Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-907/2025 11.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 1848 (bir min səkkiz yüz qırx səksən) manat əsas borc, 39 (otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1887 (bir min səkkiz yüz səksən yeddi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GNK5962908 saylı müqaviləyə əsasən 12 ay müddətinə ödəmək şərtilə ümumi dəyəri 644 (altı yüz qırx dörd) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 267 (iki yüz altmış yeddi) manat əsas borcu qalmışdır. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GNK5967126 saylı müqaviləyə əsasən 18 ay müddətinə ödəmək şərtilə ümumi dəyəri 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1581 (bir min beş yüz səksən bir) manat əsas borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 1848 (bir min səkkiz yüz qırx səkkiz) manat əsas borc, 39 (otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1887 (bir min səkkiz yüz səksən yeddi) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuş, lakin cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GNK5962908 saylı borc müqaviləsindən görünür ki, satıcı 644 (altı yüz qırx dörd) manat dəyərindəki məişət avadanlığını 12 ay müddətinə aylıq 47 (qırx yeddi) manat olmaqla alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödənilən məbləğ 80 manat olmaqla, müqavilənin ümumi məbləği 644 (altı yüz qırx dörd) manat təşkil etmişdir, həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GNK5967126 saylı borc müqaviləsindən görünür ki, satıcı 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat dəyərindəki məişət avadanlığını 18 ay müddətinə aylıq 93 (doxsan üç) manat olmaqla alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödənilən məbləğ 105 manat olmaqla, müqavilənin ümumi məbləği 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli, GNK5962908 saylı Təhvil-təslim aktından görünür ki, İsayev X1 Galaxy A32 128 GB SM-A325 Black markalı telefonu (malı) hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. xx.xx.2022-ci il tarixli, GNK5967126 saylı Təhvil-təslim aktından görünür ki, Cavabdeh TV LED Samsung UE-50AU7500 markalı televizoru (malı) hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, GNK5962908 saylı müqavilə üzrə Cavabdeh 267 manat əsas ödənilməmiş borcu qalmış, həmçinin xx.xx.2022-ci il tarixli, GNK5967126 saylı müqavilə üzrə Cavabdeh 1581 manat əsas ödənilməmiş borcu qalmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, GNK5962908 saylı müqaviləyə əsasən 267 manat borc məbləği, xx.xx.2022-ci il tarixli, GNK5967126 saylı müqaviləyə əsasən 1581 manat borc məbləği olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1848 (bir min səkkiz yüz qırx səkkiz) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1848 (bir min səkkiz yüz qırx səkkiz) manat məbləğində borc məbləği və məhkəmə xərci olaraq 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-907/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-907/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver