Məhkəmə qərarları › İş №e-2(066)-901/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-901/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-901/2024 05.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi, "xxxx" MMCnin nümayəndəsi X1, Cavabdeh iştirakl ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «Pul tələbinə dair» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru NümayəndəX iddia verərək, 30 noyabr 2022ci il tarixli müqaviləsinə əsasən HOFMANN LED TV üçün 501 (beş yüz bir) manat, ödənilməmiş hissə, 50 (əlli) manat, cərimə olmaqla, ümumilikdə 551 (beş yüz əlli bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkkəmə baxış iclasında iştirak edən iddaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə göstərdi ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC ilə 30 noyabr 2022-ci il tarixli, müqaviləsinə əsasən, 801 (səkkiz yüz bir) manat dəyərində HOFMANN LED TV əldə etmişdir. HOFMANN LED TV Cavabdeh 30 noyabr 2022-ci il tarixli akt əsasında saz vəziyyətdə təhvil verilmişdir. Cavabdeh 20 iyun 2023-c il trixdə HOFMANN LED TV-dən imtina etmiş, geri qaytarmışdır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. Cavabdeh ə HOFMANN LED TV-dən imtina etməsinə görə borcundan 300 manat çıxılmışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və məhkəmə iclasında göstərdi ki, iddiaçı "xxxx" MMC ilə bağlanmış 30 noyabr 2022-ci il tarixli, müqaviləsinə əsasən, 801 (səkkiz yüz bir) manat dəyərində HOFMANN LED TV əldə etmişdir. 30 noyabr 2022-ci il tarixli akt əsasında HOFMANN LED TV ona təhvil verilmişdir. Ancaq alınan vaxtdan HOFMANN LED TV qaralmış və göstərməmişdir. O, dərhal bu barədə iddaçı "xxxx" MMC-ə müraciət etmiş ancaq iddaçı "xxxx" MMC-nin əmkdaşları televizoru təmir etməmişlər. O, da məcbur qalıb 20 iyun 2023-c il trixdə HOFMANN LED TV-dən imtina etmiş, geri qaytarmışdır. İddaçı "xxxx" MMC-nin əmkdaşları müvafiq akt əsasında həmin televizoru qəbul etmişlər. Hal-hazırda HOFMANN LED TV iddiaçıdadır. Ona görə də hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 30 noyabr 2022-ci il tarixli, 03522822 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən 801 (səkkiz yüz bir) manat dəyərində HOFMANN LED TV almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 30 noyabr 2022-ci il tarixli, 03522822 nömrəli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 501 (beş yüz bir) manat, ödənilməmiş hissə, 50 (əlli) manat, cərimə olmaqla, ümumilikdə 551 (beş yüz əlli bir) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 30 noyabr 2022-ci il tarixli, 03522822 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Beləliklə məhkəmə iclasında məlum oldu ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağlanmış 30 noyabr 2022-ci il tarixli, müqaviləsinə əsasən, 801 (səkkiz yüz bir) manat dəyərində HOFMANN LED TV əldə etmişdir. 30 noyabr 2022-ci il tarixli akt əsasında HOFMANN LED TV ona təhvil verilmişdir. Cavabdeh bu barədə dərhal iddiaçı "xxxx" MMC-yə məlumat vermiş, tədbir görülmədiyinə görə 20 iyun 2023-c il trixdə HOFMANN LED TV-dən imtina etmiş, geri qaytarmışdır. İddaçı "xxxx" MMC-nin əmkdaşları müvafiq akt əsasında həmin televizoru qəbul etmişlər. Göründüyü kimi iddiaçı "xxxx" MMC-nin satmış olduğu HOFMANN LED TV qüsurlu olmuşdur. İddiaçı "xxxx" MMC ilə bağlanmış 30 noyabr 2022-ci il tarixli, 03522822 nömrəli müqavilənin şərtlərində isə belə hallada cavabdehin pul ödəməsi nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «Pul tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar