetmiş səkkiz qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 3.68 (üç manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə 257.69 (iki yüz əlli yeddi manat altmış doqquz qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 197.48 manat əsas borcdan ödənilməmiş hissə, 19.75 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 36.78 manat əsas borcdan ödənilməmiş hissə, 3.68 manat cərimə borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə 257.69 (iki yüz əlli yeddi manat altmış doqquz qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-881/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 09:00-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:10-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-881/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-881/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver